Qatil kimdir?
21.07.2023 [12:00]
Rünoske Akutaqavanın “Cəngəllikdə” novellası haqqında
Novellanın kompozisiyası məhkəmə istintaqı formasında qurulub. Müəllif mətni yoxdur, müəllif burada mirzə, katib funksiyasını yerinə yetirir. Məhkəmə də dünyəvi məhkəmədən çox Kafkanın məhkəməsinə, ilahi instansiyanınmı, fələyin divanınınmı sorğu-sualına, mühakiməsinə bənzəyir.
Bir hadisənin dörd şahidi, üç iştirakçısı dindirilir. Onlar bir-birindən çox fərqlənən ifadələr verirlər. Ancaq heç biri yalan söyləmir, hərə öz baxış bucağından gördüyünü danışır. Məsələ burasındadır ki, baxışlar, görülənlər fərqlidir, heç biri o birinə bənzəmir.
***
Cəngəllikdən gənc samurayın meyidi tapılıb. Meyidi ilk görən odunçu məhkəməyə ifadəsində deyir ki, mərhumun cansız bədəni dağ ətəyindəki sıx meşəlikdə - həmişəyaşıl kriptomeriya kollarının, bambuk ağaclarının kök atdığı şəllikdə rastına çıxıb. Samurayın əynində gödək kimono, sinəsində təzə yara, yanında kəndir, bir də seyrək dişli qaşov olub. Şahidin deməsinə görə, o, mərhumun böyür-başında silah-filan görməyib.
Odunçudan sonra şahid kimi gəzərgi rahib dindirilir. O deyir ki, mərhumla hadisədən az əvvəl, deyəsən günorta çağı yolda rastlaşıb. Samurayın belində qılınc, kürəyində ox-yay olub. Yanındakı kürən atın üstündə bir qadın varmış, iri şlyapasının örtüyü onun üzünü gizlədibmiş.
İfadə verən gözətçi bildirir ki, o, dünən axşam çağı məşhur quldur Tadzömarunu ələ keçirib. Atdan yıxılan quldur daş körpünün üstündə zarıyırmış. Tadzömarunun belində qılınc, kürəyində yay, oxdanında on yeddi ox varmış. Onu yıxan kürən at bir az aralıda otlayırmış. Əgər quldurun silah-əsləhəsi mərhumunku olubsa, demək, samurayı o öldürüb.
Samurayın qayınanası ifadəsində deyir ki, mərhumu görən kimi tanıyıb - öldürülən onun iyirmi altı yaşlı kürəkəni Kanadzava Takehirodur. Mərhum dedikcə xoşxasiyyət adam olub, kimsənin yolunu kəsməyib, kimsənin xətrinə dəyməyib. Onun kiməsə sataşdığını, haradasa dava saldığını görən olmayıb. Qarının on doqquz yaşlı qızı Masaqoya gəlincə, yazıq qız əriylə birgə səfərə çıxıbmış. Kürəkəninin ölümüylə o, çar-naçar barışıb, ancaq qızından hələ də bir xəbər yoxdur, zavallının haraya qeyb olduğu, başına nə gəldiyi bilinmir.
***
Daha sonra quldur Tadzömaru dindirilir. O, samurayın qətlini boynuna götürür. Dediyinə görə, Tadzemaru onlarla günortadan sonra rastlaşıb. Yel örtüyü qadının üzündən bir anlıq götürəndə quldur onun çöhrəsini bir göz qırpımınca görüb. Qadının gözəlliyi onu necə heyran qoyubsa, Tadzömaru ərini öldürmək bahasına başa gəlsə belə Masaqonu ələ keçirməyi qərara alıb. “Bu, sizə qorxunc görünür? - o deyir, - boş şeydir, kişi xeylağını öldürmək sadə məsələdir! Qadını ələ keçirmək istəyəndə kişinin başını əkirlər. Fərq budur ki, mən adamı qılıncla öldürürəm, sizlərsə bu cinayəti hakimiyyətlə, pulla, yalanla işə keçirirsiniz”.
Ancaq bu dəfə Tadzömarunun samurayı qətlə yetirmək fikri olmayıb. O, qadını qansız-qadasız ələ keçirmək istəyib. Hiyləgər quldur bu məqsədlə onları meşənin sıxlığına çəkib, guya orada xəzinə tapıbmış. Cəngəlliyə çatmamış qadını bir yerdə gözlədib, özü samurayla birgə qalınlığa baş vurub.
Orada qəfil Kanadzavanın üstünə atılan Tadzömaru onu bir ağaca sarıyıb ağzını bambuk yarpaqlarıyla bağlayır. Sonra geri qayıdıb qadına deyir ki, onun ərinə nəsə olub, ona kömək lazımdır. Qadın ərini ağaca sarınmış görəndə vəziyyətdən duyuq düşüb qoynundan xəncər çıxarır, quldurun üstünə atılır. Tadzömaru xəncəri cəsur qadının əlindən güclə alır, ərinin gözü qabağında gəlinə təcavüz eləyir.
Bundan sonra quldur yayınmaq istəyəndə qadın onun qollarından sallaşıb deyir ki, iki kişinin gözü qabağında rüsvay olunmaq ölümdən betərdir, buna görə də onlardan biri gəbərməlidir. Gəlin bu yarışda sağ qalasının ardınca getməyə söz verir. Masaqonun alışıb yanan gözləri Tadzömarunu hayıl-mayıl eləyir, gəlinə yiyələnmək həvəsi quldurun başına vurur. O, samurayın əl-qolunu açıb onu açıq döyüşə çağırır. Tadzömaru çətinliklə də olsa qalib gəlir, ancaq gəlin bu müddətdə fürsəti fövtə verməyib qeybə çəkilir. Onu axtara-axtara cığıra çıxan quldur kürən atın öz yiyələrinin aqibətindən xəbərsiz şirin-şirin otladığını görür...
Tadzömaru məhkəmədən aman diləmir, ən ağır cəzaya layiq olduğunu yaxşı bilir. Ona çoxdan bəllidir ki, gec-tez başı edam kötüyünü suvaracaq.
Bütün bunlar quldur Tadzömarunun dedikləridir. Görək Masaqo nə deyir.
***
Kiyomidzu məbədində tövbə eləyən qadın xatırlayır ki, ona yiyələnəndən sonra Tadzömaru onun ağaca sarıqlı ərinə sarı qayıdıb arsız-arsız hırıldadı. Gəlin ərinə yaxınlaşmaq istəyəndə quldur onu təpiklə yerə sərib. Bu dəm ərinin ona ikrahla, nifrətlə baxdığı qadının gözündən yayınmayıb. Bundan dəhşətə gələn Masaqo özündən gedib.
Huşu üstünə qayıdanda quldur orada olmayıb. Əri əvvəlki kimi ona ikrahla, nifrətlə baxırmış. Rüsvayçılığa dözə bilməyən qadın qərara alır ki, ərini də, özünü də öldürsün. Quldur qılıncı, ox-yayı aparsa da, xəncər qalıbmış. Qadın xəncəri yerdən götürüb ərinin köksünə sancır. Bunun ardınca yenə bayılır. Özünə gələndən sonra öz canına da qıymaq istəyir, ancaq özünə əli qalxmır. İndi bilmir başına nə çarə qılsın.
Bu da qadının etirafları. İndi görək falçının diliylə mərhumun ruhu nə deyir.
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59

