“Kaspi” Təhsil Mərkəzi üç yeni layihəsini təqdim edib
12.04.2014 [09:56]
Aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Mərkəzinin “Təhsildə müasir texnologiyalar-perspektivlər” mövzusunda tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, bir sıra nazirlik və qurumların, ali məktəb nümayəndələrinin, Milli Məclisin deputatlarının və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə təhsildə innovativ texnologiyalardan səmərəli istifadə ilə bağlı yeni layihələr təqdim olunub.
“Kaspi” Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva tədbirdə 3 böyük layihənin təqdim olunduğunu bildirib. O, bu layihələrin təhsildə keyfiyyətin yüksəldilməsi üçün müasir üsullardan biri olduğunu diqqətə çatdırıb. Sona Vəliyeva bu layihələr üzərində uzun illərdir iş aparıldığını və böyük bir kollektivin əməyinin bəhrəsi olduğunu deyib.
Sona Vəliyev qeyd edib ki, son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirmiş “Kaspi” Təhsil Mərkəzi bu layihələrin davamı kimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqlara əlifba və Ana dilindəki ilkin anlayışları öyrənmələri üçün “Əlifbanı öyrənirəm” layihəsini hazırlayıb. anadili.az saytı vasitəsilə interaktiv oyun şəklində hazırlanan bu layihə uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur. Həmçinin, bu layihə onların ana dilini öyrənmələrini daha asan və əyləncəli edir. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli də dinləyə bilərlər.
Mərkəzin təsisçisi bundan əlavə, onlayn imtahan sistemi olan “Kaspi Test” və “Kaspi” Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün “Öyrənmənin İdarəolunması Sistemi”nin təqdim edildiyini də deyib.
Sona Vəliyeva təsisçisi olduğu təhsil mərkəzinin yarandığı gündən indiyədək gördüyü işlərdən də danışaraq deyib: “Biz atdığımız addımlarla dövlətin təhsil siyasətinə dəstək veririk. “Kaspi” Təhsil Mərkəzini bitirən 1120 abituriyentimiz ali məktəblərdə təhsil alır. 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5 min tələbənin uğurunda “Kaspi” Təhsil Mərkəzinin də rolu vardır”.
Mərkəzin təsisçisi gələcəkdə rəhbərlik etdiyi qurum tərəfindən təhsilimizin inkişafı istiqamətində daha bir neçə layihənin həyata keçiriləcəyini də diqqətə çatdırıb. Bildirib ki, nağılların təfəkkürün formalaşmasındakı böyük rolunu nəzərə alaraq, Mərkəz gələcəkdə uşaqların milli ruhda böyümələrinə kömək edəcək Azərbaycan nağılları əsasında cizgi filmlərini də hazırlamağı planlaşdırır.
Sonra innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqədar yeni layihələrin təqdimatı olub.
“Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib ki, bu gün təqdim edilən hər üç layihə Mərkəz tərəfindən son 3 ildə həyata keçirilmiş elektron təhsil sahəsindəki layihələrin davamıdır. E.Əliyev qeyd edib ki, “Əlifbanı öyrənirəm” layihəsinin tədrisi anadili.az saytı vasitəsilə interaktiv şəkildə aparılacaq. “Kaspi” Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan “Kaspi Test”i (www.kaspitest.com) istifadəyə verib. E.Əliyev bildirib ki, bu sistemin məqsədi Mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir: “Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompyuter, noutbuk və ya planşetdən) daxil olma imkanı verir. İstifadəçilər imtahandan dərhal sonra nəticələrini görə və təhlil edə, eləcə də keçmiş imtahan nəticələrinə baxa bilərlər. İstifadəyə verildiyi qısa müddət ərzində böyük marağa səbəb olan “Kaspi Test” imtahan sistemində respublikamızın 45 şəhərindən olan istifadəçilər qeydiyyatdan keçib”.
Mərkəzin direktoru qeyd edib ki, “Kaspi” Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün “Öyrənmənin İdarəolunması Sistemi” - “Kaspi LMS (Learning Management System)” yaradılıb. Bu sistemin məqsədi müasir texnologiyalardan səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, dəyərləndirmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevik və mərkəzləşdirilmiş qaydada idarə etməkdir.
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva və başqaları təqdim olunan layihələrin əhəmiyyətini vurğulayıblar. Bu layihələrin təhsil sahəsində fəaliyyət göstərən təşkilatlara və geniş ictimaiyyətə çatdırılmasının önəmi qeyd edilib. Natiqlər, həmçinin Azərbaycan təhsilində Mərkəzin rolunu da yüksək qiymətləndiriblər.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46

