Rusiya-Polşa münasibətləri istiləşəcəkmi?
04.09.2009 [10:09]
Keçmiş SSRİ-nin dağılmasından və Polşada kommunist rejiminin süqutundan sonra keçən dövr ərzində iki ölkə arasındakı münasibətlər o qədər də isti xarakter daşımayıb. Siyasi müşahidəçilərin fikrincə, son illər Rusiya-Polşa əlaqələrində hökm sürən soyuqluq ilk növbədə təxminən son iki əsr ərzində bu dövlətlər arasında cərəyan edən mürəkkəb, ziddiyyətli və gərgin tarixi-siyasi proseslərin təsiri ilə bağlıdır. Bu neqativ hal, xüsusilə psixoloji anlamda bu günə qədər ikitərəfli münasibətlərə öz mənfi təsirini göstərməkdədir. Eyni zamanda, müasir, müstəqil Rusiyanın xarici siyasətində, keçmiş müttəfiqlərinə və postsovet məkanındakı yaxın qonşularına qarşı münasibətdə aydın görünən amiranə rəftar tərzi (öz sələflərinə məxsus) Polşa və Pribaltika respublikaları kimi dövlətləri Kreml ilə münasibətdə ehtiyatlı mövqe tutmağa vadar edir.
Ekspertlərin rəyinə görə, məhz bu amilləri Qərb qarşısında dönə-dönə qabartmaqla Polşa və onun kimi digər Şərqi Avropa dövlətləri çox sürətlə NATO, eləcə də digər nüfuzlu Qərb strukturlarına inteqrasiya ola biliblər. Təsadüfi deyil ki, ötən ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan münaqişəsi ilə əlaqədar Qərb dövlətlərinə nisbətən, Moskvanın ünvanına daha sərt və kəskin ittihamlar, tənqidlər, qadağalar tələbi səsləndirən də məhz Polşa və Pribaltika dövlətləri olublar. Bir il öncə Polşa ərazisində ABŞ-a məxsus raketdən müdafiə sistemlərinin yerləşdirilməsi barədə rəsmi Vaşinqton ilə Varşava arasında imzalanmış saziş isə (hərçənd bu razılaşma hələ kağız üzərində mövcuddur və onun gələcək taleyi bəlli deyil) Rusiya-Polşa münasibətlərinə bir qədər də soyuqluq gətirdi.
Onu da deyək ki, eks-prezident B.Yeltsinin hakimiyyəti dönəmində və Polşada eks-prezident A.Kvasnevskinin rəhbərlik etdiyi sol qüvvələr iqtidarda olduqları zaman iki ölkə arasındakı münasibətlərdə bir ilıqlıq hiss olunurdu. Lakin 2005-ci ildə Polşada sağ qüvvələr hakimiyyətə gəldikdən sonra əlaqələr yenidən soyuq xarakter almağa başladı. Məhz bu səbəbdən də II Dünya Müharibəsinin başlanmasının 70 illiyi ilə əlaqədar keçirilmiş təntənəli anım mərasimlərində iştirak etmək üçün bu günlərdə Varşavaya işgüzar səfər etmiş Rusiyanın baş naziri Vladimir Putinin Polşa rəsmiləri ilə apardığı danışıqlar beynəlxalq siyasi dairələrin diqqət mərkəzində olub. Vladimir Putinin polşalı həmkarı baş nazir Donald Tusk ilə keçirdiyi görüşdə iktərəfli münasibətlər, eləcə də, beynəlxalq aləmdə cərəyan edən aktual problemlər geniş şəkildə müzakirə edilib. Sonra qarşılıqlı əməkdaşlığa dair üç sənəd imzalanıb.
Görüş zamanı V.Putin onu da qeyd edib ki, iki ölkə arasında münasibətlərə kölgə salan “tarixin qara ləkələri” ilə bağlı problemlərin yeni təfəkkürə uyğun təhlilə və obyektiv araşdırmalara ciddi ehtiyacı var. Daha sonra o, müharibənin başlanması ilə bağlı keçiriləcək təntənəli anım mərasiminə qatılmaq üçün digər rəsmilərlə birgə Polşanın şimalında yerləşən Qdansk şəhərinə gəlib. II Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də məhz faşist donanmasının Baltik dənizi sahilindəki Qdansk şəhəri yaxınlığında yerləşən “Vesterplatte” rayonuna hücumu nəticəsində başlayıb. Otuzdan çox ölkənin dövlət və hökumət rəsmilərinin, beynəlxalq ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi anım mərasimlərində prezident Lex Kaçinski və baş nazir Donald Tusk nitq söyləyiblər. Siyasi müşahidəçilər Rusiyanın baş naziri V.Putinin də bu mərasimlərdə iştirakını dövlətlər arasındakı münasibətlərdə müsbət bir addım kimi qiymətləndirirlər.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

