HƏMAS İsrailə necə sızıb? - Məxfi detallar
13.10.2023 [11:28]
Hazırda dünya gündəmini zəbt edən əsas hadisə oktyabrın 7-də HƏMAS-ın İsrailə gözlənilməz hücumu və bu hücumdan sonra İsraillə HƏMAS arasında amansız müharibənin başlanmasıdır. Məlumdur ki, İsraillə Fələstin arasında vaxtaşırı gərginlik yaşanır, silahlı münaqişələr baş verir. Ancaq indiki vəziyyətdə dünyanı heyrətə salan əsas məqam budur: necə olub ki, az qala bütün dünyanın həsəd apardığı təhlükəsizlik sisteminə malik olan İsrail kəşfiyyatı daim nəzarətdə saxladığı terrorçu qruplaşmanın qəfil hücum planından xəbər tutmayıb? Və ya sərhəd zolağında nələr baş verib ki, HƏMAS-ın hücumuna qarşı lazımi müdafiə tədbirləri görülməyib?
Dünyaca tanınmış ekspertlər bu suallar ətrafında mülahizələr yürüdür, müxtəlif versiyalar səsləndirirlər. Bu yazımızda HƏMAS-ın İsrailə qəfil hücum planının hansı üsullarla gerçəkləşdiyi barədə önəmli detallar yer almaqdadır.
Sərhəd xəttinin yarılması
HƏMAS üzvlərinin şənbə günü səhər saatlarında İsrailə daxil olmasından az öncə İsrail kəşfiyyatı HƏMAS-çılar arasında aktivliyin artdığını müşahidə edib. Ölkənin yüksək rütbəli iki təhlükəsizlik agenti bildirib ki, onlar qeyri-adi vəziyyətin baş verdiyini anlayan kimi Qəzza zolağının sərhədindəki İsrail hərbçilərinə xəbərdarlıq göndəriblər. Lakin həmin xəbərdarlıq mesajı müəmmalı səbəblərdən ünvanına çatmayıb. Güman ki, sərhəddəki hərbçilər xəbərdarlıq siqnalını ya almayıblar, ya da ümumiyyətlə başa düşməyiblər.
Həmin vaxt terrorçular hücumu həyata keçirmək üçün iş başında olublar. Onlar İsrail ordusuna məxsus mobil telefon qüllələrini və sərhəd boyu müşahidə məntəqələrini dağıtmaq üçün pilotsuz təyyarələri işə salıblar.
HƏMAS-a məxsus PUA-lar müşahidə məntəqələrinə zərbələr endirərək, videokameraları sıradan çıxarıb. Beləliklə, İsrail qüvvələrinin sərhəddə baş verənləri izləməsinə maneə törədilib. Pilotsuz təyyarələr qurudan hücumlara qarşı əsas müdafiə sistemi olan, sərhəd istehkamlarında quraşdırılmış və uzaqdan idarə olunan pulemyotları da məhv edib. Məhz bundan sonra HƏMAS silahlıları arxayınlıqla sərhədi keçiblər.
Nəticədə mindən çox İsrail vətəndaşı vəhşicəsinə qətlə yetirilib, kazarmalardakı silahsız əsgərlər öz yataqlarındaca güllələnib, qadın və uşaqlar daxil olmaqla 150 nəfərdən çox insan girov götürülüb, azı dörd hərbi düşərgə ələ keçirilib və İsrail ərazisinin 30 kvadrat mildən çoxu işğal edilib.
Kəşfiyyatın gözdən qaçırdığı məqamlar
HƏMAS-ın qısa müddətdə 20-dən çox İsrail şəhərinə və ordu bazasına soxularaq qətliam törətməsi ölkənin təhlükəsizlik baxımından son 50 ildə yaşadığı ən böyük uğursuzluğu kimi yadda qaldı. Yaxın Şərqin ən güclü ordusu bir neçə saat ərzində özündən qat-qat zəif düşmənin qarşısını ala bilmədi.
İsrailli ekspertlərin də ilkin qiymətləndirməsinə görə, xain hücumun baş tutması İsrail kəşfiyyatının təhlükəsizlik sahəsində bir sıra uğursuzluqları ilə bağlıdır. Bu səbəblərin ən birincisi kəşfiyyatın fələstinli hücumçuların istifadə etdiyi əsas rabitə kanallarını izləməməsi ilə əlaqələndirilir. İkincisi isə işğalın ilkin mərhələsində bütün komandirlərin bir sərhəd bazasına toplanması və bunun nəticəsində silahlı qüvvələrin qalan hissəsi ilə əlaqənin kəsilməsi ilə bağlıdır. Nəhayət, Qəzzadakı terrorçu qrupların liderlərinin İsraillə savaşmaq üçün kifayət qədər potensiallarının olmadığı kimi fikirlərin yayılması israillilərin arxayınlaşmasına gətirib çıxarmışdı.
Faciəni şərh edən İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Yoel Quzanski deyir: “Biz HƏMAS haqqında kəşfiyyat məlumatlarının toplanmasına milyardlar xərcləyirik. Ancaq hər şey bir saniyədə kağız kartdan qurulmuş ev kimi çökdü”.
Plan necə hazırlanıb?
Bir sıra ekspertlər də hesab edirlər ki, müdafiədə uğursuzluğun ilk əlaməti hələ bu hücumdan bir neçə ay öncə, İsrail kəşfiyyatının HƏMAS və Qəzza zolağından gələn təhlükənin miqyasını lazımınca qiymətləndirmədiyi zaman başlamışdı.
