Moskva metrosunda terror aktı...
30.03.2010 [08:15]
Dünən səhər tezdən Moskva metrosunun “Lubyanka” və “Park kulturı” stansiyalarında partlayış baş verib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilk partlayış Moskva vaxtı ilə saat 07.56-da “Lubyanka”da, “Komsomolskaya” stansiyasına doğru hərəkət edən qatarın ikinci vaqonunda baş verib. İkinci partlayış isə saat 08.39-da “Park kulturı”da olub. Bundan sonra Moskva milisi gücləndirilmiş iş rejiminə keçib. Moskva şəhər Daxili İşlər İdarəsinin rəisi Viktor Biryukov terrorla əlaqədar “Vulkan” planı hazırlayıb həyata keçirdiklərini, metronun bütün stansiyalarının nəzarətə götürüldüyünü bəyan edib. Paytaxtda pasport rejimi gücləndirilib. Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin fakt üzrə Cinayət Məcəlləsinin 205-ci (terrorçuluq) maddəsi ilə cinayət işi qaldırıldığını bildirib: “Hazırda hadisə yerində müstəntiqlər və kriminalistlər çalışır. Partlayıcı qurğunun növü və gücü aydınlaşdırılır”.
Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov terror barədə prezident Dmitri Medvedevin məlumatlandırıldığını açıqlayıb. Rusiya KİV-i sonradan Moskva metropoliteninin “Sülh prospekti” stansiyasında üçüncü partlayışın baş verdiyi barədə xəbər yayıb. Metroda üçüncü partlayışın baş verdiyi haqda xəbərlər isə təkzib edilib.
Moskva Şəhər prokuroru Yuri Semin açıqlama verib ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib ki, Moskva metropoliteninin stansiyalarında partlayışlar qeksogen maddəsindən hazırlanmış partlayıcı qurğu vasitəsilə törədilib. “Lubyanka” stansiyasında törədilən partlayışın gücü 4 kiloqram trotil ekvivalentində olub. “Park Kulturı” stansiyasında isə partlayış törətmək üçün 1,5-2 kiloqram trotil ekvivalentində partlayıcı istifadə olunub. Terrorçular partlayışın gücünü artırmaq üçün bolt və kəsilmiş armatur hissələrindən istifadə ediblər.
Moskva metropoliteninin “Lubyanka” və “Park Kulturı” stansiyalarında baş verən partlayışlarda 35 nəfər ölüb, 62 nəfər yaralanıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildiriblər ki, “Lubyanka” stansiyasında 23 nəfər ölüb, “Park Kulturı” stansiyasında isə ölənlərin sayı 12 nəfərdir. Xilasetmə işlərinə ümumilikdə 641 nəfər cəlb olunub, onlardan 326 nəfəri FHN əməkdaşlarıdır. Bundan başqa FHN yaralıların xəstəxanalara çatdırılması üçün əraziyə 2 vertolyot göndərib. Rusiya Federasiyasının baş prokuroru Yuri çayka isə Moskva metrosundakı terror aktı nəticəsində 37 nəfərin öldüyünü söyləyib.
Partlayışlardan sonra çeçen ekstremistlərinə yaxın saytlardan biri Moskva metrosundakı partlayışları çeçen silahlılarının törətdiyini yazıb. Bu barədə CNN telekanalı xəbər yayıb. Konkret hansı saytdan söhbət getdiyi açıqlanmayıb. Terrora görə məsuliyyəti hansı qruplaşmanın öz üzərinə götürdüyü də bəlli deyil. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB)direktoru Aleksandr Bortnikov terroru Şimali Qafqaza aidiyyəti olan qruplaşmaların törədə biləcəyi versiyasını təsdiqləyib. A.Bortnikov prezident yanında keçirilən fövqəladə müşavirədə bildirib ki, metroda Şimali Qafqaza bağlılığı olan iki qadın kamikadzenin cəsədi tapılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı ekspert-analitik də deyib ki, metrodakı terror aksiyasının silahlı qrupların son günlər öldürülmüş məşhur liderləri Anzor Astemirov, Salambek Əhmədov, Əbu Xalid və Səid Buryatskinin qisasını almaq məqsədilə törədildiyi istisna deyil. Federal Təhlükəsizlik Xidmətinin sabiq direktoru Nikolay Kovalyov da bu versiyanı təsdiqləyib. Onun sözlərinə görə, qadın kamikadzelər S.Buryatskinin qohumları ola bilər. N.Kovalyov əlavə edib ki, əsas partlayışın məhz FTX (FSB) binasının yerləşdiyi “Lubyanka”da törədilməsini terrorçuların Rusiya xüsusi xidmət orqanlarının uğurlu əməliyyatlarına cavabı kimi qiymətləndirmək olar.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

