Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Tunisə pul ödəyəcək

Aİ qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Tunisə pul ödəyəcək

22.09.2023 [16:21]

Avropa İttifaqı qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyan razılaşma çərçivəsində Tunisə maliyyə vəsaiti ödəyəcək.

Bu barədə Avropa Komissiyasının sözçüsü Ana Pisoreno mətbuat konfransında deyib.

O bildirib ki, 127 milyon avro məbləğində ilk ödəniş yaxın günlərdə ödəniləcək.

Razılaşmanın məqsədi Tunis vasitəsilə Aİ-yə qeyri-qanuni immiqrasiyanın qarşısını almaqdır.

Xatırladaq ki, Aİ və Tunis strateji və hərtərəfli tərəfdaşlıq haqqında razılığa gəliblər. Buna nümunə olaraq 2016-cı ildə Türkiyə ilə bağlanmış müqaviləni göstərmək olar.

Tunis ya Aralıq dənizindən keçməyə mane olacaq, ya da Avropadan miqrantları geri alacaq. Bunun müqabilində Aİ Tunisə bir milyard avrodan çox maliyyə yardımı vəd edib. Pul birbaşa Afrika ölkəsinin administrasiyasına deyil, investisiya layihələrinə verilir.

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30