Hesab olunur ki, İsrail kəşfiyyatını arxayınlaşdıran əsas məqam HƏMAS-ın ötən il sərhəddə baş verən iki toqquşmada iştirak etməməsi, İsrailə müqavimət göstərməyi “Fələstin İslami-Cihad” adlı kiçik bir silahlı qrupun öhdəsinə buraxması olub. Bir müddət öncə isə HƏMAS rəhbərliyi Qətərin vasitəçiliyi ilə İsraillə saziş bağlayaraq sərhəddə baş verən iğtişaşlara son qoyduğu, bir daha vəziyyəti gərginləşdirmək niyyətində olmadığı təəssüratını yaratmışdı.
Bu hücumdan altı gün öncə İsrailin milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi radioya verdiyi müsahibəsində belə demişdi: “HƏMAS hazırda çox təmkinli davranır, çünki itaətsizliyin nəticələrini yaxşı bilir”.
Daha bir önəmli detal ondan ibarətdir ki, İsrail kəşfiyyatı ötən həftə ölkənin müdafiəsi üçün ən ciddi təhdidlər barədə təhlükəsizlik rəsmilərini məlumatlandırarkən diqqəti yalnız şimal sərhədi boyunca Livan yaraqlılarına yönəltmişdi. Hesabatda HƏMAS-ın adı ümumiyyətlə çəkilməyib. Belə düşünülür ki, İsrail təhlükəsizlik orqanları HƏMAS-ın susqunluğunu onun artıq zərərsizləşməsi kimi qəbul ediblər. “Mükəmməl” oyun oynayan HƏMAS terrorçuları İsrail kəşfiyyatı tərəfindən izləndiklərini bildikləri üçün telefon danışıqlarında İsraillə yeni müharibəyə başlamaq niyyətlərinin olmadığını tez-tez vurğulayıblar. Hazırda İsrail kəşfiyyatı qeydə alınmış həmin zənglərin, danışıqların real, yoxsa səhnələşdirilmiş olduğunu araşdırır.
Mütəxəssislər bildirirlər ki, İsrailin sərhəd-nəzarət sistemi sadəcə kameralara, sensorlara və uzaqdan idarə olunan pulemyotlara əsaslanır.
Güclü sistemin zəif yeri
“İsrailin hərbi komandanlığı qurduğu sistemin qüsursuzluğuna həddən artıq inanıb. Düşünüb ki, müşahidə qurğuları və silahlar, yerüstü maneələr və HƏMAS-ın İsrailə lağım atmasına, tunellər qazmasına mane olan yeraltı divarın tikilməsi burada düşmənin hərəkətini qeyri-mümkün edəcək və sərhəd boyunca əsgərlərin düzülməsinə ehtiyac qalmayacaq. Bu sistem yaradıldıqdan sonra hərbçilər kontingentin sayını azaltmağa başladılar, əsas qoşunları digər problemli ərazilərə, o cümlədən İordan çayının qərb sahilinə köçürdülər”. Bu fikirləri uzun illər İsrailin cənubunda quru qoşunlarına komandanlıq etmiş, hazırda istefada olan general-mayor İsrael Ziva səsləndirib.
Təcrübəli generalın sözlərinə görə, uzaqdan idarəetmə sisteminin üstünlüyü ilə yanaşı, zəifliyi də var: o, uzaqdan idarə olunduğu kimi uzaqdan məhv edilə də bilər.
HƏMAS da məhz bu zəiflikdən istifadə eləyib. Onlar ilk olaraq müşahidə siqnallarını ötürən mobil rabitə ötürücülərini dronlar vasitəsilə sıradan çıxarıblar. Bunu təkcə İsrail rəsmiləri etiraf etmir, faktı HƏMAS-ın özünün internetdə yaydığı, eyni zamanda mütəxəssislər tərəfindən təhlil olunan kadrlar da sübuta yetirir.
Əsas məsələ odur ki, mobil rabitə olmadan sistem yararsız hala düşür. Buna görə cəbhə xəttində postlarda duran əsgərlər Qəzza ilə İsrail arasındakı hasarın aşılması ilə bağlı həyəcan siqnalı almayıblar və HƏMAS döyüşçülərinin maneələri buldozerlə aşırdıqları görüntüləri izləyə bilməyiblər.
İkinci əməliyyat uğursuzluğu isə, yuxarıda qeyd etdiyimiz kimi, Qəzzadakı diviziyaların komandanlığının sərhədə yaxın bir bazada cəmləşməsi olub. Bu baza terrorçular tərəfindən ələ keçirildikdən sonra yüksək rütbəli zabitlərin əksəriyyəti öldürülüb, ağır yaralanıb və ya girov götürülüblər.
Təhlükəsizlik sistemi üçün sınaq
Xarici ekspertlər məlum terror hücumunu İsrailin təhlükəsizlik sistemi üçün sınaq kimi qiymətləndirirlər.
Ölkə rəsmiləri də təxminən eyni fikirdədirlər. İsrailin təhlükəsizlik orqanları isə yalnız müharibə bitdikdən sonra hərtərəfli və dəqiq araşdırma aparılmasının mümkün olacağını bildiriblər. İsrail ordusunun zabiti, hərbi ekspert Riçard Heçt ölkəsinin işğal edilmiş ərazilərini geri almaq uğrunda savaşa girərkən eynilə baş nazir Netanyahunun söz verdiyi kimi: “Biz başladığımız işi bitirəcəyik. Bu problemin axırına çıxacağımıza əmin olun!” - deyə bildirib.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33

