Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
30.09.2026 [20:15]
Bakı Dövlət Universiteti (BDU) 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – “ADEX 2026”da özünün innovativ texnoloji layihələri ilə təmsil olunur.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“ADEX 2026” kimi beynəlxalq səviyyəli platformada BDU tərəfindən hazırlanmış texnoloji həllərin nümayiş etdirilməsi universitetin elmi və mühəndislik potensialının təqdim olunması, yeni tərəfdaşlıqların qurulması və perspektivli layihələrin inkişaf etdirilməsi baxımından mühüm imkan yaradır.
Sərgidə BDU tərəfindən hazırlanmış avtonom rover, kvadrokopter və Tiqana FPV dronu nümayiş etdirilir. Təqdim olunan layihələr universitetdə elmi-tədqiqat və mühəndislik fəaliyyəti, müasir robototexnika və pilotsuz sistemlər istiqamətində aparılan işlərin nəticəsidir.
Təqdim olunan avtonom rover layihəsində step mühərrikəsaslı hərəkət sistemi tətbiq olunub. Mexaniki və elektron komponentlərin optimallaşdırılması nəticəsində sistem analoji həllərlə müqayisədə daha aşağı enerji sərfiyyatı ilə işləyir. Avtonom roverin müxtəlif logistika və texniki tapşırıqlarda, o cümlədən insan üçün riskli ola biləcək ərazilərdə yükdaşıma və məsafədən idarə olunan və ya avtonom fəaliyyət tələb edən əməliyyatlarda tətbiqi nəzərdə tutulur. Platformanın əvvəlcədən müəyyən edilmiş və ya dinamik formalaşdırılan marşrutlar üzrə hərəkət imkanları təkrarlanan logistika proseslərinin avtomatlaşdırılmasına və personalın riskli ərazilərə daxil olma ehtiyacının azaldılmasına şərait yaradır.
Sərgidə nümayiş etdirilən digər layihə BDU tərəfindən hazırlanmış kvadrokopterin idarəetmə sistemidir. Layihə çərçivəsində kvadrokopterin hərəkətinin ümumi idarəetmə məsələsi şaquli, üfüqi və yan hərəkət kimi daha sadə alt məsələlərə bölünərək onların kompüter əsaslı həll alqoritmləri hazırlanıb. Bu yanaşma idarəetmə sisteminin daha kompakt və enerji baxımından səmərəli qurulmasına imkan verir. GPS siqnalının olmadığı şəraitdə isə kvadrokopterin hərəkətinin idarə olunması üçün inersial naviqasiya sistemi tətbiq edilir. Hazırlanmış yanaşmalar müxtəlif pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərində də tətbiq oluna bilər.
BDU-nun sərgidə təqdim etdiyi texnoloji nümunələrdən biri də 7 düyümlük konfiqurasiyada hazırlanmış FPV dronudur. Karbon-fiber gövdə strukturu və qatlanan qol mexanizmi dronun kompakt formada daşınmasına və yüksək manevr qabiliyyətinə imkan verir. Sistem radioelektron müdaxilələrə qarşı dayanıqlılığın artırılmasına yönəlmiş texniki həlləri ilə fərqlənir. Bu layihə çərçivəsində pilotsuz uçuş sistemlərinin konstruksiyası, idarə olunması və faydalı yükün daşınması üzrə mühəndislik həlləri təqdim olunur.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

