Samuxda ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib
04.09.2026 [16:27]
Samux Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələr, onların müəllimləri və valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tələbə adını qazanan gəncləri əldə etdikləri yüksək nəticə münasibətilə təbrik edib. Bu uğurun yalnız tələbələrin deyil, onların valideynlərinin və müəllimlərinin də böyük zəhmətinin nəticəsi olduğunu bildirib.
Firdovsi Əliyev qeyd edib ki, gənclərin yüksək nəticələri ölkəmizdə təhsilə göstərilən diqqətin, müəllim əməyinin və şagirdlərin məqsədyönlü hazırlığının bariz göstəricisidir.
Rayon rəhbəri bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının inşası, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və gənclərin təhsil imkanlarının genişləndirilməsi ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Rayon rəhbəri xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və diqqəti ilə Samux rayonunda yeni, müasir məktəb binalarının inşa edilərək istifadəyə verilməsi təhsil sahəsində həyata keçirilən məqsədyönlü işlərin bariz nümunəsidir. O bildirib ki, müasir təhsil müəssisələrinin yaradılması, məktəblərin ən müasir avadanlıqlarla təmin olunması və şagirdlər üçün hərtərəfli təhsil imkanlarının formalaşdırılması gənclərin yüksək nəticələr əldə etməsinə əlverişli şərait yaradır.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov tələbələri təbrik edib, onların qazandığı yüksək nəticələri rayonun təhsil uğurlarından biri kimi qiymətləndirib.
Gündüz Bayramov bildirib ki, gənclərin təhsil sahəsində qazandığı uğurlar ölkədə həyata keçirilən uğurlu gənclər və təhsil siyasətinin nəticəsidir. O qeyd edib ki, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələr qarşılarında yeni imkanlarla yanaşı, böyük məsuliyyəti də görməlidirlər.
Tədbirdə tələbələr və müəllimlər də çıxış edərək yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə təşəkürnamələr və qiymətli xatirə hədiyyələri təqdim olunub, onlara gələcək təhsil həyatlarında uğurlar arzulanıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53

