Şərab şüşəsində saxlanan zaman
25.12.2024 [09:13]
Rey Bredberinin “Zəncirotu çaxırı” romanı haqqında
Əvvəli ötən saylarımızda...
Səliqəli, nurani, zəhmətdən usanmayan ulu nənəsi öləndə Duqlas ilk dəfə ölüm haqqında düşünür. Əgər atasıyla meşəyə üzüm yığmağa gedəndə onun vücudunda yaşamaq ehtirası püskürmüşdüsə, qoca nənənin ölümü o dadlı instinktin o biri başını - ölüm qorxusunu oyadır. Ulu nənə evin otaqlarını ustufca dolaşandan sonra sakit hücrəsində üstünə təmiz ağ mələfə örtüb dinməz-söyləməz öz dünyasına çəkilir. Deməli, ölmək belə olurmuş, ölüm - insanın evindən, ailəsindən, şəhərindən, ölkəsindən ayrılıb özünə çəkilməsiymiş. Oğlan sarı dəftərçəsinə bunu da qeyd eləyir: əgər maşınlar qırılır, adamlar da ölürsə, demək, Duqlas Spoldinq də haçansa öləcək...
Mister Conasın furqonu Qrintaunun küçələri boyu gecə-gündüz şütüyür. Şəhərdə bu qəribə adamı tanımayan yoxdur. Onun işi yiyəsinə lazım olmayan əşyaları toplayıb, bu əşyaları onlara ehtiyacı olan adamlara çatdırmaqdır. Uşaq kimi saf Conas uşaqların dostudur. Duqlasın xəstələndiyini, ölüm ayağında olduğunu Tomdan eşidəndə o, balaca dostuna iki şüşə dərman aparır - şüşənin biri Arktika atmosferindən sorulmuş tərtəmiz şimal havasıyla, o biri Dublin körfəzinin duzlu yeli, cürbəcür meyvələrin sərin ətriylə doludur. Dərdindən həkimlərin də baş açmadığı Duqlas bu şüşələrə doldurulmuş havanı ciyərlərinə çəkəndən sonra sağalmağa başlayır.
***
Nənə mahir kulinardır, onun bişirdiyi yeməklərin dadından doymaq olmur. Üstəlik, bu təamlar bir-birinə bənzəmir, onların sirrini isə heç kim bilmir. Əslində, burada elə bir sirr də yoxdur, nənə öz işini fəhmlə görür, onun yemək hazırlama mərasimi spontan prosesdir. Nənənin mətbəxində heç kimin baş açmadığı xaos hökm sürür. Bura adi mətbəx deyil, hedonizm laboratoriyası, epikür məbədidir, hər öynə ailə buraya ibadətə toplaşan kimi yığışır.
Yay günlərinin birində uşaqların Roza xala dedikləri qohum qadın Spoldinqlərə qonaq gəlir. Nahar zamanı o, yediyinin nə olduğunu, hansı reseptlə hazırlandığını, necə adlandığını soruşanda nənə ona konkret cavab verə bilmir. Roza xala yeməyin çox dadlı alındığını danmır, ancaq onun xasiyyəti belədir ki, qarşısındakı təamın adını bilməsə, yediyi canına sinmir. Onun gəlişiylə Spoldinqlərin mətbəxində hər şey baş-ayaq çevrilir. Roza xala mətbəxi qaydaya salır, ərzaqları, ədvaları üstü yazılı qablarda nizamla düzür, hər yerdə səliqə-sahman yaradır, rəfləri silib təmizləyir. Axırda da nənəyə bir kulinariya kitabı, bir də təzə eynək alır.
Bundan sonra yeməklərin dadı qaçır, hər kəs bir bəhanəylə yeməyini yarımçıq qoyub süfrə başından durur. Axır baba qatara bilet alıb Rozanı yola salmağa məcbur olur. Ancaq bununla da iş düzəlmir, məsələ burasındadır ki, nənə əvvəlkitək yemək bişirməyi yadırğayıb, indi onu doğma məcrasına qaytaran, onun küskün fəhmini işə salan lazımdır.
