Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / "Facebook"un qurucusu və xanımı məhkəməyə verilib

"Facebook"un qurucusu və xanımı məhkəməyə verilib

27.10.2021 [11:54]

“Facebook” şirkətininrəhbəri Mark Zükerberq və həyat yoldaşı işçilərə təzyiq göstərdiklərinə, ayrı-seçkilik etdiklərinə görə məhkəməyə veriliblər. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, əvvəllər “Facebook”un rəhbəri Mark Zukerberq və arvadı Pristsilla Çanın ailəsində çalışmış iki nəfər cütlüyə qarşı cinsi istismar və ayrı-seçkilik ittihamı irəli sürərək məhkəməyə müraciət ediblər.

İddiaçılar 2017-ci ilin yanvar ayından 2019-cu ilin mart ayına qədər "ev təsərrüfatının idarəedicisi" kimi siyahıya alınmış Con Dou və 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına qədər cütlüyə təhlükəsizlik xidmətləri göstərən “Limitless Specialty Services” MMC-də işləyən Mia Kinqdir.

Yuxarıda sadalananlardan əlavə, iddiaçılar Çan və Zükerberqi maaşların ödənilməsini gecikdirməkdə günahlandırıblar. Buna baxmayaraq, prosesdə “Facebook” şirkətinin adı xüsusi olaraq keçmir.

Paylaş
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31