Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniya: Brexit prosesi yenə gündəmdə

Böyük Britaniya: Brexit prosesi yenə gündəmdə

20.12.2019 [09:19]

Böyük Britaniyada Brexit prosesi ilə əlaqədar siyasi müzakirələr yenidən canlanıb. Bu ölkəyə məxsus KİV-in məlumatına görə, Britaniya parlamentinin İcmalar Palatasının yeni heyətinin məsələni müzakirə etməsindən sonra prosesin həyata keçirilməsi barədə qanun layihəsinin icrası diqqət mərkəzində olacaq.
Böyük Britaniyanın Baş Naziri Boris Consonun rəsmi nümayəndəsi də bu ölkənin mətbuatına sözügedən məsələ ilə əlaqədar ümumi məlumat verib. Məlumata əsasən, Nazirlər Kabineti Brexit prosesi baş tutduqdan sonra Krallığın Avropa İttifaqı (Aİ) ilə uzunmüddətli iqtisadi əməkdaşlıq şərtləri barədə razılığa gələcəyinə ümid edir. Bildirilir ki, 2016-cı ildə Aİ ilə Kanada arasında imzalanan razılaşma prinsiplərinə əsaslanan ticarət sazişi əsas kimi qəbul olunacaq. Yəni İttifaq ilə Krallıq arasında belə bir saziş imzalamaq niyyəti mövcuddur.

Paylaş:
Baxılıb: 816 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31