Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər an hazır olmalıyıq!

Hər an hazır olmalıyıq!

30.05.2024 [10:10]

İlham Əliyev: Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var...

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Cənubi Qafqaz regionun həyatında yeni - təhlükəsiz və sabit inkişafın əsasını qoydu. Xüsusilə vurğulanmalıdır ki, əldə edilən zəfər illərdir bölgədə davam edən hərbi qarşıdurmaları, müharibə vəziyyətini, işğalı və təcavüzü sonlandırdı. Bu gün artıq Cənubi Qafqaz keçmiş dövrlərdə olduğu kimi kataklizmlərlə və ya qarışdurmalarla deyil, əməkdaşlıq və sülhlə, sabitliklə xarakterizə olunur. Ötən ilin dekabrından başlanan, bu ilin aprelində isə özündə yeni konturları əks etdirən ikitərəfli təmaslar isə bəhrəsini verir - bu il aprelin 19-da hər iki ölkənin müvafiq delimitasiya və demarkasiya komissiyalarının görüşündə əldə edilən razılaşmalara əsasən, Qazax rayonu istiqamətində sərhədlərin müəyyənləşdirilməsi məsələsi reallaşmağa başladı. Artıq hər iki tərəf müəyyən edilmiş ərazilərin təhlükəsizliyinin təminatı üçün tədlbirlər görür - ərazi Sərhəd Xidməti tərəfindən tam nəzarətə götürülüb. 

Revanşizm və avantüra...

Nəzərə çarpan bu irəliləyişlər əslində sülh üçün böyük ümidlər yaratsa da, bölgədə sabitliyin formalaşmasını istəməyən bir sıra qüvvələrin qeyri-adekvat davranışları prosesin inkişafına kölgə salır. Daha doğrusu, Ermənistanda artıq günlərdir ki, davam edən siyasi qarşıdurmalar, etiraz aksiyası revanşistlərin yenidən aktivləşməsindən və ya aktivləşdirilməsindən xəbər verir. Buna yol açan səbəblərdən biri isə iki dövlətin arasındakı münasibətlərin normallaşmasına xələl gətirməkdir - təsadüfi deyil ki, mayın 24-də xalqa müraciəti zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, sülh prosesi Ermənistan üçün yeganə xilas yoludur. Əgər rəsmi İrəvan yeni dövrdə beynəlxalq münasibətlər sisteminin müstəqil, sosial rifahı təmin edilmiş subyekti kimi çıxış etmək istəyirsə, Azərbaycan ilə sülh müqaviləsi bağlamalı və bölgənin təhlükəsizlik, əməkdaşlıq seqmentinə öz töhfəsini verməlidir.  O bildirib ki, əgər bizim strateji baxışımız real Ermənistan deyilsə, onda onsuz da çətin olan sülh mümkün olmayacaq - çünki mühitimiz bizi strateji təhlükə hesab edəcək və ona görə də dövlətçiliyimizi ya fiziki cəhətdən məhv etmək, ya da onun inkişafının qarşısını almaq üçün hər şeyi edəcək: “İkincisi, biz məhdud resurslarımızı və enerjimizi real Ermənistanın strateji ehtiyaclarına sərf etməyəndə əldə edə biləcəyimiz nəticəni almırıq və övladlarımızın gələcəyi olan Ermənistanın inkişafı ikiqat çətinləşir. Ermənistan Respublikasının çox ehtiyac duyduğu sülh isə getdikcə daha əlçatmaz olur. Bu şəraitdə ölkəmizin suverenliyi əhəmiyyətli dərəcədə zərər görür”. 

Beləliklə, Nikol Paşinyan da etiraf edir ki, hazırda aktivləşən və ya aktivləşdirilən revanşist qüvvələr Ermənistanın əleyhinə “cəbhə alıblar”. Sülh prosesinə mane olmağa çalışan bu qüvvələr “yeni qarşıdurma” körükləməklə heç bir şey əldə edə bilməyəcəklər. Məsələn, bir neçə gün öncə “yeni mübarizə və müharibə” haqda “danışan” keçmiş prezident Serj Sarkisyanın davranışları və fikirləri daha çox avantürizm kimi dəyərləndirilməlidir. 

Son hadisələri izləyirik...

