İşğalçı Ermənistanda vətəndaş itaətsizliyi geniş vüsət alır
10.12.2020 [09:04]
Müxalifətin çağırışı ilə ölkənin bütün regionlarında əhali hakimiyyətə qarşı etiraz aksiyalarına başlayıb
Uzun illərdir yürütdüyü təcavüzkar siyasətin nəticəsi olaraq Azərbaycan qarşısında məğlubiyyətə uğrayan işğalçı Ermənistanda hökumətin istefası tələbi ilə keçirilən kütləvi etiraz aksiyaları səngimək bilmir. Belə ki, müxalifət tərəfindən baş nazir Nikol Paşinyana verilən ultimatumun başa çatmasına baxmayaraq, məğlub ölkənin baş naziri geri çəkilməyib, əksinə tərəfdarlarını hökumət binasının ətrafına yığaraq qarşıdurmaya təhrik edib. Müxalifət isə N.Paşinyanın hakimiyyətdən getməsinə nail olmaq üçün ölkənin hər yerində vətəndaş itaətsizliyi aksiyalarına rəvac verib. Artıq paytaxt Yerevanla yanaşı, bir çox vilayətdə əhali ayağa qalxaraq, əsas magistral yolları bağlayır və dövlət orqanlarının binalarını mühasirəyə alırlar.
Ermənistan mətbuatının yazdığına görə, müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın çağırışına dəstək verən əksər vilayətlərdə şəhər meri səviyyəsində yüksək vəzifə tutanlar tərəfindən də baş nazirin istefası tələbi irəli sürülür. “Aysor.am” yazır ki, dekabrın 8-dən başlayaraq vətəndaşlar Qeqarkunik, Ararat, Şirak və Lori vilayətlərində itaətsizlik aksiyaları həyata keçiriblər. Ermənistanın ikinci böyük şəhəri Gümrüdə nümayişçilər Şirak vilayətinin inzibati binasına girişi bağlayıblar. Ararat vilayətində də gərgin vəziyyət yaranıb. Polis Ararat vilayətində mitinq iştirakçılarını həbs edib. Hətta Ararat polis şöbəsinə gətirilənlər arasında Ararat şəhərinin meri Hayk Haykyan da var.
“News.am”ın yazdığına görə, Ermənistanın üçüncü şəhəri Vanadzorda sadə vətəndaşlarla yanaşı, ziyalılar, siyasətçilər və müxalifət partiyalarının üzvləri Lori vilayətinin inzibati binasının yaxınlığında toplaşaraq Ermənistan hökumətinin istefasını tələb ediblər. Lori vilayətinin Spitak şəhərinin meri Qagik Sahakyan da bələdiyyə üzvləri ilə birlikdə Paşinyanın istefası tələbinə qoşulub. Bununla yanaşı, Sünik və Araqotsyun vilayətlərinin şəhərlərinin bələdiyyə başçıları oxşar tələblərlə vətəndaş itaətsizliyi aksiyalarına dəstək veriblər. Qeyd edək ki, müxalifətin Yerevanın mərkəzində də mitinq və yürüşləri davam edir. Ayın 8-də hökumət binası qarşısında toplaşan etirazçılar dekabrın 9-da Ermənistan parlamentinin binasını mühasirəyə alıblar. “Aysor.am” yazır ki, Paşinyan da öz tərəfdarlarını Ermənistan hökumətinin binasını qorumağa çağırıb. Binanın yaxınlığında piket təşkil edən hökumət tərəfdarlarının əyinlərində zirehli gödəkçə olub. Piketin əsas təşkilatçıları “İnqilab keşikçiləri” təşəbbüs qrupunun üzvləri olublar. Aktivist Hayk Stepanyan jurnalistlərə verdiyi açıqlamada deyib ki, bir daha heç kimin hökumət binasına soxulmasına icazə verməyəcəklər. Bütün bunlar isə onu göstərir ki, Paşinyan artıq açıq toqquşmaya şərait yaradır. Bu arada Ermənistan prezidentindən sonra Erməni apostol kilsəsinin rəhbərinin də baş nazir N.Paşinyanı istefaya çağırması isə ölkədə böyük əks-səda doğurub. “Aysor.am” yazır ki, bütün ermənilərin katolikosu II Qaregin ölkə parlamentini geniş ictimaiyyətin tələblərini nəzərə alaraq yeni baş nazir seçməyə və müvəqqəti milli barışıq hökuməti qurmağa çağırıb.
Göründüyü kimi, son günlər işğalçı Ermənistanda daxili ziddiyyətlər daha da kəskinləşib. Hakimiyyət ölkəyə nəzarəti itirib, baş nazirin istefasını tələb edənlərin dairəsinin genişlənməsi fonunda müxalifət-hakimiyyət qarşıdurması özünün pik səviyyəsinə çatıb. Ölkədə mövcud olan vəziyyəti dəyərləndirən siyasi təhlilçilər və ekspertlər vətəndaş müharibəsinin qaçılmaz olduğunu söyləyirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

