Ermənistanda vətəndaş müharibəsi təhlükəsi yaranıb
26.04.2018 [09:07]
İşğalçı ölkədə müxalifət liderləri tələbləri tam yerinə yetirilməyənə qədər etiraz aksiyalarının dayandırılmayacağını bəyan ediblər
Ermənistan hakimiyyətinin səriştəsiz idarəçiliyi bu ölkəni uçuruma sürükləyərək tam tənəzzülə uğradıb. Ordu sıralarında yaranmış hərc-mərclik, vətəndaş itaətsizliyi Serj Sarkisyanın istefası ilə nəticələnib. Bundan sonra hökumət də istefaya gedib. Beləliklə, bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. “Vətəndaş Müqaviləsi” cəbhəsinin rəhbəri, Ermənistanda 10 gündən çoxdur davam edən “məxməri inqilab”a rəhbərlik edən deputat Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında aprelin 25-nə təyin olunan danışıqlar ləğv edilib. Məlumatı “Vətəndaş Müqaviləsi” cəbhəsinin mətbuat katibi Tiqran Avinyan yayıb. O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir. Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini istəyir, hakim Respublika Partiyası isə bununla razılaşmır. Vətəndaş qüvvələrinin tələbi belədir: “Hakimiyyət dinc yolla təhvil verilməli və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Həmçinin Respublika Partiyasından heç bir kəs müvəqqəti hökumətə rəhbərlik edə bilməz”. Partiya isə məsələnin bu cür qoyuluşuna qarşıdır. Bundan əvvəl də Nikol Paşinyan hakim siyasi təşkilatın heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi. Ona görə də müxalifət etirazları dayandırmayacaq.
Artıq Respublika meydanında mitinqlərin yenidən bərpa olunacağına dair qərar qəbul edilib. Müxalifət məqsədlərinə çatmayanacan etiraz aksiyalarına fasilə verimək fikrində deyil. Nikol Paşinyan bildirib ki, “məxməri inqilab”ın məntiqi sonuna qədər heç bir fasilə olmayacaq. Baş nazir vəzifəsinə mütləq xalqdan namizəd seçilməlidir. O həmçinin qeyd edib ki, ölkədə növbədənkənar parlament seçkiləri 1-2 ay ərzində keçirilməlidir. Hakimiyyətin buna müqavimət göstərməsi nəticə verməyəcək. Paşinyan baş nazir postuna iddiasını bir cümlə ilə ifadə edib. “Xalq mənə etimad göstərsə, bundan imtina etmərəm”. Müxalif lider bu açıqlaması ilə baş nazir kürsüsünə iddialı olduğunu nümayiş etdirib.
Siyasi ekspertlərin fikrincə, Nikol Paşinyanın öz planı var. Serj Sarkisyanın istefası bu planın yalnız birinci hissəsidir. Bu arada, Təhlükəsizlik Şurasının iclasını keçirən baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan rəsmi şəxslərə özlərini “ələ almağı” tapşırıb. O, ölkənin təhlükəsizliyinin ciddi təhdidlərə məruz qala biləcəyini diqqətə çatdırıb. Bununla isə hakim qüvvələr erməni cəmiyyətində xof yaratmağa çalışırlar. Əslində, boş xülyadan əl çəkməyən mənfur qonşular növbəti dəfə düşmənçilik fəlsəfəsinin iflasa məhkum olduğunun şahididirlər. Serj Sarkisyanın istefası ölkədə kəskin siyasi böhran yaradıb və onun nə qədər davam edəcəyi hələ ki məlum deyil. Bundan əlavə, hərbi xunta rejiminin Qarabağ kartından istifadəsinin limiti bitib. Ötən əsrin 90-cı illərində belə kart erməni xalqında böyük ümidlər yaratmışdı. O illərin millətçilik düşüncələri iqtisadi düşüncələrdən daha öndə idi. Mütəxəssislərin proqnozuna görə, yaxın gələcəkdə Ermənistanda klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma “DQR”lə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək. Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı və onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalətin hökm sürdüyü, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

