Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

30.09.2026 [16:17]

Fransada alıcılıq qabiliyyətinin azalması son onilliklərin ən ciddi göstəricilərindən birinə çevrilib. 2025-ci ildə əhalinin alıcılıq qabiliyyəti 0,7 faiz azalıb və cari ildə də eyni səviyyədə geriləmə gözlənilir. Belə hal 1960-cı ildən bəri yalnız iki dəfə – 1983–1984 və 2010–2013-cü illərdə müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, Fransa İqtisadiyyat İnstitutunun hesablamalarına görə, 2024-cü ildən bəri alıcılıq qabiliyyətinin azalması 4 nəfərlik ailə üçün real ifadədə orta hesabla 1200 avro itkiyə səbəb olub. Tək yaşayan şəxs üçün isə bu itki təxminən 600 avro təşkil edir.

Mütəxəssislər vəziyyətin əsas səbəbləri sırasında inflyasiyanı və real əməkhaqlarının azalmasını göstərirlər. 2019-cu ildən bəri qiymətlər 21,3 faiz artdığı halda, əməkhaqları 18,7 faiz yüksəlib. Eyni zamanda, işsizlik səviyyəsinin 2023-cü ilin əvvəlindəki 7,2 faizdən 8,3 faizə yüksəlməsi ailələrin gəlirlərinə əlavə təzyiq yaradıb.

Alıcılıq qabiliyyətinin azalması xüsusilə orta gəlirli ailələrə təsir göstərir. 2019–2024-cü illərdə Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (İnsee) araşdırdığı 343 peşədən 222-də əməkhaqları real ifadədə azalıb. Eyni zamanda, bahalaşma səbəbindən fransızlar endirimlərə və daha ucuz mağaza markalarına üstünlük verməyə başlayıblar.

Mütəxəssislər bildirirlər ki, əhalinin alıcılıq qabiliyyətinin 2027-ci ildə də azalması davam edərsə, istehlak vərdişlərində daha ciddi dəyişikliklər baş verə bilər.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30