İsrail-Fələstin müharibəsi: görünən və görünməyən tərəflər
11.10.2023 [11:32]
İsraillə Fələstin arasında gərginlik davam etməkdədir. Məlum olduğu kimi, İsrailə qəfil silahlı hücum aktından sonra Təl-Əviv HƏMAS-a müharibə elan edib.
Hazırda Fələstin rəhbərliyi yaranmış böhrandan çıxış yolları axtarır. Muxtariyyətin lideri Mahmud Abbas bir sıra ərəb ölkələrinin liderlərinə zəng vuraraq, onlardan İsraili dayandırmaq üçün hərəkətə keçmələrini xahiş edib.
Fələstinin “WAFA” xəbər agentliyinin yaydığı məlumata görə, Mahmud Abbas İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə telefonla danışıb. Hər üç ölkə rəhbəri Fələstin liderini “davam edən eskalasiyanı dayandırmaq üçün bütün beynəlxalq və regional tərəflərlə əlaqələr” qurduğuna əmin edib.
Qəzzanın qəzası
İsraillə HƏMAS arasında müharibə artıq yeni mərhələyə daxil olur. İsrail Silahlı Qüvvələri getdikcə HƏMAS silahlılarını bölgədən sıxışdırıb çıxarır və cəbhəni düşmən ərazisinə keçirir. İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağındakı bütün terror yuvalarını darmadağın edəcəkləri barədə sərt çıxışı Fələstin, eləcə də bütün ərəb mediasını “bəzəməkdədir”. İsrail hökuməti terror yuvalarını dağıtmaq niyyətini bəyan etdikdən sonra Fələstin rəhbərliyi qonşu dövlətlərdən İsraili dayandırmaq üçün imkanlarını işə salmalarını xahiş edib.
İsrail tərəfindən Qəzza zolağının blokadası oktyabrın 9-da başlayıb. Bu qərarı ölkənin Müdafiə Nazirliyi verib. “Mən Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdim. Burada nə elektrik, nə yemək, nə yanacaq - heç bir şey olmayacaq”, - deyə İsrailin müdafiə naziri Yoav Qalant mətbuata açıqlamasında bildirib. Müdafiə Nazirliyi Qəzza zolağı ilə sərhəddə İsrailə aid bütün yaşayış məntəqələrinin tam nəzarət altına alındığını elan edib. İsrail ərazisinə qəfil hücum təşkil edən HƏMAS isə, görünür, qısa müddətə bu ərazilərdə möhkəmlənməyə fürsət tapa bilməyib.
Hazırda tərəflər arasında quru döyüşləri davam edir. Eyni zamanda hər iki tərəf bir-birinin üzərinə raket və dron yağdırır. Oktyabrın 8-də İsrail rəsmən müharibənin başlandığını elan edib. Təl-Əviv bu antiterror savaşını “Dəmir qılınclar” adlandırıb. “Financial Times” qəzeti yazır ki, İsrail hökuməti Qəzza zolağını terror qruplaşmalarından tam təmizləmək üçün onlara daha bir neçə günün lazım olacağını bildirib.
Terrora qarşı antiterror
HƏMAS-ın İsraildə törətdiyi terror aktı, əsir götürülən mülki əhali və uşaqlarla qeyri-insani davranışı ölkəni və bütün dünyanı dəhşətə gətirib. “Kan” televiziyası terror hücumu nəticəsində ölənlərin 800 nəfəri keçdiyini bildirib. Bu siyahıya həm hərbçilər, həm də mülki şəxslər daxildir. Terrorçular İsrail ərazisində hərbçilərlə mülki əhali arasında fərq qoymadan qırğın törədiblər.
“The Jerusalem Post” yazır ki, minlərlə xarici qonağın iştirak etdiyi elektron musiqi festivalının keçirildiyi Reim meşəsində ən azı 260 cəsəd tapılıb. HƏMAS silahlıları festivalın keçirildiyi məkana daxil olaraq tədbir iştirakçılarını kütləvi şəkildə atəşə tutublar.
İsrail xalqının yaşadığı bu dəhşəti biz azərbaycanlılar bəlkə də hər kəsdən daha yaxşı anlayırıq. Dəfələrlə erməni terroruna məruz qalan bir xalq kimi bu cür xain hücumun, günahsız insanların öldürülməsinin nə demək olduğu bizə çox yaxşı bəllidir. İsrail tarixində bu miqyasda sonuncu belə hadisə 2006-cı ilin yayında İkinci Livan Müharibəsi zamanı baş verib. Həmin münaqişədə 165 İsrail vətəndaşı (121 hərbçi, 44 mülki şəxs) həlak olub. Məhz bu faciədən sonra İsrailin o vaxtkı baş naziri Ehud Olmert istefa vermişdi.
Faciə insanları birləşdirir, müharibə sıravi şəxsləri də səfərbər edir. Hazırda İsraildə bütün qüvvələr bir məqsəd uğrunda toparlanıb. Məhkəmə islahatlarına qarşı etiraz nümayişləri dayandırılıb, aksiya iştirakçıları orduya yazılır, terror qurbanlarını xilas etmək, həlak olanların nəşini axtarmaq üçün könüllü dəstələr yaradırlar.
