Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır
17.02.2015 [12:31]
Müxalifət partiyaları fevralın 20-də Sarkisyan hakimiyyətinə qarşı genişmiqyaslı mitinq keçirməyə hazırlaşır
Qonşularına qarşı işğalçı siyasət yürütməklə Cənubi Qafqaz regionunun ümumi inkişaf trayektoriyasından kənarda qalan, özünü bütün qlobal miqyaslı enerji layihələrindən təcrid edən Ermənistan olduqca ağır günlərini yaşayır. Belə ki, istər siyasi, istərsə də iqtisadi cəhətdən məhv olmanın astanasında dayanan, bütün gücünü, dayaqlarını itirən, siyasi gərginliyin pik həddə çatdığı işğalçı ölkədə bütün sahələr iflic durumuna düşüb. Bütün bunların fonunda ölkə əhalisinin miqrasiyası da get-gedə artan sürətlə davam edir və Sarkisyan hakimiyyəti bunun qarşısını almaqda aciz görünür. Digər tərəfdən, işğalçı ölkədə baş verən siyasi böhran, iqtisadi tənəzzül, o cümlədən, ordudakı özbaşınalıq, intihar və cinayətkarlıq miqrasiyanın gələcək dövrlərdə daha da artacağına işarə edir.
Qeyd edək ki, Ermənistan KİV-i, o cümlədən, erməni lobbisinin vəsaiti hesabına xaricdə nəşr olunan erməniyönümlü mətbuat da işğalçı ölkəni tərk edən vətəndaşların sayının ildən-ilə artdığını etiraf etmək məcburiyyətində qalıb. Məsələn, Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edən erməni KİV-nin verdiyi xəbərə görə, təkcə 2014-cü ildə 47 min erməninin xarici ölkələrə miqrasiya edib. Miqrasiya hallarının 2013-cü illə müqayisədə 12 faiz artdığı və bunun Ermənistan üçün əsl faciə olduğu, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min erməninin ölkəni tərk etdiyi diqqətə çatdırılıb. Nəzərə alsaq ki, bu rəqəmləri açıqlayan qurum Ermənistanın dövlət strukturudur və bu mənada həmin göstəricilər azaldılıb, demək ki, hər il Ermənistandan ayrılan insanların sayı daha çoxdur. Bununla yanaşı, qeyd olunan açıqlamada Ermənistanı tərk edən əhalinin 22 mininin ölkə vətəndaşlığından imtina etdiyi də göstərilir.
Kütləvi miqrasiyanın arxasında dayanan səbəblərin arasında iqtisadi çətinliklər ön planda dayansa da, ölkənin ictimai-siyasi sabitsizliyi, siyasi böhran da burada əsas şərtlərdən biri sayılır. Belə ki, son dövrlərdə hərbi xuntanın rəhbəri Serj Sarkisyanın ölkə müxalifətinə qarşı tutduğu mövqe Ermənistandakı vəziyyəti daha da gərginləşdirib. Məlumatlara görə, Sarkisyanın müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın Milli Təhlükəsizlik Şurasında üzvlüyünün ləğv olunması haqqında fərmanı yenidən qarşıdurmalara yol açıb. Ermənistan prezidenti öz fərmanını Tsarukyanın şuranın iclaslarında iştirak etməməsi ilə əsaslandırmağa çalışsa da, onun bu addımı atmasının arxasında müxalifət liderinin ötən həftə ictimai qüvvələrin konfransında hakimiyyəti kəskin tənqid atəşinə tutmasının dayanması hər kəsə bəllidir. Bu isə iki partiyanın bir-birilə açıq düşmənçiliyə başlamasına təkan verib.
Digər müxalifət partiyalarının rəhbərləri də bu qarşıdurmanın daha böyük gərginliyə səbəb olacağını, ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxaracağını proqnozlaşdırırlar. Məsələn, “Milli Özünütəyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan da “Çiçəklənən Ermənistan” və Respublika partiyalarının liderlərinin ölkəni qütbləşdirərək iki yerə böldükləri fikrindədir.
Bu arada siyasi böhranın yaxın zamanlarda daha da dərinləşəcəyi ilə bağlı xəbərlər artıq erməni mətbuatında geniş yer almağa başlayıb. Hətta işğalçı ölkədə yaxın günlərdə həbs dalğası və cinayət təqiblərinin başlanması belə gözlənilir. Bildirilir ki, prezident Serj Sarkisyanla müxalifət arasında mübarizə artıq siyasi müstəvidə deyil, bir-birlərini ölümlə hədələməklə aparılır. “168 jam” qəzetinin yazdığına görə, Ermənistanda qanlı savaş başlayıb və əhali yaxın vaxtlarda sui-qəsdlərin, həmçinin, həbs dalğalarının şahidi olacaqlar. Belə ki, Sarkisyanın Tsarukyana qarşı addımlar atmasının ardından baş nazir Ovik Abramyanın göstərişi ilə Tsarukyanın vergidən yayınması ilə bağlı araşdırma aparılır.
Buna cavab olaraq Tsarukyan tərəfdarlarını küçələrə çıxmağa və Sarkisyanın istefasını tələb etməyə çağırıb. Yerli mətbuatın yazdığına görə, “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatlar öz mandatlarından imtina etmək niyyətlərindədirlər. Ekspertlər proqnozlaşdırırlar ki, digər müxalifət partiyalarının deputatları da onların yolu ilə gedəcəklər. Təbii ki, bu cür demarş erməni parlamentinin işinə mənfi təsir göstərəcək.
Ermənistanın tanınmış politoloq Levon Şirinyan xüsusi çağırılmış mətbuat konfransında bildirib ki, bu hakimiyyətlə vidalaşmağın vaxtı məhz indi çatıb. Onun sözlərinə görə, ölkəyə siyasi və iqtisadi dəyişikliklər lazımdır. Bununla yanaşı, parlamentin üç müxalifət partiyası fevralın 20-də Yerevanda genişmiqyaslı mitinq keçirilməsi barədə qərar qəbul edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

