Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / UNEC-in yüksək səviyyəli infrastrukturu tədris prosesinin müasir standartlar əsasında təşkilinə və təhsilin keyfiyyətinin yüksəlməsinə imkan verir

UNEC-in yüksək səviyyəli infrastrukturu tədris prosesinin müasir standartlar əsasında təşkilinə və təhsilin keyfiyyətinin yüksəlməsinə imkan verir

15.09.2020 [09:01]

Məlum olduğu kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəaliyyətində son illərdə müşahidə olunan inkişaf həm ölkədaxili, həm də xaricdəki elmi dairələr tərəfindən yüksək qiymətləndirilir. Bu günlərdə isə UNEC-in inkişafında təkanverici amilə çevriləcək daha bir təqdirəlayiq hadisə baş verib. Belə ki, UNEC-in Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Sözügedən ali məktəbdə təhsilin keyfiyyətində mühüm rol oynayacaq yeni infrastrukturun qurulması yeniləşən və müasirləşən Azərbaycan təhsili üçün də mühüm töhfə hesab edilir.
Xatırladaq ki, sentyabrın 3-də baş tutan açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNEC-in 3 saylı yeni tədris korpusunda yaradılan şəraitlə yaxından tanış olublar. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov prezidentə və birinci xanıma görülən işlər barədə məlumat veriblər.
Yenidən inşa edilən korpusda eyni zamanda 3000 tələbə təhsil alacaq
Qeyd edək ki, UNEC-in Yasamal rayonu, Murtuza Muxtarov 194 ünvanında yerləşən sözügedən korpusu müasir kampus standartlarına cavab verən modern memarlıq elementləri ilə zəngin yeni tədris binasıdır. Bu kampusun yerində ötən əsrin əvvəllərində inşa olunmuş və istismar müddətini çoxdan başa vurmuş, tam yararsız hala düşmüş tədris korpusu mövcud olub. Universitet rəhbərliyi, o cümlədən rektor Ədalət Muradovun bilavasitə təşəbbüsü ilə 2018-ci ildən köhnə korpus sökülərək tarixi-memarlıq baxımından əvvəlki binanın fasadı saxlanılmaqla müasir standartlara cavab verən yeni kampus inşa olunub.
Vurğulamaq yerinə düşər ki, yeni tədris binası tələbələrin müasir tələblərə cavab verən yüksəkkeyfiyyətli təshil alması üçün nəzərdə tutulub. Belə ki, burada beynəlxalq təcrübədən geniş istifadə olunub və akademik tədris, elmi tədqiqatlar üçün zəruri olan bütün detallar öz əksini tapıb.
Məlumat üçün qeyd edək ki, yenidən inşa edilən 3-cü korpusda, eyni zamanda, 3000 tələbənin təhsil alması üçün bütün lazımi şərait yaradılıb. Yeni tədris binasında tam elektronlaşdırılmış 30 auditoriya, 6 mühazirə zalı, ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 14 laboratoriya: Qida kimyası və biokimya, Qida mikrobiologiyası, qida texnologiyası, Ekologiya, Fikiza 1, Fikiza 2, Kimya 1, Kimya 2, Elektronika, Elektrotexnika, Materialşünaslıq, Kommunikasiya sistemi mühəndisliyi, Maşın və sənaye mühəndisliyi tədris metodiki laboratoriyaları, eləcə də 3 dizayn studio otağı, 6 linqofon otağı, yeməkxanalar, idman zalı, üst qatı elektron-alt qatı dərslik və elmi ədəbiyyatlarla zəngin olan 2 mərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları mövcuddur.
Onu da bildirək ki, UNEC-in yeni tədris korpusunda fəaliyyət göstərəcək 3 laboratoriya Qida kimyası laboratoriyası, Qida texnologiyası laboratoriyası və Ekologiya laboratoriyası unversitetin tarixində yenidir. Belə ki, BP Azərbaycan şirkətinin sponsorluğu ilə yaradılacaq bu laboratoriyalar bu ildən UNEC-də açılan yeni ixtisasların - Ekologiya mühəndisliyi və Qida mühəndisliyi ixtisaslarının tədrisinə yardım edəcək. Həmçinin yaradılan bu şəraitin universitetdə tədrislə məşğul olan gənc müəllimləri tədqiqat aparmağa təşviq edəcəyinə də inam böyükdür.
Tədrislə tədqiqatı bütövləşdirməyə xidmət edən strategiya
Eyni zamanda, bu cür müasir kampusların uzun müddət ərzində keyfiyyətli təhsil mühitinin formalaşdırılmasında və yüksəkixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayacağına şübhə yoxdur. Belə ki, universitetlərin təhsil keyfiyyətinə təsir edən faktorlardan biri - müasir maddi-texniki bazadır. Ona görə də yeni korpusun inşa edilərək istifadəyə verilməsini mühün yenilik hesab etmək olar. Eyni zamanda, texnoloji istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusda elmi tədqiqatlar aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bu isə UNEC-in tədrislə tədqiqatı bütövləşdirməyə xidmət edən ən başlıca strategiyalarından biri hesab olunur.
Xatırlatmaq yerinə düşər ki, cari tədris ilindən başlayaraq UNEC-də yeni təsnifat blanklarında tədris standartları Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. Yeni açılan ixtisaslara gəlincə, onlara Kommunikasiya sistemi mühəndisliyi, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter elmləri, Elektrik və elektronika mühəndisliyi, Qida mühəndisliyi, Maşın mühəndisliyi, Sənaye mühəndisliyi, Materiallar mühəndisliyi və Ekologiya mühəndisliyi ixtisasları aiddir. Yeri gəlmişkən, qeyd edək ki, UNEC rəhbərliyi ardıcıl olaraq rasional islahatlar aparmağı, yeni çağırışlara cavab verən qərarlar qəbul etməyi, şəffaf təhsil və elm mühiti yaratmağı bacara bilib. Onun nəticəsidir ki, UNEC brendi bu günlərdə dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətləri tərəfindən də tanınıb. Xatırladaq ki, UNEC daha öncə Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə və Estoniyada qeydiyyatdan keçib. Artıq 9 ölkədə tanınan dünya təhsil məkanında mövqeyini gücləndirməkdə davam edir.
UNEC-in 90 illik yubileyinə böyük töhfə
Onu da xatırladaq ki, UNEC-də mövcud olan yüksəksəviyyəli infrastruktur və tədqiqat laboratoriyaları təhsil üzrə mütəxəssislər tərəfindən Azərbaycan ali təhsil sistemi üçün mühüm yenilik kimi qiymələndirilir. Belə ki, texnologiya istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusdakı laboratoriyalar bu yöndə elmi tətdiqat aparmaq üçün çox vacib resurs rolunu oynayacaq. Eyni zamanda yeni tədris ilindən istifadəyə verilən bu kampus UNEC-in 90 illik yubileyinə, eləcə də texniki və texnoloji ixtisaslarda təhsil alan tələbələrə böyük töhfə kimi dəyərləndirilir.
Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin yeni tədris korpusunun istifadəyə verilməsi ilə ölkəmizin elm və təhsil ictimaiyyəti son illərdə daha da müasirləşən UNEC-in timsalında həm ali məktəb, həm də elmi-tədqiqat mərkəzi kimi nəzərəçarpan yeni Azərbaycan universiteti modelinin şahidi olur. Bu baxımdan, UNEC-in yeni korpusunun istifadəyə verilməsi kifayət qədər əlamətdar hadisə sayılır. Nümunə hesab olunan bu cür yeni kampusların təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edəcəyinə şübhə yoxdur.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30