Prezidentdən dəstək çağırışı
30.05.2024 [10:00]
Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində dünya ölkələri və beynəlxalq təşkilatlarla əlaqələr daha da genişlənir. Ölkəmiz müxtəlif beynəlxalq platformalarda da fəal iştirak edir. Son zamanlar isə ölkəmizin kiçik ada dövlətləri ilə də əməkdaşlığı güclənməkdədir. May ayı ərzində Tuvalunun general-qubernatoru Falani Tofinqa, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyin Azərbaycana səfəri də bunu təsdiqləyir.
Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan kiçik ada dövlətlərinə ciddi dəstək verib
Yeri gəlmişkən, qeyd edək ki, Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib. Tədbirdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Məktubda bildirildiyi kimi, Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Dövlət başçısı məktubda vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi.
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Belə ki, dövlətimizin başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatına sədrliyi zamanı Azərbaycan tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addımlar ölkəmizin və Hərəkatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.
Azərbaycan Prezidenti İlham Əliyev keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə qlobal çağırış elan edib. “Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub”, - deyə dövlət başçısının konfrans iştirakçılarına məktubunda vurğulanıb.
İqlim dəyişiklikləri ilə mübarizədə fəal əməkdaşlıq zəruridir
Hazırda dünya yeni bir çağırışla üz-üzədir. Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb. Milli Məclis müvafiq qanunlar qəbul edib. Dünya ölkələrinin COP29-un Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etməsi də dövlətimizin bu istiqamətdəki səmərəli fəaliyyəti ilə əlaqədardır.
Məlumdur ki, iqlim dəyişiklikləri bütün dünyaya təsir edir. İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur.
Azərbaycanın COP29-a sədrliyi zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlər arasında olacaq. Prezident İlham Əliyev konfrans iştirakçılarına məktubunda Bakıda keçiriləcək COP zamanı sözügedən kiçik ada dövlətlərinin Zirvə toplantısının keçirilməsinin planlaşdırıldığını vurğulayıb: “İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Mən COP29 zamanı bütün ölkələri İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərməyə çağırıram”.
“Bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram!”
Qeyd edək ki, Azərbaycan artıq bir sıra İnkişaf etməkdə olan kiçik ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına öz dəstəyini göstərməkdədir. Bu ölkələrə yardım davam edəcək. Prezidentin vurğuladığı kimi, Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq. Bundan əlavə, həmin dövlətlərin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanları genişləndiriləcək. İndiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb. Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək.
Məlumdur ki, Bakıda COP29 “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçiriləcək. Prezident İlham Əliyev konfrans iştirakçılarına məktubunda “Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram”- deyə müraciət edib. Bu məqsədə çatmaq üçünsə dünya ictimaiyyətinin siyasi iradəsi və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır. Qlobal problemlərin həllinə beynəlxalq birliyin fəal əməkdaşlığı sayəsində nail olmaq mümkündür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40
YAP xəbərləri
23 Oktyabr 16:40
Maraqlı
23 Oktyabr 16:30
YAP xəbərləri
23 Oktyabr 16:14
Dünya
23 Oktyabr 15:48
YAP xəbərləri
23 Oktyabr 15:46
Siyasət
23 Oktyabr 15:40
Dünya
23 Oktyabr 15:22
YAP xəbərləri
23 Oktyabr 15:09
YAP xəbərləri
23 Oktyabr 15:03
YAP xəbərləri
23 Oktyabr 15:02
YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50
YAP xəbərləri
23 Oktyabr 14:50
Dünya
23 Oktyabr 14:42
YAP xəbərləri
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 13:51
YAP xəbərləri
23 Oktyabr 13:40
Dünya
23 Oktyabr 13:26