Azərbaycan isə artıq bütün problemlərini həll edib - Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz öz vəzifəmizi yerinə yetirmişik. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub, 30 ilə yaxın davam etmiş işğal prosesi sonlandırılıb, separatizm ləğv edilib. Beləliklə, Azərbaycan dövləti üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. İndiki halda artıq aktuallıq daşıyan yeganə mövzu sülh və əməkdaşlıq olmalıdır. Amma görünən budur ki, Ermənistandakı bəzi qüvvələr sülh və əməkdaşlıqdan daha çox müharibə və revanşizm “havasındadır”. Amma onlar anlamırlar ki, proses artıq yekunlaşıb - Azərbaycan 

səbrlə, təmkinlə bundan sonrakı proseslərin dinc və qarşılıqlı maraqlar çərçivəsində inkişaf etməsini arzulayır. Ermənistan tərəfinin hansısa fərqli davranışı və ya yanaşması Azərbaycanı yenidən hərəkətə gətirə bilər. Mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib ki, biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var: “Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.

Dünyanın ən yaxşı ordularından biri...

Azərbaycanda müasir ordu quruculuğu siyasəti hər zaman ən prioritet hədəflər arasında yer alır - milli təhlükəsizlik strategiyamızın ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi işi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Arxada qoyduğumuz illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrəsini verdi - 2020-ci il Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bunun əsas amilləri isə ondan ibarət idi ki,

- Ötən illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə həyata keçirilmişdi;

- Peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərin fəaliyyəti;

- Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılmışdı. 

Ümumiyyətlə, həyata keçirilən hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə ortaya qoyur. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, müasir Azərbaycan Ordusu bu gün regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli orduları sırasına daxildir. 

Ordu quruculuğu yeni mərhələdə 

Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Ölkəmizin xaricdən aldığı ən yeni silahlar bizə bütün maneələrin öhdəsindən gəlməyə imkan verir. Bunun arxasında isə Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi qüdrətini yüksəltmək istiqamətindəki davamlı və qətiyyətli siyasəti dayanır.  

Postmüharibə dövründə də Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Vurğulandığı kimi, ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız yeni silahların alınmasına, islahatların davamlılığına zəmin formalaşdırır. Görülən tədbirlər isə çoxşaxəlidir:

- Müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulmuşdu. Müdafiə xərcləri 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz (5,3 milyard) çoxdur;

- Bu vəsaitin 2,5 milyard manatı sırf müdafiə qüvvələri üçün, 413 milyon manatı milli təhlükəsizlik, 488 milyon manatı sərhəd xidməti üçün nəzərdə tutulub;

- Eyni zamanda, yeni silahların alınması prosesinə uğurla start verilib;

- Yeni təlimlər ordu birliklərinin daha da kompaktlaşmasına imkan yaradır. 

Beləliklə, yeni dövrdə Azərbaycanın milli hərbi təhlükəsizliyi daha da möhkəmləndirilir. Ordunun komplektləşdirilməsi isə davamlı və inkişaf edən prosesə çevrilib. 

Fransa amili...

Ermənistanda baş verən proses həm də xarici təsirlərin proyeksiyası kimi dəyərləndirilir. Xüsusilə, Azərbaycanla vasitəçisiz görüşlərin keçirilməsi perspektivi dövründən başlayaraq əldə olunan razılaşmalara qarşı bu kimi etirazların formalaşdırılması prosesə açıq mane olmaq istəyindən doğur. Siyasi analitiklər daha çox Fransanı bu işin “təşkilatçısı” kimi vurğulayır. O baxımdan ki, revanşist siyasi müxalifətlə yanaşı, Fransanın siyasi xəttinə sadiqlik nümayiş etdirən erməni kilsəsinin aktivləşdirilməsi məsələnin Fransa tərəfindən “stimullaşdırıldığını” deməyə əsas verir. Amma bu aksiyaların zəifləyən templə davam etməsi ondan xəbər verir ki, erməni xalqının mütləq əksəriyyəti regiona sülhün gəlməsini dəstəkləyir. Ermənistanın müstəqil dövlət kimi ayağa qalxmasını istəməyən qüvvələr “kilsə etirazlarının” rüşeymini təşkil edir - bu isə daha çox Ermənistanın ziyanına işləyən amil kimi çıxış edəcək... 

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31