Məğlub Ermənistanda total anarxiya və siyasi böhran hökm sürür
09.01.2021 [09:16]
44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan təcavüzkar Ermənistanda hazırda siyasi, iqtisadi və mənəvi-psixoloji böhran hökm sürür. Erməni mediasında çıxış edən ekspertlərin əksəriyyəti ölkədə xaos vəziyyətinin və hakimiyyətsizliyin mövcudluğu barədə də rəylər səsləndirir. Yerli mütəxəssislərin qənaətlərinə görə, mövcud hökumət nəinki məğlub Ermənistanı düşdüyü bataqlıqdan çıxarmağa, hətta hər hansı islahat aparmağa da qadir deyil. Ermənistan mediasının yazdığına görə, bütün səviyyələrdə hökumətin istefası tələb edilsə də, baş nazir Nikol Paşinyan son bəyanatlarında da çoxdan laxlamış kreslosundan əl çəkmək fikrində olmadığını dilə gətirir.
Qeyd edək ki, bu vəziyyətin fonunda ölkədə vətəndaş itaətsizliyi və kütləvi etiraz aksiyaları da davam edir. Belə ki, yanvarın 8-də ədliyyə nazirliyinin qarşısında növbəti mitinq təşkil edilib. "News.am" yazır ki, buna qədər nazirliyin binasının ətrafına çox sayda polis qüvvəsi cəmləşdirilib. Mitinqin əsas təşkilatçısı, hüquq müdafiəçisi Ruben Melikyan mətbuatda yayılan məlumatlarla əlaqədar ədliyyə nazirliyindən açıqlama tələb etdiklərini bildirib. Hüquq müdafiəçisi, həmçinin Paşinyan hökumətini fəaliyyətsizlikdə ittiham edib, mövcud hakimiyyətin hər hansı islahat aparmaq iqtidarında olmadığını deyib.
Yeri gəlmişkən, əksər siyasi partiya rəhbərləri hüquq-mühafizə orqanlarından Paşinyanı həbs etməyi tələb edirlər. Məsələn, "Panorama.am"a açıqlama verən "Yerkir Tsirani" ("Əriklər ölkəsi") partiyasının lideri Zaruhi Bostançıyan deyib ki, ölkədə dövlət hakimiyyətini məhv edən yeni tip prezident və baş nazir mövcuddur. Onun sözlərinə görə, qanunverici hakimiyyət də müstəqil fəaliyyət göstərə bilmir. "Cinayəti ört-basdır etmək cinayətdir", - deyən partiya sədri Ermənistan təhlükəsizlik xidmətinin direktoru və baş qərargah rəisini hərəkət etməyə çağırıb. Bu arada, "Fakt İnfo"ya açıqlama verən "Vahid Ermənistan" partiyasının sədri Artur Kazinyan isə ölkədə hüquq-mühafizə sisteminin də bərbad vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında əməkdaşlar müəyyən təzyiq altında fəaliyyət göstərir və liderlərini həbs etmək barədə qərar verə bilmirlər.
Ermənistanın düşdüyü durumu "Sputnik Ermənistan"a dəyərləndirən polittexnoloq Vigen Hakopyan isə ölkədə total anarxiya hökm sürdüyünü bildirib: "Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra siyasi sahədə izahı verilməyən bir xaos hökm sürür. Bu anarxiya vəziyyətində vaxt baş nazirə qarşı işləyir. Müxalifət uzun müddət aksiyalar keçirə, küçələri bağlaya və ya başqa vasitələrə əl ata bilər. Ancaq ölkənin gələcəyi üçün müxalifət deyil, hökumət məsuliyyət daşıyır. Eyni zamanda, ölkədə nə hakimiyyət, nə də müxalifət real gücə sahibdir. Ermənistanda ən pis variant göz qabağındadır: total anarxiya".
Göründüyü kimi, Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Məğlub ölkədə xaos və anarxiyanın mövcud olduğu bütün səviyyələrdə etiraf edilir. Uzun illərdir işsizlik və sosial-iqtisadi problemlərlə üzləşən əhali hazırda səhiyyədəki bərbad vəziyyətdən, koronavirusla mübarizədəki uğursuzluqdan əziyyət çəkir, habelə müharibənin yaratdığı fəsadların həm maddi, həm də mənəvi-psixoloji təsirini yaşayır. Mütəxəssislərin vurğuladıqları kimi, ölkəni total anarxiyadan çıxaracaq elə bir qüvvə olmadığı üçün yaranmış böhran məğlub Ermənistanı fəlakətə doğru sürükləyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

