Ermənistanda xaos: hakimiyyət proseslərə nəzarəti itirib
20.11.2020 [09:34]
İşğalçı ölkədə faktiki olaraq anarxiya hökm sürür
Məlum olduğu kimi, son günlər işğalçı Ermənistanda ciddi qarşıdurma və xaos hökm sürür. Belə ki, paytaxt Yerevanda 17 müxalifət partiyası tərəfindən baş nazir Nikol Paşinyanın istefasını tələb edən genişmiqyaslı etiraz aksiyaları keçirilir. Siyasətçilər və sıravi vətəndaşlarla yanaşı, vaxtilə hökumətdə təmsil olunanlar da Paşinyanın və hökumətinin istefası məsələsində həmfikirdirlər. Son günlər hökumətdə və hakim fraksiyada kütləvi istefalar da bunu təsdiq edir. Hazırda siyasi qüvvələr mövcud hökumətə qarşı etiraz aksiyalarını, Paşinyan hakimiyyəti isə siyasi rəqiblərə qarşı həbsləri davam etdirir. Yerli mətbuatın yazdığına görə, müxalifət hökumətin istefasına qədər kütləvi etiraz aksiyalarını davam etdirməkdə israrlıdır və növbəti aksiya noyabrın 21-nə təyin edilib. “News.am” saytı yazır ki, 19 noyabrda “Maariflənən Ermənistan” partiyasının sədri və parlamentdəki eyniadlı fraksiyanın rəhbəri Edmon Marukyan parlamentdəki ənənəvi brifinq zamanı deyib ki, Paşinyanın tərəfdarları müxalifət liderlərini təhdid edir və ölkədə anarxiya hökm sürür.
Yeri gəlmişkən, noyabrın 18-də keçirilən etiraz aksiyasına münasibət bildirən baş nazir N.Paşinyan vətəndaşları zorakılıqla hədələyib. Həmin aksiyada iştirak edən “Vətən” partiyasının sədri Artur Vanetsyan isə Ermənistan prezidenti Armen Sarkisyanın baş nazirin dərhal istefası və keçid dövrü üçün milli barışıq hökumətinin qurulması tələbini dəstəklədiyini dilə gətirib. “Aysor.am”ın yazdığına görə, A.Vanetsyan deyib ki, hələ 4 iyun 2020-ci il tarixində milli barışıq hökumətinin qurulmasını təklif edib: “Təəssüf ki, bu müraciətə məhəl qoyulmadı və bu hökumətin fəaliyyəti aylar sonra xalqımız üçün fəlakətli nəticələrə gətirib çıxardı və bunun üçün məsuliyyət daşıyan yeganə şəxs təslimçilik aktını imzalayan N.Paşinyandır”.
Partiya sədrinin sözlərinə görə, N.Paşinyanın vəzifədə qalması həm ölkə, həm də erməni xalqı üçün fəlakətdir.
Parlament daxilində və kənarda olan müxalifətin, hətta Ermənistan prezidentinin də istefa çağırışlarına məhəl qoymayan baş nazir N.Paşinyan Ermənistan parlamentinin üzvlərinin suallarını cavablandırarkən deyib ki, indiki vaxtda milli barışıq hökumətinin qurulmasının zəruriliyinə inanmır.
Baş nazirin müqavimətinə baxmayaraq, hökumətdə, o cümlədən güc nazirliklərində istefalar davam edir. Müdafiə Nazirliyinin İnspeksiya rəisi Movses Hakopyan da istefa verib. Erməni mediasının məlumatına görə, Paşinyan neçə gündür boş qalan XİN rəhbəri vəzifəsinə təyinat üçün bir nəfər tapıb. Belə ki, prezident A.Sarkisyanın sərəncamı ilə Ara Ayvazyan xarici işlər naziri təyin edilib.
Qeyd edək ki, ölkə daxilində olduğu kimi, xaricdəki müşahidəçi və ekspertlər də təcavüzkar Ermənistandakı vəziyyəti fəlakət səviyyəsində qiymətləndirirlər. “Novosti-Armeniya”nın yazdığına görə, Rusiyada fəaliyyət göstərən Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyib ki, Ermənistan uzun müddət davam edən sosial-iqtisadi və siyasi böhranla üz-üzədir: “Bu durum ölkədə çox ciddi bir sosial və siyasi fəlakətə səbəb olacaq, vəziyyət daha da pisləşəcək. Ermənistanda vəziyyət son dərəcə kəskindir, ölkə fəlakətə doğru gedir”.
Göründüyü kimi, xarici və yerli müşahidəçilər də işğalçı Ermənistanda siyasi, sosial, iqtisadi vəziyyətin acınacaqlı olmasından bəhs edir. Bəzi mütəxəssislərin sözlərinə görə, mövcud hakimiyyət proseslərə nəzarəti itirib, ölkədə idarəetmə pozulub. Bu vəziyyət onu deməyə əsas verir ki, işğalçı Ermənistan fəlakətin astanasındadır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

