İdeyalar aləminə səyahət
23.06.2026 [09:32]
Tomas Mannın “Sehirli dağ” romanı haqqında
əvvəli ötən saylarımızda
Həm də bunlar zahiri görüntü deyil, onlar içdən, canı-dildən dərrakəli, ləyaqətlidirlər: “Onların varlığının əsasına qoyulmuş ruh, içində yaşadıqları, bir-biriylə ünsiyyət saxladıqları o ruh, o məna - bax bunlardır məni riqqətə gətirən!” - Hans yuxunun aurasından çıxa-çıxa belə düşünür. Sonra, necə deyərlər, kadr dəyişir, qəhrəman özünü möhtəşəm bir məbədin içində, azman sütunların arasında görür. Burada (bəli, məhz məbəddə!) eybəcər qoca qarılar, müdhiş görkəmli ifritələr körpə-körpə uşaqları parçalayıb yeyirlər. Qəhrəmanın uzun daxili monoloqundan bəzi qırıntılara diqqət yetirək:
“O gözəl körfəz, cənnət, sonra da o qorxunc sütunlar, o qaranlıq məbəd - haradan gəlib bunlar mənim ağlıma? Xəyal axı təkcə sənin qəlbində yaranmır, sən adsız-ünvansız, kollektiv şəkildə, bununla belə öz kökün, öz havan üstə xəyala dalırsan. Bir zərrəsi olduğun böyük ruh öz gəncliyi, ümidləri, xoşbəxtliyi, dünyası, nəhayət, qanlı ziyafəti haqqında sənin vasitənlə, sənsayağı düşünür...
Mən məbəddəki iyrənc ziyafətin fonunda insanın təyinatı, onun ləyaqətli, xeyirxah yoldaşlığı haqqında yuxu gördüm. Olmaya günəşli insanlar ona görə elə nəzakətli, elə diqqətlidirlər ki, törədilən dəhşətdən gizlində xəbərdardırlar? Mən nə Nafta, nə də Settembrini - bu iki çərənçinin heç biriylə yox, onlarla birlikdəyəm...
Nəcib olan nədir: həyat, ya ölüm; sağlamlıq, yoxsa xəstəlik; ruh, yainki təbiət? Məgər bunlar təzaddırmı? Ölümə fərarilik həyatdan ayrılmazdır, onsuz həyat da olmazdı, Allah bəndələrinin təyinatı ikisinin ortasında - dezertirliklə ağılın arasında durmaqdır. İnsanın səltənəti də mistik vəhdətlə fani individualizmin arasındadır. İnsan təzadların ağasıdır, ziddiyyətlər ondan keçməklə var olur...
Mən xeyirxah olacağam, ölümə fikirlərimi yönəltmək imkanı verməyəcəyəm. Ölüm - çox böyük qüvvədir, onun hüzurunda hər kəs şlyapasını çıxarıb boynunu bükür, ayağını yerə ehtiyatla basır. Ağıl onun qarşısında səfehdir, ölümsə azadlıqdır, fərarilikdir, formasızlıq, şəhvətdir. Mənim yuxum deyir ki, şəhvət məhəbbət deyil. Sevgiylə ölüm kimi iki anlayışı bir-birinə calamağına dəyməz, nəticəsi dadsız-tamsız, bayağı bir meyvə bitirmək olacaq...
Sevgi ölümə qarşıdır, ağıl yox, yalnız məhəbbət ölümdən güclüdür. Ağıl yox, yalnız məhəbbət bizə xeyirxah fikirlər təlqin eləyir. Qəlbimdə mən ölümə sədaqətimi qoruyacağam, ancaq bunu da yadımda möhkəm saxlayacağam ki, ölümə, keçmişə sədaqət - fikirlərimizi, xəyallarımızı yönəltdiyi zaman şərdir, gizli bir şəhvətpərəstlik, insan düşmənliyidir. Məhəbbət, xeyir naminə insan gərək ölümə fikirlərini yönəltmək ixtiyarı verməsin...”
Tomas Mannın həm dostluq elədiyi, həm də təsirləndiyi yaşıdı Karl Yunqun arxetiplər nəzəriyyəsinin gözlüyündən baxsaq, Hans Kastorp yuxusunda işıqla kölgənin, xeyirlə şərin, cənnətlə cəhənnəmin, ruhla bədənin kontrastını görür. Qəhrəmanın bundan sonrakı həyatı bu iki qütbün arasında keçəcək - o ya cənnətini tapıb gerçək məninə qovuşacaq, ya da cəhənnəmdəki adamyeyən ifritələrin yırtıcı dişləri altında ilmi-zalım çeynənəcək.
