Fransa: pensiya islahatı yeni etiraz aksiyalarına səbəb olub
07.03.2020 [11:55]
Fransada nəzərdə tutulan pensiya islahatı ötən ilin 5 dekabrından bu günə qədər davam edən tətillərə və digər etiraz aksiyalarının keçirilməsinə gətirib çıxarıb. Həmkarlar ittifaqlarının çağırışı ilə paytaxt Parisdə keçirilən budəfəki aksiya zamanı etirazçılar “Madlen” meydanına yürüş ediblər.
Türkiyənin “Anadolu” xəbər agentliyinin məlumatına görə, aksiya zamanı nümayişçilər hökumət əleyhinə plakatlar sərgiləməklə yanaşı, digər şüarlar da səsləndiriblər. Etirazçıların irəliləyişinin qarşısını almaq üçün parlament binası ətrafında intensiv təhlükəsizlik tədbirləri görülüb.
Bu ölkənin mediası yazır ki, paytaxtdakı nümayişdə 20 min nəfər iştirak edib. Həmçinin ölkənin müxtəlif şəhərlərində də tətil və nümayişlər keçirilib. İslahatlara etiraz məqsədilə elan edilən tətillər səbəbindən nəqliyyat, səhiyyə və ictimai xidmətlərdə fasilələr yaşanıb, xüsusilə Parisdə gündəlik həyat iflic olub.
Hökumətin Konstitusiyanın 49.3-cü maddəsinə əsasən, pensiya islahatını parlamentdə təsdiq etdirmək qərarına reaksiya verən fəallar islahatın ləğvini tələb edirlər. Xarici KİV yazır ki, aparılan sorğulara əsasən, Fransa əhalisinin təxminən 75 faizinin təxirə salınmasını və ya dəyişiklik edilməsini tələb etdiyi pensiya islahatı məmur və sıravi əməkdaş arasında ayrı-seçkiliyi aradan qaldırmaq məqsədi daşıyır. İslahatlara əsasən, pensiya sistemində vahid tənzimləmə tətbiq ediləcək, müxtəlif sektorlara verilən güzəştlər və 42 pensiya növü ləğv ediləcək.
Hökumət bu islahatın əhalinin xeyrinə olacağını iddia edir, həmkarlar təşkilatları və ictimaiyyət isə islahatların həyata keçiriləcəyi təqdirdə pensiyanın azalacağını israrla vurğulayır.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayının əvvəlindən islahatlar əleyhinə ölkənin müxtəlif yerlərində, xüsusən Parisdə yüz minlərlə insanın iştirakı ilə bir çox aksiya keçirilib. Sarı rəngli gödəkçəlilərin aksiyalarında olduğu kimi, islahat əleyhinə etiraz aksiyalarında da polisin jurnalistlərə və aktivistlərə etdiyi zorakılıqlar ciddi müzakirələrə səbəb olub.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32

