Türk Birliyinin yolu Qarabağdan keçdi...
10.07.2024 [10:16]
Qarabağ Bəyannaməsi yeni münasibətlər sistemi formalaşdırır
Azərbaycan geniş bir coğrafiyanı vahid geostrateji maraqlar ətrafında birləşdirir
Olduqca dinamik siyasi-iqtisadi yeniliklərlə müşayiət olunan ötən həftə yeni geostrateji situasiyanın rəsmi elanı kimi yadda qaldı. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada baş tutan Zirvə toplantısı, ardından isə TDT-nin qeyri-rəsmi Şuşa Zirvəsi Avrasiyanın mərkəzində formalaşan yeni reallıqların “siyasi premyerasına” çevrildi. Artıq bölgəsəl layihələrin geniş anlamda həyata vəsiqə qazanmasının bir addımlığındayıq: Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya coğrafiyası paralel olaraq həm siyasi, həm də iqtisadi üçbucaq yaradır.
Diqqət yetiriləsi əsas məqam isə ondan ibarətdir ki, mühüm gələcək perspektivi özündə əks etdirən bu yeniliklərin həyata keçməsi 2020-ci il Vətən müharibəsi, 2023-cü il lokal antiterror tədbirlərinin nəticələri ilə sıx bağlılıq təşkil edir. Bu hərbi-siyasi qələbə Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyanın da həyatında mühüm yeniliklərə yol açdı. Daha doğrusu, Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı təhlükəsizlik mühiti Şərq-Qərb tranziti baxımından mühüm yolların aktuallaşması üçün zəmin formalaşdırdı. Bu isə öz növbəsində yeni əməkdaşlıq, yeni əlaqələr və yeni münasibətlər deməkdir. Bu gün Azərbaycanın timsalında Cənubi Qafqazla Mərkəzi Asiyanın qarşılıqlı inteqrasiyasının mühüm bir coğrafiyada yeni iqtisadi əməkdaşlıq mühiti yaratması yeni iqtisadi münasibətləri şərtləndirir. Xəzərin şərq sahili ilə qərb sahili arasında əlaqələr geniş anlamda yeni reallıqlara söykənir...
Vahid səma altında...
Azərbaycanın və Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı müsbət perspektivinə baxış, BRİKS üzvlüyü haqda açılan müzakirələr yeni iqtisadi situasiyanın üfüqlərinin genişlənməsidir. İndiki halda isə Şuşada imzalanan Qarabağ Bəyannaməsi faktiki olaraq Türk dünyasının siyasi-iqtisadi güc mərkəzi kimi təqdimat mərasimi sayıla bilər. İllər öncə xəyal belə edilə bilməyən məsələlər reallığa çevrilir:
- Türk dünyası “vahid iqtisadi-siyasi dam” altında birləşmə imkanı qazanır;
- Dünyanın iqtisadi - ticari nüvəsinin coğrafi parametrləri dəyişir (bu məsələdə Çin də birmənalı olaraq yeni situasiyanın yanında yer alır);
- Azərbaycan geniş bir regionda yeni beynəlxalq münasibətlər sisteminin qurulmasına nail olur;
- Bölgənin təhlükəsizlik immuniteti gücləndirilir;
- Region qlobal maraqların çarpazlaşma nöqtəsindən uzlaşma nöqtəsinə yaxınlaşdırılır;
- Yeni dövr üçün aktuallıq daşıyacaq əməkdaşlıq platformaları gündəmə gəlir.
Təbii ki, bu siyahını artırmaq da olar. Məsələn, yeni siyasi - iqtisadi bölgüdə Yaxın Orta Şərqin, Ərəb dünyasının, yeni enerji ixracatçısı olacaq ölkələrin imkanlarını da buraya əlavə etsək, Azərbaycanın yaratdığı mənzərənin detallarını daha aydın görmək mümkündür.
