Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail Rəfah əməliyyatı üçün ABŞ-a nümayəndə heyəti göndərəcək

İsrail Rəfah əməliyyatı üçün ABŞ-a nümayəndə heyəti göndərəcək

19.03.2024 [11:42]

İsrailin baş naziri Benyamin Netanyahu Amerika lideri Co Baydenin Rəfahda hərbi əməliyyat planlarını müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti göndərmək təklifini qəbul edib. "Yeni Azərbaycan" RİA Novosti-yə istinadən  xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O, aydınlaşdırıb ki, Bayden Netanyahudan Rəfahdakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtona idarələrarası qrup göndərməyi, eləcə də böyük quru əməliyyatı olmadan alternativ yanaşma planlaşdırmağı xahiş edib.

Bundan əvvəl “Washington Post” anonim mənbələrə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar İsrail Müdafiə Qüvvələrinin  rəsmi olaraq hərbi hədəf kimi tanınmayan binalara zərbələr endirdiyini özəl olaraq etiraf edib.

Xatırladaq ki, bundan əvvəl İsrail ordusu Qəzza zolağında Əl-Şifa xəstəxanası yaxınlığındakı ərazini təmizləmək üçün növbəti birləşmiş silah əməliyyatına başlayıb. Martın 15-də Benyamin Netanyahu Rəfah şəhərində hərbi əməliyyat planını təsdiqləyib.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30