Gecələrin birində Duqlas yatağından qalxıb ehmalca mətbəxə keçir, hedonizm məbədinin altını-üstünə çevirib hər şeyi Rozanın gəlişindən qabaqkı vəziyyətinə qaytarır, kulinariya kitabını buxarıya atıb yandırır, nənəsinin təzə eynəyini zirzəmidə gizlədir. Bundan sonra yeməklər də dada gəlir, məbədin əvvəlki müqəddəsliyi, hedonizm tanrısının şərəfi bərpa olunur.
Yazıçının baxışına görə, xaos yaradıcı başlanğıcdır, heç bir hazır reseptə əsaslanmayan mükəmməl yaradıcılıq prosesinin bələdçisi, rəhbəri nənənin barmaqlarındakı fəhm, qəlbindəki intuisiyadır. Ağıl fəhmi üstələyəndə ortaya çıxan məhsul da dadsız-tamsız, faydasız olur. Zərgərin arvadı Lina da xoşbəxtlik dəzgahı icad eləyən ərinə deyirdi ki, əgər insan udqunanda boğazındakı əzələlərin necə hərəkət elədiyini düşünə-düşünə udqunmaq istəsə, boğulub ölər.
***
Beləliklə, yay tətilinin sonuna doxsan şüşə zəncirotu çaxırı hazır olur. 1928-ci ilin yayı zamanın qaçağan atından salınıb, iyun, iyul, avqust ayları gün-gün, saat-saat şüşələrə doldurulub. Heç nə itməyib, itirilməyib. O şüşələrin ağzı açıldıqca o günlərin də boyaları, qoxuları yenidən canlanacaq.
Qış uzunu ötən yayın şirəsi içilib tükədiləcək. Növbəti yay axan zamanı yenidən ələ gətirib, iksirə çevirib şüşələrə doldurmaq lazım gələcək.
“Onlar evə çatanda babanı qurumuş, keçəlləmiş çəməndə tək-tək gözə dəyən zəncirotuları dənləyib yığan gördülər. Bir müddət kirimişcə ona kömək elədilər, sonra Duqlas öz kölgəsinə doğru əyilib soruşdu:
- Necə bilirsən, Tom, gələn ilimiz necə keçəcək? Bu ilkindən yaxşı, yoxsa pis?
- Sən bunu məndən soruşma, - Tom zəncirotunun gövdəsini tütək kimi üfürdü. - Bu dünyanı axı mən yaratmamışam. - Bir dəqiqə fikrə getdi. - Hərçənd hərdən elə bilirəm ki, bütün bunlar mənim əl işlərimdir”.
Tom saf uşaq fəhmiylə kainatın yaradılışında əli olduğunu duyur (Burada Duqlasın sevimli məşğuliyyəti - dan üzü əllərinin “sehirli” hərəkətiylə “səhərləri açıb” şəhəri “yuxudan oyatması”, toran qovuşandan sonra “axşamları çökdürüb” gecə hamını “yatızdırması” yada düşür). Əgər bu duyğunun izinə düşsə, gələcəkdə ondan çox böyük, orijinal bir filosof çıxacaq...
***
Zamanın şirəsi şüşələrə yığılıb, heç nə itməyib, itirilməyib. Çevrəsindən çıxmayan, panteizm qanunlarıyla idarə olunan dünyada onsuz da heç nə itmir - sular dənizlərdən dağlara daşınıb yağdığı yerə bir də yağır, ot kökü üstə bir də bitir, payız qışa, qış yaza dönəndən sonra yay bir də gəlir, insan qərq olduğu yoxluqda növbə tutub varlığa yenə bilet alır.
Gecəyə gömülən səslər sabahkı günlərə axır, göyə pıçıldanan sözlər qalaktikaların arasıyla ünvanına tələsir. Bütün gedənlər, axanlar dövrə vurub yenidən öz mənbəyinə, vətəninə qayıdır.
