Ermənistan hökumətində oğru və quldurlar təmsil olunur
04.09.2020 [09:22]
Nikol Paşinyanın son kadr təyinatları da işğalçı ölkədə ciddi etirazla qarşılanır
Məlum olduğu kimi, Ermənistanda mövcud olan sosial-iqtisadi böhran işğalçı ölkənin idarə edilməsində və problemlərinin həllində mövcud hakimiyyətin səriştəsizliyini ortaya qoyur. Koronavirusla mübarizədə heç bir əməli addım atılmaması, opponentlərə qarşı repressiyalar isə Nikol Paşinyan hökumətinin əleyhdarlarının sayını hər keçən gün daha da artırır. Digər tərəfdən, hakimiyyətə müxalif siyasi qüvvələr hökumətin korrupsiyaya qurşandığı barədə itthamlar səsləndirirlər. Ekspertlərin fikrincə, baş nazirin kadr siyasəti hökumətin fəaliyyətsizliyi və nüfuzdan düşməsində əsas rol oynayır.
Ermənistanda hökumətin bütün aparatı korrupsiyaya qurşanıb
Paşinyan hökumətini korrupsiyada ittiham edən opponentləri indiki məmurların dövlət büdcəsinin talanmasında iştirak etdiyini bildirirlər. Məsələn, “news.am” saytının yazdığına görə, “Ərik ölkəsi” partiyasının rəhbəri Zaruhi Bostançıyan 2 sentyabrda jurnalistlərlə görüşündə bəyan edib ki, yeni hökumətdə təmsil olunan məmurların indiyə qədər 100 milyon dollardan çox mükafat aldıqlarına dair rəsmi dəlillər var. Onun sözlərinə görə, bu metod dövlət büdcəsinin dolayı yolla talanması deməkdir: “Bunu belə əsaslandırırlar: məmurların korrupsiyaya uğramaması üçün bu mükafatları veririk. Ancaq bu o deməkdir ki, əvvəlcə korrupsiyaya meylli insanları yüksək vəzifələrə yerləşdirib, sonra onlara mükafat verməlisiniz ki, sonuncular korrupsiya sövdələşmələrində iştirak etməsinlər? Yəni hökumətin bütün aparatının korrupsiyaya qurşandığını qəbul edirsiniz. Hökumətdə mötəbər insanları deyil, korrupsiya sövdələşmələrinə və oğurluğa getməyə hazır olan kadrları yerləşdirmisiniz. Beləliklə, oğru və quldurları işə götürdüyünüzü qəbul edirsiniz”.
İşğalçı ölkədə demoqrafik böhran daha da dərinləşir
Onu da deyək ki, onsuz da dərin tənəzzüllə və demoqrafik böhranla üz-üzə olan Ermənistanda rəsmi statistikaya görə, pandemiya dövründə nikahların sayı azalıb və bu, doğum nisbətinin aşağı düşməsinə səbəb olub. Ermənistan Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun mütəxəssisi Artak Markosyan “Sputnik Ermənistan”a bildirib ki, bu gedişlə Ermənistandakı bəzi ailələrdə birinci və ikinci uşağın planlaşdırılması da təxirə salına bilər. Ekspertin sözlərinə görə, Ermənistanın 6 vilayətində əhali azalıb, 10 vilayətdə isə bu ilin ilk yarısında anadan olanlara nisbətən ölüm halı 447 nəfər çox olub.
Onun sözlərinə görə, epidemiyanın demoqrafik vəziyyətə təsiri 2021-2022-ci illərdə daha aydın görünəcək və bunun səbəbi kimi təxirə salınmış evliliyin kifayət qədər çox olması göstəriləcək.
Yeni direktor Paşinyana hakimiyyətini qorumaq, korrupsiya əməllərini ört-basdır etmək üçün lazımdır
Qeyd edildiyi kimi baş nazirin kadr siyasəti də ölkədə narazılıqların başında gəlir. Hazırda erməni mətbuatı iyun ayında bütün güc sturkturları rəhbərlərinin istefaya göndərən Paşinyanın 29 yaşlı Arqişti Kərəmyanın Ermənistan Təhlükəsizlik Xidmətinin (TX) direktoru vəzifəsinə təyin etməsinin arxasında nəyin dayandığı ətrafında baş sındırır. Yerli medianın araşdırmalarına görə, A.Kərəmyanın özü korrupsiyaya qurşanıb, şəxsi hesabında 100 min ABŞ dolları məbləğində vəsait var. Üstəlik, vəzifəyə gəldikdən cəmi on gün sonra A.Kərəmyanın da öz qohumu Artur Nahapetyan istintaq şöbəsinin müdiri təyin etməsi korrupsiya hallarının məhz TX-dən başladığını ortaya qoyub.
Baş nazir uğursuz təyinatları barədə “ArmenianReport”da məqalələrlə çıxış edən Hrayr Poqosyan xüsusi xidmət orqanı rəhbərinin səriştəsizliyi, ölçüyəgəlməz dərəcədə var-dövlətə sahib olması aydınlaşdıqdan sonra belə A.Kərəmyanın fəaliyyətinə baş nazirin reaksiya verməməsinin müəmmalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, yeni direktorun Paşinyanın bəzi maraqlarını təmin etmək üçün xüsusi bir missiyası var. Buraya yeni direktorun baş nazirin qanunsuz göstərişlərinə itaət etməsi, Paşinyanın hakimiyyətini qoruması, baş nazirin korrupsiya əməllərinin ört-basdır edilməsi, hökumətə qarşı müxalif olanların cəzlandırılması və s. daxildir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

