Ermənistanda qarşıdurma: ziddiyyətlər dərinləşir
27.11.2020 [08:51]
Ciddi etiraz dalğası ilə qarşı-qarşıya olan diktator Paşinyan öz hakimiyyətini qorumaq üçün bütün vasitələrdən istifadə edir
Məlum olduğu kimi, Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanın mövcud hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları davam edir. 17 müxalifət partiyasının baş nazirin istefası tələbi ilə Yerevanın mərkəzində keçirdiyi mitinq və yürüşlərlə yanaşı, hər gün hökumət binası qarşısında aclıq aksiyaları, hakim partiyadan olan deputatların yaşadıqları evlərin ətrafında piketlər təşkil edilir. Baş nazir Nikol Paşinyan isə ona qarşı çıxanların saxlanması, istintaqa cəlb edilməsi, aksiya təşkilatçısı və iştirakçısı olan şəxslərin isə həbs edilməsi üçün güc strukturlarının rəhbərlərinə əmrlər verir. Ermənistan mətbuatının yazdığına görə, onsuz da, çıxılmaz durumda olan Paşinyan açıq qarşıdurmaya rəvac verir.
Belə ki, Paşinyan hakimiyyəti ən cüzi tənqidi fikir səsləndirənləri belə nəzarətə götürür, susdurmaq üçün müxtəlif vasitələrə əl atır. Məsələn, “News.am” saytına açıqlama verən hüquq müdafiəçisi Avetik İşxanyan onun polis idarəsinə aparılması ilə bağlı hadisəni şərh edərkən, baş verənləri baş nazir barədə işlətdiyi ifadələrin cavabı kimi qiymətləndirib: “İctimai və siyasi xadimlərə xəbərdarlıq edirəm ki, bu cür təxribatlar qarşısında diqqətli olsunlar”,-deyə bildirən hüquq müdafiəçisi deyib ki, Paşinyan güc strukturları rəhbərlərinin qarşısına nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlamaq vəzifəsini qoyub və hüquq-mühafizə orqanları da baş nazirin qanunsuz əmrlərinə tabe olur.
Yeri gəlmişkən, Paşinyan hakimiyyəti siyasi təqiblərini davam etdirir. “Aysor.am” saytı yazır ki, Ermənistan parlamentinin keçmiş deputatı Karen Bekaryan Xüsusi İstintaq Xidmətinə (XİX) çağırılıb. Saytda yer alan digər məlumatda parlament aparatının keçmiş rəhbəri Ara Saqtelyanın da yenidən XİX-ə çağırılması qeyd edilib. “News.am” saytına açıqlama verən Ermənistan ombudsmanı Arman Tatoyan bu hücumların sosial şəbəkələrdə də davam etdiyini söyləyib. Onun sözlərinə görə, sosial şəbəkələr saxta səhifələrlə doludur: “Oxşar hücumlar mütəmadi olaraq ombudsmanın fəaliyyəti ilə əlaqəli şəkildə təşkil olunur. Son günlərdə ombudsmana edilən hücumların yüksəkrütbəli məmurlar tərəfindən təşkil edildiyinə və ya koordinasiya olunduğuna əminik”. Qeyd edək ki, hökumətdəki qalmaqallı istefalarla yanaşı, hakim partiyadan da istefalar davam edir. “Aysor.am” saytı yazır ki, “Mənim addımım” blokundan olan deputat Varazdat Karapetyan deputat mandatından imtina ilə bağlı açıqlama verib. “News.am” saytının yazdığına görə, Ermənistan Elmlər Akademiyasının rəyasət heyəti Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə bəyanat yayıb. Bəyanatda respublika rəhbərliyinin elmə uzunmüddətli passiv münasibəti, ictimai mühitdə düşmənçilik, qisas, inamsızlıq, nifrət toxumu səpməsi qətiyyətlə pislənilir.
Bunlarla yanaşı, “Aysor.am” yazır ki, “Vətən” partiyasının sədri Artur Vanetsyan hökumət binası qarşısında aclıq aksiyası keçirən “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan və konstitusiya məhkəməsinin keçmiş üzvü Kim Balayana baş çəkərkən deyib ki, baş nazir postunu tutan şəxs ictimai rəyi manipulyasiya etməyə davam edir. Onun sözlərinə görə, bu hökumətdə təmsil olunan şəxslər davamlı olaraq yalan danışır, ictimai rəyi manipulyasiya edir, nəticədə ölkəni fəlakətə aparırlar. A.Vanetsyan deyib ki, Paşinyanın bütün addımları sırf öz maraqlarına xidmət məqsədi daşıyır: “Başqa niyyəti yoxdur. Yalnız öz maraqlarına xidmət edir və şəxsi rifahını artırır”. Beləliklə, işğalçı Ermənistanda mövcud olan vəziyyət onu göstərir ki, Paşinyan indiki durumda öz hakimiyyətini qorumaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmir. Onun bu cəhdləri isə hökumətə qarşı narazılıqları daha da artırır və cəmiyyətdə vətəndaş itaətsizliyini gücləndirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31