Fələstin tərəfinin məlumatına görə, İsraillə müqayisədə onların itkiləri daha azdır. İsrailin həmlələri nəticəsində 560 nəfərə yaxın hərbçinin həlak olduğu bildirilir.
“Biz bu qara günün, İsrailin, vətəndaşlarımızın qisasını alacağıq. Bu pis şəhərdə HƏMAS-ın gizləndiyi bütün yerləri xarabalığa çevirəcəyik”, - deyən Netanyahunun şənbə günü etdiyi çıxış ərəb mediasında manşetlərdən düşmür.
Fələstinə yardımlar kəsilir
Bu arada BMT-nin Yaxın Şərqdəki İşlər və Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyi (UNRWA) bazar ertəsinə qədər 120 min fələstinlinin öz evini tərk etdiyini bildirib. Qəzza zolağında 3 milyona yaxın insanın yaşadığını nəzərə alsaq, bu, elə də böyük rəqəm deyil. Yaxın Şərq üzrə ekspertlərin fikrincə, Qəzza əhalisinin sadəcə getməyə yerləri yoxdur. İsrail hökuməti isə öncədən mülki əhaliyə həmin ərazilərdə antiterror əməliyyatı aparacağı ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
İsrailin Qəzza zolağını blokadaya almasından sonra yerli əhalinin terrorçu qruplaşmalara bu və ya digər şəkildə yardım etməməsi üçün Avropa İttifaqı tərəfindən onlara ayrılan yardımlara son qoyulması fikrinə gəlinib. Avropa Komissiyasının səlahiyyətli nümayəndəsi Oliver Vargeli bildirib ki, İsraildə baş vermiş amansız terror aktına görə fələstinlilərə verilən yardımlar dayandırılacaq: “Fələstinin ən böyük donoru olan Avropa Komissiyası bu ölkə üçün nəzərdə tutulmuş 691 milyon avroluq yardım paketini yenidən nəzərdən keçirəcək. Hələliksə bütün ödənişlər dayandırılacaq, layihələrə yenidən baxılacaq. Bütün təkliflər rəsmi qərarlar qəbul edilənə qədər təxirə salınır”.
Avropa Komissiyasının nümayəndəsi İsrail xalqına qarşı törədilən terror aktını “görünməmiş vəhşilik” adlandıraraq, nifrət, zorakılıq və terroru hər hansı formada qidalandırmağın doğru olmadığını söyləyib. Vargelinin bu fikirləri beynəlxalq ictimaiyyət üçün gözlənilməz olub. Çünki Avropa Komissiyasının brifinqi zamanı qurum rəsmiləri HƏMAS terrorçuları ilə Fələstin xalqı arasında ayırıcı xətt çəkməyə çalışaraq, onlara yardım verilməsini davam etdirmək qənaətində olduqlarını bildirmişdilər. Hətta brifinqdən bir neçə saat sonra Avropanın humanitar yardım üzrə komissarı Janez Lenarçiç fələstinlilər üçün nəzərdə tutulan yardımın “lazım olan müddətdə davam etdiriləcəyi” barədə açıqlama da vermişdi.
Avropa Birliyində Fələstinə ən çox yardım edən ölkə Almaniyadır. Hazırkı situasiyada Almaniya hökuməti bu yardımları davam etdirib-etdirməyəcəyi ilə bağlı tərəddüd edir, müzakirələr aparır.
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq də İsraildə törədilən terror aktına görə Fələstin ərazilərinin inkişafı üçün nəzərdə tutulan bütün növ yardımları donduracaqlarını açıqlayıb. Söhbət təqribən 19 milyon avrodan, təxminən 80 milyon İsrail şekelindən gedir.
Əlbəttə, belə bir vaxtda Avropadan gələn yardımın kəsilməsi Fələstin üçün əməlli-başlı çətinlik yaradacaq. Bir məsələ də var ki, Fələstin varlı ərəb ölkələrindən də yardımlar ala bilər. Ancaq hələlik körfəz ölkələri tərəfindən fələstinlilər üçün yardım proqramlarının tərtib edildiyi barədə məlumat verilmir. Bu ölkələrin bəzilərində - Tunisdə və Yəməndə hələlik Fələstinə sadəcə sözdə dəstək vermək nümunəsi göstərilir.
İkinci cəbhə də açılıb
Bu arada “Hizbullah” da İsraili hədələyib. Təşkilatın nümayəndəsi indiki vaxtda İsrailə qarşı hər hansı hücum təşkil etmədiklərini, lakin “yaxın gələcəkdə bu cür hücumları həyata keçirəcəklərini” bildirib. “İsrail artıq yenilməz qüvvə deyil. Onları məğlub etmək olar”, - deyə “Əl-Cəzirə” telekanalı təşkilatın adı açıqlanmayan nümayəndəsindən sitat gətirib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti isə “Hizbullah”ın İsrail sərhədlərini atəşə tutduğu barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, “Hizbullah”ın hücumlarına cavab olaraq İsrail helikopterləri qruplaşmanın Livandakı istehkamlarına hücum çəkib. Beləliklə, artıq müharibənin ikinci cəbhəsi də açılıb.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