Bir qaşıq balda min arının nəğməsi, min ləçəyin boyağı, min çiçəyin ətri var. Bir qədəh zəncirotu şərabında günəşin istisi, havanın saflığı, suyun sərinliyi, torpağın sərtliyi bir-birinə qarışıb. O qədəh təbiətə, zamana qurulmuş tələdir. Bir yerindən çat versə, zaman onu içənin üstünə dağılacaq, təbiət əldən çıxıb cövhərini geri alacaq.
Panteistik mövcudatın, fani həyatın bundan fərqli, bundan mükəmməl trayektoriyası yoxdur. Zatən zəncirotu özü təbiətin qüdrət əliylə faniliyə çəkilmiş misilsiz illüstrasiyadır - soluxub quruyandan sonra bir çimdik toza dönüb havaya sovrulur.
İnsan da içində zaman illüziyaları sayrışan gil piyalə, şüşə qabdır. Zamanı içilib tükəndikcə bu qab quruyub çat verir, sonda bir ovuc toza dönüb yoxluğa sovrulur.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 23:47
İdman
20 Yanvar 23:31
Xəbər lenti
20 Yanvar 23:15
Siyasət
20 Yanvar 22:54
Dünya
20 Yanvar 22:35
Gündəm
20 Yanvar 22:34
Dünya
20 Yanvar 22:32
Dünya
20 Yanvar 22:19
İdman
20 Yanvar 21:57
Xəbər lenti
20 Yanvar 21:36
Elm
20 Yanvar 21:14
Gündəm
20 Yanvar 21:01
Dünya
20 Yanvar 20:52
İdman
20 Yanvar 20:36
Xəbər lenti
20 Yanvar 20:14
İdman
20 Yanvar 19:51
Xəbər lenti
20 Yanvar 19:34
Xəbər lenti
20 Yanvar 19:15
Xəbər lenti
20 Yanvar 19:06
Xəbər lenti
20 Yanvar 18:47
Sosial
20 Yanvar 18:17
Xəbər lenti
20 Yanvar 18:16
YAP xəbərləri
20 Yanvar 18:15
YAP xəbərləri
20 Yanvar 18:12
YAP xəbərləri
20 Yanvar 18:11
YAP xəbərləri
20 Yanvar 18:10
YAP xəbərləri
20 Yanvar 18:08
Xəbər lenti
20 Yanvar 18:01
Dünya
20 Yanvar 17:55
Sosial
20 Yanvar 17:49
Xəbər lenti
20 Yanvar 17:24
Dünya
20 Yanvar 17:13
Sosial
20 Yanvar 16:46
Sosial
20 Yanvar 16:25
İqtisadiyyat
20 Yanvar 15:54
Xəbər lenti
20 Yanvar 15:21
İqtisadiyyat
20 Yanvar 14:53
Siyasət
20 Yanvar 14:31
Xəbər lenti
20 Yanvar 14:07
Siyasət
20 Yanvar 14:01
Xəbər lenti
20 Yanvar 13:51
İqtisadiyyat
20 Yanvar 13:50
Sosial
20 Yanvar 13:42
YAP xəbərləri
20 Yanvar 13:01
Siyasət
20 Yanvar 12:45
Gündəm
20 Yanvar 12:08
Sosial
20 Yanvar 12:05
Siyasət
20 Yanvar 11:49
Hadisə
20 Yanvar 10:53
Dünya
20 Yanvar 10:49
Dünya
20 Yanvar 10:38
Xəbər lenti
20 Yanvar 10:33
Dünya
20 Yanvar 10:31
Siyasət
20 Yanvar 10:22
Xəbər lenti
20 Yanvar 10:17
İqtisadiyyat
20 Yanvar 10:16
Elm
20 Yanvar 10:08
Gündəm
20 Yanvar 09:57
Dünya
20 Yanvar 09:51
Dünya
20 Yanvar 09:34
Sosial
20 Yanvar 09:13
Xəbər lenti
20 Yanvar 08:51
Gündəm
20 Yanvar 08:33
Dünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23