Köhnə bazara təzə nırx
16.08.2022 [10:58]
Ədəbiyyatımızı doğma kontekstində yeni alətlərlə bir də incələsək...
Əvvəli ötən sayımızda...
***
Sovet dövrü tənqidimiz üç yazıçının adını uzun illər bir cərgədə çəkib: Əkrəm Əylisli, Anar, Elçin. Bu imzaların ədəbi konsepsiya baxımından ortaq cəhətləri olsa da, onları bir-birindən ayıran cəhətlər, zənnimcə, daha qabarıq, daha güclüdür.
Anarın, Elçinin də cəmiyyətin acı reallıqlarına, həyatın dibinə, sosial orqanizmin bətninə fokuslanmış əsərləri var. Məsələn, “Dantenin yubileyi” (Anar) povesti Qoqolun “Şinel”indən, Çexovun erkən hekayələrindən, Mirzə Cəlilin “Poçt qutusu”ndan üzübəri yol gələn kiçik adamın ədəbiyyatımızda yeni libasda zühurudur. Ancaq Anar nəsrinin şah damarı, məncə, onun yaradıcılığındakı bu xətt deyil; “Ağ liman” (eləcə də “Beşmərtəbəli evin altıncı mərtəbəsi”), “Macal” kimi əsərlərində müəllif oxucunun diqqətini insan-cəmiyyət probleminə yox (bəzi məqamlarda sosial motivlər nə qədər qabarıq görünsə də), insan-həyat münasibətlərinə, dünyanın faniliyi, anın təkrarsızlığı, xoşbəxtliyin ötəriliyi, insanın kainatda tənhalığı, köməksizliyi məsələlərinə yönəldir.
Təhminəyə insan-cəmiyyət qarşıdurması kontekstində baxanların bir qismi onu qəhrəman, başqa bir qismi pozğun elan eləsə də, Təhminə epikürçü obraz tipidir. Təkcə elə onun bir neçə ətirin qarışığından düzəltdiyi, reseptini heç kəsin bilmədiyi, heç vaxt təkrar olunmayası ətir bir metafora kimi dediyimi isbat eləməyə yetər. Xoşbəxtliyin, yaşamın yalnız indiki zaman içində var olduğunu deyən Təhminənin həyat fəlsəfəsi antik dövrün epikürçülüyündən iyirminci əsrin ekzistensializminə qədər yol gəlib. Onun xarakteri də, qəhrəmanı olduğu əsərlərin mahiyyəti də bu kontekstdə araşdırılmalıdır, daha “pozğundur, yoxsa müqəddəs?” kontekstində yox.
***
Elçinin yaradıcılığında ideya-məzmun baxımından həm Əkrəmin, həm də Anarın başlıca əsərləriylə səsləşən, onlarla bir cərgədə duran əsərlər var. Məsələn, “Dolça” povesti kobud, eybəcər sovet gerçəkliyinin ifşasına yönəlibsə, “Ölüm hökmü” romanı (arxa planında sosial-siyasi motivlər tüğyan eləsə belə) bəşəriyyətə kəsilmiş amansız hökmün kafkavari diaqnozu, insanlığın çarəsizlik, əlacsızlıq epiqrizidir. Fəqət Elçin nəsrinin də qızıl xətti, məncə, bunlar deyil; onun yaradıcılığının şah damarı, fikrimcə, mərhum ədəbiyyatşünas Əziz Mirəhmədovun romantik əsərlər kimi xarakterizə elədiyi povest-hekayələrdən keçir: “Gümüşü furqon”, “Toyuğun diri qalması”, “Şuşaya duman gəlib”, “Talvar”, “Gül dedi bülbülə”...