Əməkdaşlıq meydançası genişlənməkdədir
5 dövlət tərəfindən imzalanan Bəyannamə proseslərin intensivliyini artırır, dinamizm qazandırır. Azərbaycanın Mərkəzi Asiya və Kiçik Asiya ilə qarşılıqlı inteqrasiya prosesinə komleks şəkildə yanaşmanı yeniləyir. Artıq əlaqələr bu və ya digər şəkildə vahid müstəvidə inkişaf etməklə yanaşı, həm də çoxşaxəli, genişləndirilmiş və əlaqələndirilmiş şəkildə sürət qazanır:
- Qarabağ Bəyannaməsi vahid iqtisadi anlam daşıdığı qədər həm də siyasi məsuliyyətə malik vahid geosiyasi məkan yaradır;
- Bəyannamədə qeyd edildiyi kimi, Avropa - Türkiyə - Cənubi Qafqaz - Mərkəzi Asiya - Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək məsələsi aktuallığını daha da artırır;
- Regional ticarət həcminin davamlı artımını təsdiqləyir - əlaqələr həm də vahid geoiqtisadi maraqları uzlaşdırır. İqtisadi maraqların uzlaşması gələcək münasibətlərin çərçivəsini daha da genişləndirir;
- Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar göstərildiyi kimi, regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir, artıq vahid orqanizmə çevirir - Bəyannamədə əks olunan gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırış bunu zəruri edir;
Beləliklə, Bəyannamənin siyasi-iqtisadi hüdudları yalnız türk dünyası və ya Xəzər hövzəsinin şərq-qərb sahili ilə məhdudlaşmır - yeni qlobal arteriya üzərindəki bütün regionlar təbii halda bu Bəyannamədə əksini tapan yeni iqtisadi situasiyanın iştirakçısına çevrilir.
Naxçıvandan başlanan yolun siyasi-iqtisadi nəticələri...
Qısa zamanda özünü iqtisadi-siyasi konsepsiyası, ideoloji əsasları olan və ən əsası suveren, milli mənafeyə söykənən prinsiplərə malik təşkilat kimi sübut etməyi bacaran Türk Dövlətləri Təşkilatının əldə etdiyi uğurlar saymaqla bitməz. Bu inkişaf tendensiyasında maddi nailiyyətlərdən daha çox mənəvi nailiyyətlər göz oxşayır - vahid Türk dünyası ailəsi prinsiplərinin inkişaf etdirilməsi, qarşılıqlı maraqların qorunması üçün gücün və imkanların səfərbər olunması, fərqli cəhətlərin və ya coğrafiyaların oturuşmuş siyasi birliklərinə qarşı bütün aspektlərdə müqavimətin yaradılması kimi prioritet hədəflər TDT-nin ali qurum statusunu daha da möhkəmləndirir. Xüsusilə, bu Bəyannamə TDT-yə yeni sima, yeni strukturlaşma, yeni müştərək münasibətlər vəd etməkdədir. Aparıcı iqtisadi-siyasi güc kimi Azərbaycanın və Türkiyənin çıxış etdiyi TDT son dövrlərdə daha mühüm aktuallıq daşımağa başlayıb - platforma Mərkəzi Asiyanın Qərbə iqtisadi inteqrasiysında əsaslı şərtə çevrilib. Təsadüfi deyil ki, son illərdə region ölkələrinin dövlət başçılarının qarşılıqlı səfərlərində xüsusi artım müşahidə edilir - istər Azərbaycan dövlət başçısının Mərkəzi Asiyaya, istərsə də dost, qardaş ölkələrin rəhbərlərinin Bakıya səfərləri intensivləşib. Bu isə Türkdilli ölkələr arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin artmasına rəvac verir. İndiyədək Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə hesablanan bir sıra təşəbbüsləri həyata vəsiqə alıb ki, Qarabağ Bəyannaməsi bütün bu göstəriciləri özündə birləşdirir və əks etdirir. Bu isə özlüyündə həm də Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit imkanları yaratmaqla yanaşı, Türk dövlətlərini bir yol üzərində qovuşdurur, iqtisadiyyatlarını əlaqələndirmə imkanı verir. Beləliklə, yeni siyasi vəziyyət həm də Türk dünyası üçün inkişaf mərhələsi deməkdir. Azərbaycanın yaratdığı mexanizmlər yaxınlaşmanı bölgəsəl çərçivədən qlobal çərçivəyə daşımaqdadır.
Qürurverici haldır ki, Türk birliyinin ideyadan reallığa çevrilməsi Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin adı ilə bağlıdır - 2009-cu ildə Naxçıvandan başlanan Türk birliyi yolu Qarabağda, Şuşada bəyan edilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

