Ferquson iğtişaşları öz qüsurlarını görməyən ABŞ-a güzgü tutdu
21.08.2014 [09:47]
Ferquson hadisələrindən sonra Birləşmiş Ştatların başqa ölkələrə “yol göstərməyə” mənəvi haqqının olmadığı özünü aydın büruzə verir
Məlum olduğu kimi, ABŞ-da avqustun 9-da 18 yaşlı qaradərili gənc Maykl Braunun öldürülməsindən sonra Missuri ştatının Sent Lyuis əyalətində və Ferquson şəhərində poliz zorakılığına, həmçinin, irqi ayrı-seçkiliyə qarşı etirazlar davam edir. Son günlərdə polislə toqquşmada Ferquson şəhərində daha bir qaradərili gəncin ağdərili polis tərəfindən öldürülməsi isə vəziyyəti daha da gərginləşdirib. Bu dəfə 23 yaşlı qaradərili gənc bıçaqla polisə hücum edərkən öldürülüb. Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi gəncin öldürülməsi ilə bağlı araşdırma çərçivəsində xeyli insanın istintaqa cəlb edildiyini açıqlayıb.
Əslində, yaşanan olaylar dünyaya “demokratiya dərsi” keçməyə çalışan ABŞ demokratiyasının çürük yerlərini önə çıxardı. Bu hadisələr bir daha təsdiq etdi ki, Birləşmiş Ştatların demokratiya, insan haqlarının müdafiəsi, media azadlığı sahələrində kifayət qədər qüsurları var.
Şübhəsiz, bu hadisələr ABŞ-ın beynəlxalq imicinə ciddi zərbə vurub. Rusiya, Çin, İran, Misir və digər ölkələrin rəsmi dairələrinin ABŞ-da insan haqlarının pozulmasını, nümayişçilərə qarşı güc tətbiqini pisləyən bəyanatlarının yayılması beynəlxalq ictimaiyyətin diqqətinin bu ölkədə baş verənlərə yönəldiyini göstərir. Təbii ki, Ferquson hadisələrindən sonra ABŞ-ın başqa ölkələrə “yol göstərməyə” mənəvi haqqının olmadığı özünü aydın büruzə verir. Son günlərdə Ferqusonda yaşananlara nəzər salmaqla hadisələrin dünya ictimaiyyəti və ABŞ cəmiyyəti qarşısında ifşaedici rolunu bir daha görmək mümkündür.
POLİS DİNC NÜMAYİŞÇİLƏRƏ QARŞI GÜC TƏTBİQ EDİB
Əvvəlcə qeyd edək ki, Ferquson etirazlarına qatılan yüzlərlə nümayişçinin böyük əksəriyyəti öz səslərini dinc üsullarla hökumətə və dünyaya duyurmağa çalışırlar. Onların arasında təxribatçılıq və soyğunçuluqla məşğul olan kiçik qruplar da var. Təhlükəsizlik qurumları isə etirazçılara qarşı gözyaşardıcı qazın, səs qumbaralarının istifadə olunmasını adətən bu amillərlə əsaslandırmağa çalışırlar. Lakin insanların böyük əksəriyyəti nümayişləri yatırmaq üçün ağır silahlarla, iri hərbi texnika ilə silahlanmış və daha çox əsgərə bənzəyən polislərin göndərilməsindən narazıdır.
Nümayişlər zamanı qeydə alınan bir sıra videogörüntülərdən aydın olur ki, etirazçıların nümayişləri tamamilə dinc formada təşkil etdikləri məqamlarda da polis mitinqçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombaları ilə hücuma keçib, nəticədə dinc aksiyalar polislə qarşıdurmalarla əvəz olunub.
Polisin nümayişçilərə qarşı yönəltdiyi təzyiq üsullarından biri də etirazçıların qarşısına təlim görmüş hücum itlərinin çıxarılmasıdır. Bundan əlavə, vətəndaşların sərbəst toplaşmaq hüququnun da xeyli dərəcədə məhdudlaşdırılması halları qeydə alınır. Belə ki, gecə nümayişlərinin qarşısını almaq üçün bir neçə gün “komendant saatı” tətbiq olunub.
Həbslərə gəldikdə, Ferqusonda nümayişlərin keçirildiyi, demək olar ki, hər gecədə onlarla adam saxlanılır. Ümumiyyətlə, etirazlar başlanandan bəri saxlananların sayı 200-ə yaxındır. Həbs olunanlar arasında Milli Hüquqşünaslar Birliyinin müşahidəçisi də var.
Qeyd edək ki, polisin nümayişçilərlə qəddar davranışı əhalinin polisə inamsızlığını və təhlükəsizlik əməkdaşlarının fəaliyyətindən narazılığını artırıb. 14-17 avqust tarixlərində, Ferquson olaylarının gərgin həddə olduğu bir vaxtda “Pew” araşdırma mərkəzinin ölkə sakinləri arasında keçirdiyi sorğunun nəticələri də bunu təsdiq edir. Belə ki, qaradərili respondentlərin 65 faizi polisin Ferqusondakı etirazları yatırarkən ifrata vardığını düşünür. Ağdərililərin isə üçdə biri bu fikri bölüşür, təxminən bir o qədəri isə polisin davranışına haqq qazandırır. Göründüyü kimi, Ferquson olaylarına yanaşmada irqi fərqlər özünü göstərir. Lokal səviyyədə isə əhalisinin 67 faizi qaradərili olan Ferquson sakinlərinin bir çoxu 90 faizindən çoxu ağdərililərdən ibarət olan polis işçilərinə inamsız münasibət bəsləyirlər.