Rus ədəbiyyatçıları əsasən də Lev Tolstoyun bədii yaradıcılığı timsalında belə əsərlər haqqında “ruhun (yaxud da qəlbin) dialektikası” ifadəsini işlədirlər. İnsan hansısa sıfır nöqtəsindən yola çıxıb bəlli bir mənəvi-əxlaqi kamillik həddinə çatandan sonra öz sərhədlərini aşıb dünyaya açılır, ruhuyla kainatın ruhuna toxunur, öz eqoistik maraqlarını başqalarının ayaqları altına atır. Əslində bu tip əsərləri romantik də yox, mistik adlandırmaq daha doğru olar. Zənnimcə, Elçinin bu qəbildən olan yaradıcılığı ideya-məzmun baxımından mistisizm kontekstində, fantasmoqorik elementlərlə zəngin “sehirli” hekayələri forma-üslub baxımından magik realizm kontekstində öyrənilməlidir.
***
Elçinin “Ölüm hökmü” romanı haqqında dediklərimi ondan da əvvəl Yusif Səmədoğlunun “Qətl günü” əsəri haqqında deyə bilərəm, ən azı o səbəbdən ki, Səmədoğlunun romanı daha əvvəl yazılıb. Bu əsər də bəşəriyyətə kəsilmiş ölüm hökmünün həm çox qəddar, həm də parlaq ifadəsidir. Forma-üslub cəhətdən Bulqakovun “Master və Marqarita”, Markesin “Yüz ilin tənhalığı” romanlarına bənzərliyi olsa da, ab-havasının ağırlığı, çıxılmazlıq duyğusunun dərinliyi etibarilə “Qətl günü” daha çox Kafkanın zülmətlə rənglənmiş əsərləriylə səsləşir.
Bəzən bu cür əsərlərin fonunda çığırışan ictimai-siyasi hadisələr, sosial motivlər nəinki oxucuları, hətta peşəkar ədəbiyyat mütəxəssislərini də aldadır. Yusif Səmədoğlunun romanında da belə tələlər az deyil. Kimsə bu əsəri sosial-siyasi, kimsə də dini-mistik əsər saya bilər, ancaq mənə elə gəlir, hər iki yanaşma qüsurludur. “Qətl günü” romanında nə din var, nə siyasət, nə Allah var, nə ədalət; burada Baba Kahanın buzlu bətnindən dünyaya dil uzadan yekə bir Fələk obrazı var ki, uşaq demir, böyük demir, padşah demir, nökər demir, haqlı demir, haqsız demir - hamını qabağına qatıb otarır, sonra da hamını bir-bir kəsib torpağa yedirir...
***
Ötən əsrin 70-80-ci illərində əsərləriylə Azərbaycan nəsrində hadisə yaratmış Mövlud Süleymanlı, Saday Budaqlı kimi yazıçıların da yaradıcılığı, fikrimcə, ədəbi-bədii təsnifləndirmə baxımından konseptual qiymətini almayıb. Burası aydındır ki, Mövlud Süleymanlının başlıca əsərləri (“Köç”, “Şeytan”, “Yel Əhmədin bəyliyi”) magik realizm, Saday Budaqlının nəsri modernizm kanonları çərçivəsində gözdən keçirilməlidir. Bu arada onu da deyim ki, Ramiz Rövşənin yetmişinci illərin əvvəllərində qələmə aldığı hekayələrinə (“Ağrı” silsiləsi), ondan bir neçə il sonra yazdığı “Daş” povestinə də nasirlərin əl işlərinə bənzəməyən şair nəsri kimi hələ də sərrast bədii-estetik dəyər verilməyib...
***
Mövzu o qədər genişdir ki, onu nəinki bir qəzet məqaləsinə, heç bir monoqrafiyaya da sığdırmaq olmaz. Bu deyilənləri yazmağımın da səbəbi ədəbi tənqidə istiqamət vermək iddiasına düşməyim deyil, tam tərsinə, sanballı tənqidçiləri, ədəbiyyat xiridarlarını polemikaya cəlb eləmək yoluyla onlardan nəsə öyrənmək diləyimdir. Biliklərinizi əsirgəməyin, dostlar!
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