***
İyulun sonlarında Yoaxim sanatoriyaya qayıdır. Qohumu Hansa madam Şoşadan salam gətirir - Klavdiya deyib ki, payızı İspaniyada keçirəcək, qışda isə “Berqhof”a gələcək. Kastorp Naftadan Settembrininin mason olduğunu öyrənir.
Payız gələndə Yoaximin vəziyyəti ağırlaşır. Yalnız bundan sonra o, uzun müddət eyni masa ətrafında oturduğu, gizli-gizli göz qoyduğu Marusya adlı qızla danışmağa özündə cəsarət tapır. Çox keçmədən Yoaxim öz yatağında, anasının, Hansın gözləri qarşısında cavan canını ölümə tapşırır.
Milad bayramı ərəfəsində Klavdiya Şoşa “Berqhof”a qayıdır. Bu dəfə qadın tək deyil, varlı holland, qəhvə plantatoru Piter Peperkorn onu müşayiət eləyir. Hans üzdə Klavdiyaya qarşı nəzakətli, təmkinli davransa da, içi qəzəbdən, qısqanclıqdan alışıb yanır. Gəlişindən bir neçə həftə keçmiş madam Şoşa Kastorpu söhbətə tutur, onu Peperkornla tanış eləyir. Klavdiya, Piter, bir də Hans başqa pasiyentlərlə birlikdə altı saat kart oynayır, şərab içir, ləzzətli təamlardan dadırlar.
Çox keçməmiş Hansla Peperkorn arasında qarşılıqlı rəğbətə əsaslanan dostluq münasibəti yaranır, holland maqnatın coşqun xasiyyəti gənc qəhrəmanda səmimi heyranlıq doğurur. Oğlan Piterlə Klavdiyanı da sıx ünsiyyətdə olduğu tanışlarının, o cümlədən ideoloji mübahisələr üzündən heç cür yola getməyən “müəllimlərinin” çevrəsinə qoşur. İkilikdə söhbətləri əsnasında Klavdiya qəhrəmana deyir ki, hollandla bir yerdə olmağının səbəbi Piterin ona böyük məhəbbət bəsləməyidir, hərçənd Peperkornun çılğın xarakteri arabir onda qorxu, əsməcə oyadır. Odur ki, madam Şoşa gənc aşiqdən öz sevgisi xatirinə romantik maqnatla dostluq sazişi bağlamağı xahiş eləyir, ardınca da xahişini Hansın dodağından aldığı bir öpüşlə möhürləyir.
Söhbətlərin birində Peperkorn madam Şoşanı sevib-sevmədiyini Hansdan açıq soruşanda gənc aşiq hissini danmır. Onda holland tacir ona Klavdiyaya bəslədikləri məhəbbət əsasında dostluq ittifaqı bağlamağı təklif eləyir. Fəqət maqnat işgüzar həyatının bu sonuncu sazişindən bəhrələnməyə macal tapmır, şəlaləyə baxmaq üçün meşəyə gedən Peperkorn gəzintidən sonra qəfil qanaxmadan ölür. Baş həkimin təsbitinə görə isə holland tacir intihar eləyib.
Doktor Berens Hans Kastorpu sanatoriya şəraitində daha bir neçə ay müalicə almalı olduğuna inandırır. Ancaq dava-dərman müsbət bir nəticə vermir. Sanatoriyanın rəhbərliyi xəstələr üçün qrammofon alır. Musiqi aparatını işlətməyi Kastorp üzərinə götürür, gecələr gizli-gizli melodiyalar dinləyib klassik musiqinin sehrinə düşür.
Zaman ötdükcə doktor Krokovskinin seansları daha çox mistik xarakter alır, o, hipnoz, telepatiya kimi metodları pasiyentlər üzərində sınayır, spiritualizm seansları keçirir, ruh çağırır. Belə magik seansların birində on doqquz yaşlı danimarkalı qız Elli Brand Holger adlı oğlanın ruhuyla ünsiyyətə girir, pasiyentlərə əyan olur ki, bu gənc sağlığında şeir yazırmış. Həmin Holger Hans Kastorpa dayoğlusu Yoaximin ruhunu göstərir.
İllər keçdikcə Settembrini ilə Nafta arasında münasibət daha da gərginləşir, axırda yezuit masonu duelə çağırır. Settembrini havaya atəş açır, Nafta isə onu qorxaqlıqda qınayıb gülləni öz gicgahına sıxır.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxİdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31

