Paşinyana qarşı etirazlar kəskinləşir
29.02.2020 [10:19]
İşğalçı Ermənistanda daxili gərginlik səngimək bilmir. Baş nazir Nikol Paşinyanın Münxen rəzalətindən sonra isə hökumətə qarşı narazılıq daha da artıb. Konstitusiya Məhkəməsinin sədri və üzvlərini vəzifədən uzaqlaşdırmaq üçün referenduma gedən Nikol Paşinyan bu məsələ ətrafında yaranmış siyasi gərginliklə üz-üzə qalıb. Onun komandasındakı nazirlərin və komitə rəhbərlərinin cinayət və korrupsiya əməllərinin bir-bir üzə çıxması isə mövcud hökuməti çətin vəziyyətə salıb. Belə ki, Ermənistan KİV-ində N.Paşinyanın rəhbərlik etdiyi hökumətdə baş verən korrupsiya və rüşvət qalmaqalları ilə bağlı silsilə yazılar dərc edilməkdədir. Məsələn, bu yaxınlarda məhkəmənin qərarı ilə Şəhərsalma Komitəsinin sədri Vahaqn Vermişyanın həbs olunması, ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın kriminal keçmişi ilə bağlı məlumatların ortaya çıxması bu qəbildəndir.
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan isə N.Paşinyanın növbəti dəfə yalan danışdığını ortaya çıxarıb. “News.am” saytının yazdığına görə, H.Baqratyan “Pressinq” verilişinə müsahibəsində N.Paşinyanın guya büdcəyə 105 milyon dolların qaytarılması barədə iddialarının həqiqəti əks etdirmədiyini deyib: “Hökumət başçısı hər hansı bir məsələni blefə çevirir. Bu illər ərzində həmişə korrupsiya olub. Amma məhkum edilmiş və ən azı 1 dollar büdcəyə qaytarmağa məcbur edilən bir oliqarx tanımıram”.
Ölkədə acınacaqlı sosial-iqtisadi vəziyyətin hökm sürdüyü bir vaxtda referendum keçirilməsinə gəlincə, Ermənistan mətbuatı yazır ki, Paşinyan hökuməti konstitusiya dəyişiklikləri ilə bağlı aprelin 5-də referendum keçirmək üçün 3 milyard 447 milyon dram ayırmaq qərarına gəlib. “Past” qəzeti yazır ki, heç bir ciddi ehtiyac olmadığı halda bu qədər vəsaitin xərclənməsi Ermənistan cəmiyyətində müsbət qarşılanmır. İqtisadçı Tadevos Avetisyan nəşrə verdiyi müsahibədə deyib: “Əslində, Konstitusiya Məhkəməsinin yeddi hakimini dəyişdirmək və bir nəfərin ambisiyalarını təmin etmək üçün hökumətin vətəndaşların vergiləri hesabına təxminən 7,2 milyon dolları havaya sovurması cəmiyyətin əksəriyyətinin ciddi tənqidinə səbəb olub”.
3,5 milyard dramın iqtisadiyyat üçün olduqca ciddi bir məbləğ olduğunu qeyd edən iqtisadçının sözlərinə görə, bu məbləğ yoxsulluğa görə müavinətlərin təxminən 10 faiz artırılmasına xərclənə bilərdi.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

