Silahdan daha güclü
09.09.2026 [08:31]
Təhsil qorunursa, gələcək qorunur...
Təhsil yalnız məktəb divarları arasında öyrənilən biliklərdən ibarət deyil. O, insanın gələcəyə açılan qapısı, cəmiyyətin inkişafının əsas dayağı və sülhün ən güclü vasitələrindən biridir. Lakin dünyanın müxtəlif bölgələrində uşaqlar və müəllimlər münaqişələrin, silahlı hücumların və zorakılığın qurbanına çevrilir.
Dünyada milyonlarla uşaq zorakı münaqişələr səbəbindən məktəbə gedə bilmir, təhsildən məhrum qalır. Bu isə yalnız onların gələcəyini məhv etmir, həm də bütün cəmiyyətlərin tərəqqisini ləngidir. Təhsil olmadan inkişaf, bərabərlik və sabitlik mümkün deyil. Halbuki hər bir uşaq, hər bir gənc bərabər şəkildə təhsil almaq hüququna malikdir.
Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü məhz bu səbəbdən təsis olunub. Xatırladaq ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq təsis edilib. Həmin qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.
Bu günün mesajı aydındır: təhsil təhlükəsiz olmalıdır, hər bir məktəb sığınacaq olmalıdır, hər bir müəllim və şagird qorunmalıdır. Dövlətlər, beynəlxalq təşkilatlar və ictimaiyyət birlikdə çalışmalıdır ki, təhsil hər yerdə, hər zaman müdafiə olunsun. Məktəblər, universitetlər, kitabxanalar - müharibənin, terrorun və zorakılığın hədəfi deyil, bilik və inkişaf mərkəzi olmalıdır.
Müharibənin ən ağır izlərindən biri
BMT-nin məlumatlarına görə, 2023-cü ilin sonuna qədər dünyada 47,2 milyon uşaq müharibə və zorakılıq səbəbindən evlərini tərk edib və təhsildən məhrum qalıb. Dünyanın müxtəlif bölgələrində uşaqların təhsildən yayınma halları fərqli səviyyələrdədir. Məsələn, Sudan, Qəzza, Nigeriya, Əfqanıstan və Suriya kimi ölkələrdə müharibə və zorakılıq səbəbindən milyonlarla uşaq məktəbə gedə bilmir. Bu, yalnız onların gələcəyini deyil, həm də cəmiyyətlərin inkişafını təhlükə altına alır.
Qarabağda yeni məktəblər, yeni ümidlər...
Ölkəmizdə də zaman-zaman təhsil münaqişələrin mənfi təsirinə məruz qalıb. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu. Bir milyona yaxın vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə məktəblər də inşa etdi. Ötən dövr ərzində məcburi köçkün uşaqları doğma torpaqlarından kənarda olsalar da, təhsillərini yüksək səviyyədə davam etdirdilər. Köçkün məktəblərini bitirən gənclərimiz ölkəmizdə və xaricdə ali təhsil alaraq respublikamızın inkişafına töhfə verirlər.
Xatırladaq ki, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Eləcə də 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 şagirdin təhsil aldığı orta məktəb məhv edilib.
İkinci Qarabağ müharibəsi də təhsilimizə təsirsiz ötüşmədi. Bu müharibə 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Məktəb infrastrukturuna ciddi ziyan dəydi - 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz etdi. Düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.
Müharibədə Qələbə qazanan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir. Bu ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturu da qurulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində builki tədris ilində də Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Füzuli şəhərlərində, Laçın rayonunun Zabux kəndində təhsil müəssisələrinin tikintisi ilə bağlı müvafiq işlər görülməkdədir. Bu yanaşma bir həqiqəti göstərir: məktəb tikmək yalnız bina inşa etmək deyil, gələcəyə yol çəkməkdir. Hər yeni sinif otağı, hər açılan məktəb qapısı və hər uşağın əlinə verilən kitab cəmiyyətin sabahına qoyulan sərmayədir.
Təhsildən yayınmanın qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq, humanitar dəstək və təhsil infrastrukturunun gücləndirilməsi vacibdir. Eyni zamanda, münaqişə bölgələrində təhsil müəssisələrinin qorunması və uşaqların təhlükəsiz təhsil alması üçün beynəlxalq hüquq və standartlara riayət olunmalıdır. Çünki təhsil yalnız bilik deyil, həm də gələcəyin təminatıdır. Uşaqların təhsildən məhrum olması yalnız onların deyil, bütün cəmiyyətin inkişafını ləngidir. Bu səbəbdən, təhsilin qorunması və inkişafı hər birimizin məsuliyyətidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53

