YAP ümumxalq partiyası kimi yüksək nüfuza malikdir
07.09.2026 [21:06]
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolu partiyanın yüksək nüfuza malik olduğunu təsdiqləyir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasına təşkilati potensialı daha da güclənmiş, cəmiyyətdə nüfuzu və siyasi çəkisi əhəmiyyətli dərəcədə artmışdır.
Çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov bildirib ki, xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd olunub ki, Naftalan şəhərində sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq istiqamətində mühüm layihələr həyata keçirilir. O, YAP şəhər təşkilatının bu proseslərdə fəal iştirak etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Bədəl Bədəlov çıxışında qeyd edib ki, müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq alamdə söz sahibi olan, dinamik inkişaf edən qüdrətli bir dövlət kimi nüfuzunu gündən-günə artırır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayı partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması və ideoloji işin müasir standartlar səviyyəsində qurulması baxımından mühüm dönəm olmuşdur: “Qurultaydan ötən dövr ərzində partiya sıralarının kəmiyyət və keyfiyyətcə zənginləşməsi, gənclərin və ziyalıların fəal təmsil olunması YAP-ın artan nüfuzundan xəbər verir”.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, YAP Naftalan şəhər təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyət ümumilikdə müsbət dəyərləndirilir: “Ərazi partiya təşkilatları ilə işin əlaqələndirilməsi və üzvlərin fəallığının artırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Əminik ki, Naftalan şəhər təşkilatı bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasına layiqli töhfə verəcəkdir”.
“İslam Həsənzadə küçəsi 20” ərazi partiya təşkilatının sədri, Naftalan Şəhər Uşaq Musiqi Məktəbinin direktor əvəzi Tünzalə Zöhrabova, “Heydər Əliyev Prospekti 204” ərazi partiya təşkilatının sədri, Naftalan Şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Fuad Zamanov, gənc partiya fəalı Murad Rzayev çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yeni mərhələdə uğurla davam etdirildiyini, gənclərin, ziyalıların və müxtəlif peşə sahiblərinin partiya sıralarında fəallığının daha da artdığını qeyd ediblər.
Konfransda YAP Naftalan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxHadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09

