Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
11.09.2026 [13:25]
Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli görüş keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ortaq tarixə, milli köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsinin enerji əməkdaşlığına da yeni məzmun qazandırdığı qeyd olunub. Birgə enerji layihələrinin iki ölkənin və regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb. İkitərəfli və regional enerji gündəliyində duran məsələlərin cari vəziyyəti nəzərdən keçirilib. Azərbaycan-Türkiyə Enerji Forumu enerji tərəfdaşlığını davamlı inkişaf etdirən və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirən mühüm platforma kimi dəyərləndirilib.
Qlobal enerji arxitekturasında baş verən dəyişikliklər və elektrikləşmənin sürətlənməsi fonunda artan enerji tələbatının elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətini artırdığı bildirilib. Bu kontekstdə Naxçıvan və Gürcüstan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantılarının və yaşıl enerji dəhlizlərinin inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə, həmçinin Türkiyənin bu ilin noyabrında COP31-ə ev sahibliyi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. COP31-in “Enerji və Nəqliyyat Günü” çərçivəsində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü enerji təşəbbüslərinin davam etdirilməsi imkanları nəzərdən keçirilib. Elektrik enerjisi bağlantıları və yaşıl enerji dəhlizləri üzrə birgə layihələrin COP31-in təmiz enerji keçidi və elektrikləşmə prioritetləri ilə uzlaşdığı vurğulanıb. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində qazandığı təcrübəni bölüşərək COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə dəstək verməyə hazır olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