Ümumiyyətlə, ABŞ-da nümayişlər zamanı polisin zorakı və alçaldıcı üsullara əl atması kifayət qədər köhnə ənənədir. Məsələn, vətəndaş haqlarının bərpası naminə 1963-cü ildə Alabamada keçirilən nümayişdə polis Ferqusonda olduğu kimi, etirazçıların qarşısına hücum itləri çıxarmışdı. 1967-ci ildə taksi sürücüsünün polis tərəfindən döyülməsi də ABŞ-da polis cəzasızlığının bir nümunəsi olmuşdu. 1992-ci ildə qaradərili motoristi döyən 4 nəfər polis işçisi məsuliyyətdən kənarda qalmışdı. Digər bənzər halda isə 6 ağdərili polisin qaradərili motosikletçini ölümcül döyməsindən sonra polislərə bəraət verilmişdi. Bu hadisə, eləcə də, 2001-ci ildə 19 yaşlı gəncin polis işçisi tərəfindən güllələnərək öldürülməsi ABŞ-da geniş etirazlara səbəb olmuşdu. Bu səbəbdən də Maykl Braunun qətlinə olan sərt ictimai reaksiya polis özbaşınalığından təngə gələn əhalinin səbrinin tükəndiyini göstərir.
FERQUSON OLAYLARINDA 11 NƏFƏR MEDİA İŞÇİSİ SAXLANILIB
Ferquson olaylarında ilk günlərdən özünü qabarıq göstərən məqamlardan biri də polisin hadisəni işıqlandıran media nümayəndələrinə sərt münasibəti, onlarla kobud rəftarıdır. KİV-də dərc olunan yazılarda, sosial şəbəkələrdə Ferqusondakı nümayişləri yaxından müşahidə edən jurnalistlərin onlara olan təzyiqlərdən bəhs edən rəyləri geniş yer tapıb.
Məsələn, avqustun 20-nə keçən gecə Ferqusonda olan çoxlu sayda media nümayəndələri, müxbirlər polisin onların işinə mane olduğunu, hadisə yerini görmələrinə və görüntüləmələrinə mümkün qədər maneələrin törədildiyini bildirirlər. Jurnalistlər, həmçinin, polisin onları həbs etməklə hədələdiklərini də yazırlar. Nümayişlər zamanı media nümayəndələri polis tərəfindən nümayişlərin keçirildiyi ərazidən sıxışdırılır, onlara nümayişçilərin yanında olmağa icazə verilmir. Belə halların birində jurnalistlər yaxınlıqdakı fast-fud restoranlardan birinin parkinq salonuna salınaraq bir müddət oranı tərk etmələrinə icazə verilməyib. Bəzi hallarda polislər media nümayəndələrindən nümayişin keçirildiyi ərazini tərk etməyi tələb ediblər. Fəaliyyətinin məhdudlaşdırılmasına yönələn göstərişlərə tabe olmayan jurnalistlər isə saxlanılaraq polis məntəqələrinə aparılıblar. Onların arasında “Breitbart News”, “Getty İmages”, “The Huffington Post”, “The Washington Post” kimi media qurumlarının əməkdaşları, həmçinin, almaniyalı müxbir də var. Ümumilikdə, Ferquson hadisələrini işıqlandırarkən saxlanılan media nümayəndələrinin sayı ən azı 11 nəfərdir.
FERQUSON İĞTİŞAŞLARI İRQİ ZƏMİNDƏ ZİDDİYYƏTLƏRİ ÜZƏ ÇIXARIR
ABŞ cəmiyyətinin Ferqusonda baş verənlərə münasibətində ziddiyyətlər və fikir ayrılıqları da özünü göstərir. Bir çoxları Maykl Braunun öldürülməsinin zorakı əməl olduğunu düşündüyü halda, bəziləri onu qətlə yetirən Daren Uilsona haqq qazandırır. Ferqusondakı iğtişaşların müzakirəsi zamanı isə sosial şəbəkələrdə, virtual məkanda irqi zəmində qarşılıqlı ittiham və təhqirlərə yol verilir.
Mövcud vəziyyət ictimaiyyətdə irqi qarşıdurmanın kəskinləşməsi barədə narahatlıq da yaradır. Son hadisələrlə bağlı qaradərili kinorejissor və aktyor Spayk Linin “CNN”ə açıqlaması ABŞ-dakı irqi zəmində biabırçı durumu göz önünə gətirir. Onun sözlərinə görə, Ferquson iğtişaşları irqçiliyin hələ də ABŞ-da geniş yayılmış ciddi problem olduğunu təsdiq edir: “Qaradərili insanlara qarşı müharibə mövcuddur və bu, ölkəni parçalayır”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

