Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Diaspor / Azərbaycan və Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan və Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

08.09.2026 [15:41]

Ankarada Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) arasında diaspor sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sənəd İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müsəlman diasporlarının I Forumu çərçivəsində imzalanıb.

Sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və YTB-nin rəhbəri Abdulhadi Turus imzalayıblar.

F.Muradov Azərbaycanın Türkiyə ilə əlaqələrin dərinləşdirilməsinə sadiqliyini vurğulayıb, iki qardaş ölkə arasında əməkdaşlığın dərinləşdirilməsində YTB-nin rolunu yüksək qiymətləndirib.

A.Turus isə Azərbaycanla dostluğun daha da möhkəmləndirilməsi işinə töhfə verməyə hazır olduqlarını bildirib.

Paylaş:
Baxılıb: 36 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30