Ermənistan yeni fəlakət astanasında...
07.01.2021 [08:48]
Məğlub ölkədə etiraz aksiyaları səngimir və xaos dərinləşir
Məlum olduğu kimi, məğlub Ermənistanda siyasi qarşıdurma və xaos vəziyyəti davam edir. Belə ki, Paşinyan hakimiyyətinin istefası tələbi ilə müxalifət partiyaları tərəfindən yaradılan “Vətənin xilası naminə hərəkat”ın elan etdiyi ümumrespublika tətilləri və digər kütləvi aksiyalar səngimir. Bununla yanaşı, müharibədən sarsıdıcı məğlubiyyətlə çıxan Ermənistanda təkcə siyasi deyil, ciddi sosial-iqtisadi böhran da hökm sürür. Bu ölkə mətbuatı yazır ki, mövcud hakimiyyətin ölkənin böhrandan çıxarmaq iqtidarında olmadığı bütün səviyyələrdə etiraf edilir.
Qeyd edək ki, paytaxt Yerevanda vətəndaş itaətsizliyi və digər etiraz aksiyaları davam edir. “News.am” yazır ki, son günlər itkin düşmüş hərbçilərin valideynləri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyaları təşkil edirlər. Bununla yanaşı, “Panorama.am” yazır ki, N.Paşinyanın istefasını tələb edənlərin paytaxtın Respublika meydanında oturaq aksiyası da davam edir. Onu da qeyd edək ki, müxalifət kütləvi yürüş və mitinqləri davam etdirmək fikrindədir. “Aysor.am” yazır ki, “Vətənin xilası naminə hərəkat”ın rəhbəri Vazgen Manukyan deyib ki, etiraz aksiyaları bundan sonra da davam edəcək: “Paşinyan istefa verməlidir, keçid hökuməti qurulmalıdır. Bu gün baş verənlər fəlakətdir”.
Vurğulayaq ki, baş nazir N.Paşinyanın istefa verməli olduğu ən yüksək səviyyələrdə vurğulanır. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan məğlub ölkənin hökumətinin istefaya getməli olduğuna bir daha işarə edib: “Belə böyük bir faciənin baş verdiyi hər hansı ölkədə buna səbəb olan hökumət getməlidir. Ermənistanda dövlət orqanı təyinatı üzrə deyil, ona rəhbər təyin edilmiş adamın şəxsi əlavəsi kimi fəaliyyət göstərir”.
O, ölkənin ciddi böhran yaşadığını da dilə gətirib. “Bu təlatümdən sonra hökumət istefaya getməlidir. Ermənistanda referendum keçirilməlidir, ölkə konstitusiyası vətəndaşa xidmət edəcək vəziyyətə gətirilməlidir”, - deyə Ermənistan prezidenti əlavə edib. Yeri gəlmişkən, Cənubi Qafqaz üzrə mütəxəssis Anjela Elibeqova deyib ki, Paşinyan ya iqtisadiyyatın vəziyyətini anlamır, ya da nəticələrə görə məsuliyyət daşımadığına inanır. Bu arada, “News.am” yazır ki, Dünya Bankı (DB) da Ermənistan iqtisadiyyatının 2020-ci ildə ciddi tənəzzülə məruz qaldığını təsdiq edib. Bu barədə DB-nin yayımladığı “Dünya iqtisadiyyatının perspektivləri” (Global Economic Prospects) hesabatında deyilir.
Göründüyü kimi, 44 günlük müharibədən acı məğlubiyyətlə çıxan işğalçı Ermənistanda bütün sahələrdə vəziyyət acınacaqlıdır. Müharibənin faciəvi nəticələri ölkədə əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, daxili qarşıdurma pik həddə çatıb. Bu durum isə məğlub Ermənistan üçün xaos və fəlakət vəd edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26

