Yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir
08.09.2026 [18:18]
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının VII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, regionların sosial-iqtisadi inkişafı sürətlənib, genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib.
S.Quluyeva qeyd edib ki, hesabat dövrü ərzində YAP Kəngərli rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirib, partiyanın proqram və məqsədlərinin həyata keçirilməsi, üzvlərlə işin təşkili, gənclərin ictimai-siyasi proseslərə cəlb olunması və rayonun ictimai-siyasi həyatında fəal iştirak edib.
Konfransda Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərdən, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahat və quruculuq işlərindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın davamlı inkişafının təmin edilməsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və milli maraqların qorunmasında mühüm roluna diqqət çəkib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki əvəzsiz rolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. S.Novruzovun sözlərinə görə, bu gün qalib Azərbaycanın yaratdığı yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir.
Konfransda YAP Kəngərli rayon təşkilatının veteran üzvləri Mənsim Məmmədov və Vəfa Məmmədova, təşkilatın gənc üzvü Hacı Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında tutduğu mövqedən, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyin əhəmiyyətindən bəhs ediblər.
Daha sonra YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. A.İmaməliyev vurğulayıb ki, YAP-ın gücü onun geniş sosial bazaya, möhkəm təşkilati struktura və vahid məqsəd ətrafında birləşən üzvlərə malik olması ilə şərtlənir. O, partiyanın bundan sonra da qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirmək əzmində olduğunu bildirib.
Konfransda YAP Kəngərli rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53

