Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Peruda güclü zəlzələ: yaralı və dağıntılar

Peruda güclü zəlzələ: yaralı və dağıntılar

29.11.2021 [11:19]

 

Perunun şimalında 7,3 bal gücündə zəlzələ baş verib. yeniazerbaycan.com Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Perunun Barranka şəhərinin 45 kilometr şimalında və 80 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində çox sayda evin dağılıb, 4 nəfər yaralanıb.

Peru Milli Mülki Müdafiə İnstitutundan verilən açıqlamada 220 evin zərər gördüyü, ziyan dəyən evlərdən 75-nin tamamilə dağıldığı, 81 evin isə yaşayış üçün yararsız hala düşdüyü bildirilib.

Zəlzələdə qəzalı vəziyyətə düşən binalar arasında 3 səhiyyə müəssisəsi, 7 ibadət yeri və bəzi şəhərlərarası yolların olduğu bildirilsə də, bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr yarandığı açıqlanıb.

Peru prezidenti Pedro Kastilyo zəlzələdən sonrakı vəziyyəti qiymətləndirmək üçün zəlzələnin episentrinin yerləşdiyi Amazon bölgəsinə səfər edib.

Paylaş
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31