Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İspaniyada qaçaqmalçılıq şəbəkəsinə qarşı keçirilən əməliyyat nəticəsində 78 nəfər saxlanılıb

İspaniyada qaçaqmalçılıq şəbəkəsinə qarşı keçirilən əməliyyat nəticəsində 78 nəfər saxlanılıb

07.09.2026 [20:18]

İspaniyanın və Avropanın bir sıra digər ölkələrinin hüquq-mühafizə orqanlarının “Europol”un dəstəyi ilə keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində Aralıq dənizinin qərbində fəaliyyət göstərən böyük cinayətkarlıq şəbəkəsi çökdürülüb.

AZƏRTAC xəbər verir ki, İspaniya ilə yanaşı, Fransa, Portuqaliya və Polşanın da aidiyyəti qurumlarının iştirak etdiyi əməliyyat nəticəsində 78 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İspaniyada və Əlcəzairdə saxlanılanlar arasında 3 əhəmiyyətli hədəf də var. İspaniyanın Alikante, Almeriya, Kartaxena və Mursiya şəhərlərində 17 ünvanda axtarış aparılıb. Əməliyyat zamanı ümumilikdə 18 yüksəksürətli qayıq müsadirə edilib. Dəyəri 5 milyon avrodan çox olan qayıqların bəzilərinin uzunluğu 14 metrə çatır və hər biri 3-4 mühərriklə təchiz olunub. Polis, həmçinin 15 min MDMA həbi (7 kiloqram), 61 kiloqram həşiş, 500 qram kokain, odlu silah və döyüş sursatı, nağd pul, peyk telefonları, GPS cihazları və şifrəli rabitə vasitələri aşkarlayıb.

Şəbəkə narkotik, silah və miqrantların Aralıq dənizi üzərindən daşınmasını təşkil edib. Miqrantların hər birindən 12 min avroyadək pul alındığı, bir səfərdə 50-dən çox şəxsin daşındığı bildirilir. Təkcə qeyri-qanuni miqrant daşınmasından əldə olunan gəlirin 24 milyon avrodan çox olduğu təxmin edilir.

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30