“YOX!” cəbhəsi Sarkisyan rejiminə yox deyir
08.10.2015 [09:51]
Konstitusiyada dəyişiklik etməklə Sarkisyan ölkədə hakimiyyəti zəbt etmiş kriminal rejimin ömrünü bir qədər də uzatmaq istəyir
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsininin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması isə işğalçı ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün müxtəlif qabaqlayıcı tədbirlərə əl atsa da, bu, bir nəticə vermir. Xalq kütlələrinin ciddi narazılığı fonunda artıq laxlamaqda olan hakimiyyətin ömrünü bir qədər də uzatmaq üçün Serj Sarkisyan növbəti dəfə ermənilərin gözünə kül üfürməkdədir. Amma görünən odur ki, başlatdığı konstitusiya islahatları oyunu elə Sarkisyanın öz başında partlayacaq.
Əgər bu ilin əvvəlində Sarkisyana bağlı olan media qurumları Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını necə “bəh-bəh”lə təqdim edirdilərsə, üstündən heç yarım il keçməmiş, indi yerli mətbuatda bu haqda bir cümləyə belə rast gəlmək mümkün deyil. Artıq Ermənistanda hər kəsə bəllidir ki, bu, sadəcə, yoxsulluq və səfalət içində yaşayan xalqı bir qədər sakitləşdirməyə və əksinə, ölkədə hakimiyyəti zəbt etmiş kriminal rejimin ömrünü uzatmağa hesablanmış addım idi. Hadisələrin sonrakı inkişafı - elektrik enerjisi tariflərinin yüksəlməsinə etiraz edənlərin Yerevan küçələrində fasiləsiz etiraz aksiyalarına başlaması, bunun ardınca kimyaçıların tətilləri Sarkisyanın kreslosunu əməlli-başlı silkələdi. Doğrudur, hakimiyyət müxtəlif yollarla xalq etirazlarını müvəqqəti olaraq yatırda bilsə də, bunun yenidən təkrarlanmayacağına yuxarıdakılar da artıq şübhə edirlər. Və buna ciddi əsaslar da var. Çünki oktyabrın 5-də yenidən Yerevan küçələrinə axışan etirazçılar bu dəfə Serj Sarkisyan qarşısında ciddi tələblər səsləndirməyə başlayıblar. Belə ki, “YOX!” cəbhəsi tərəfindən parlamentin qarşısında təşkil olunan etiraz aksiyasının məğzi də elə Serj Sarkisyan rejiminə, onun ölkəni idarəetmə qayda və qanunlarına elə yox demək olub.
Xatırlatmaq yerinə düşər ki, Ermənistan parlamentinin həmin gün keçirilən iclasında ölkə konstitusiyasının bir sıra maddələrinə dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilərək, qəbul olunub. Ermənistan Milli Konqresi və “İrs” partiyasından başqa digər müxalifət təmsilçiləri də sənədin qəbul olunmasına səs veriblər. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan “www.news.am” saytına müsahibəsində sənədin təsdiq olunmaq üçün prezidentə göndərildiyini bildirib. Onun sözlərinə görə, prezident sənədi təsdiq etdikdən sonra qarşıdakı 55-60 gün ərzində ölkədə referendum keçirilməlidir.
Yerli analitiklərin fikrincə, Sarkisyan ölkədə konstitusiya islahatlarına “start verməklə”, əslində növbəti dəfə xalqın gözünə kül üfürmək niyyətindədir. Belə ki, yeni islahatlar paketinə Ermənistan üçün bir sıra yeniliklər - ölkə prezidentinin 7 il müddətinə, yalnız bir dəfə seçilə bilməsi, hərbi şəraitdə ölkənin ali baş komandanı səlahiyyətlərinin baş nazirə keçməsi, milli bankın sədrinin parlament tərəfindən seçilməsi, parlamentin təqribən üçdəbirini təşkil edən majoritar seçki sisteminin ləğv olunması və s. kimi ağızda asan və xoş tələffüz edilən maddələr daxil edilib.
Ekspertlərin qənaətinə görə, konstitusiya islahatlarının təqribən 3 ay boyunca müzakirəsinin təşkilində də məqsəd elə xalqın başını qatmaqdır. Amma, əslində, nəzərdə tutulan bu islahatların əsas məqsədi ölkədəki kriminal rejimin ömrünün daha da uzadılmasına xidmət etməkdir.
Belə ki, Serj Sarkisyan artıq iki dəfə - 2008 və 2013-cü ildə 5 il müddətinə prezident seçilib və mövcud konstitusiyaya görə onun limiti artıq tükənib. Hakim Respublika Partiyası isə parlamentdəki 90 yerdən 69-na sahibdir. Majoritar qaydada parlamentə seçilmiş 41 deputatın əksəriyyəti isə hakimiyyətdə təmsil olunmayan partiyaların nümayəndələridir. İslahatlardan sonra majoritar seçki sisteminin ləğv olunması parlamentdəki yerləri iqtidar partiyasının xeyrinə dəyişə bilər ki, bu da elə Sarkisyanın “armudun başına açmaq istədiyi oyundur”. Başqa sözlə, Sarkisyan öz gələcək taleyini parlament sədri postunda görür ki, bəlkə bu yolla on il müddətində birinci şəxs olaraq sadə ermənilərin başına açdığı oyunlara, onları necə səfalət içində yaşamağa məhkum etməsi, ölkədə indiyədək görünməmiş həddə çatan miqrasiya, korrupsiya və rüşvətxorluğun artması, hakimiyyətin kriminal üsul-idarəsi və s. kimi məsələlərə görə ədalət məhkəməsindən birtəhər canını qurtarmış olsun. Amma, Serj Sarkisyan bunu bacaracaqmı, yaxud yoxsulluq içində yaşamaqdan cana doymuş ermənilər bunu ona bağışlayacaqlarmı? Bax, bunu zaman göstərəcək!....
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

