Regional lider, etibarlı tərəfdaş...
20.07.2024 [10:00]
Beynəlxalq aləm Azərbaycanın strateji baxışları ilə hesablaşır
Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursuna malikdir. Respublikamız həm xoş mərama əsaslanan qonşuluq siyasəti həyata keçirməklə regional platformalarda əməkdaşlığın genişləndir?lməsinə nail olmağa çalışır, həm də paralel şəkildə Avropa İttifaqına (Aİ) və geniş İslam dünyasına aid olan dövlətlərlə siyasi dialoqu daha yüksək səviyyəyə qaldırmağa, iqtisadi tərəfdaşlığı genişləndirməyə çalışır. Xüsusilə də postmünaqişə dövründə Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir.
London səfəri: Azərbaycanın uğurlu xarici siyasət kursunun növbəti təsdiqi
İqtisadi cəhətdən heç kimdən asılı olmayan Azərbaycan özünün güclü potensialına əsaslanmaqla siyasi müstəqilliyini də qorumağı bacarır. Respublikamız xarici əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Ölkəmizin xarici siyasət kursu aktiv olmaqla yanaşı, sırf müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Xoş mərama və qarşılıqlı maraqlara əsaslanan multiregional xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində yüksək nüfuz qazandırıb.
Azərbaycanın xarici siyasət kursunun səmərəliliyinin təmin olunmasında şəxsən Prezident İlham Əliyevin fəal diplomatik səyləri və qlobal miqyasda liderlik keyfiyyətləri nümayiş etdirməsi mühüm rol oynayır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfərə gedib. Dövlətimizin başçısının Londona baş tutan səfəri Azərbaycanın uğurlu xarici siyasət kursuna malik olduğunu bir daha təsdiqləyir. Səfər çərçivəsində dövlətimizin başçısı Oksfordda Almaniyanın, İsveçrənin, Çexiyanın, Litvanın, Macarıstanın, Finlandiyanın və digər ölkələrin dövlət və hökumət rəhbərləri ilə görüşlərə qatılaraq aktual müzakirələr aparıb. Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərin baş tutmasına təşəbbüslər əksər hallarda qarşı tərəfdən gəlib. Buradan da aydın şəkildə görünür ki, Avropa dövlətlərinin liderləri Azərbaycanın dövlət başçısının strateji baxışlarına böyük önəm verir və Onunla müxtəlif məsələlər ətrafında müzakirələr aparmağa ehtiyac duyurlar.
Astana görüşləri: Regional əməkdaşlıq müstəvisi genişlənir
Ümumiyyətlə, iyul ayının əvvəlindən Prezident İlham Əliyevin iş cədvəli xarici səfərlərlə zəngin olub. İyulun 3-də Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər edib. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.
Dövlətimizin başçısı ŞƏT-in Astana Zirvə tədbiri çərçivəsində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak edib, Rusiyanın, Çinin lideri və digər rəsmi şəxslərlə görüşlərə qatılıb. Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilməsi xüsusi önəm daşıyır. Bu ona dəlalət edir ki, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq getdikcə daha da möhkəmlənir. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Bu, tarixi bir sənəddir. İmzalanan birgə Bəyannamədə iki ölkə arasında perspektiv əməkdaşlığı hədəfləyən çoxsaylı müddəalar yer alıb.
Prezident İlham Əliyevin ŞƏT-in bundan əvvəl Özbəkistanda, indi isə Qazaxıstanda baş tutan Zirvə tədbirlərinə dəvət alması, eyni zamanda, Azərbaycanla Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrlə sıx əməkdaşlıq əlaqələri, yüksəksəviyyəli siyasi dialoq qurmasının əyani təsdiqidir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərini Orta Dəhlizdə ortaq maraqlar birləşdirir.
Beynəlxalq fəallıq: İnamlı əməkdaşlıq, müxtəlif platformalarda aktiv iştirakçılıq
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun ən mühüm istiqamətlərindən birini beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təşkil edir. Respublikamızın ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı diqqət çəkir. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. Ölkəmizin BMT TŞ-yə hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib.
Azərbaycanın Qoşulmama Hərəkatının (QH) prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Respublikamızın QH-da sədrliyi kifayət qədər uğurlu oldu və qurumun funksionallığı əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsləri əsasında qurumun yeni təsisatları, gənclər və qadın qolları formalaşdı.
Hazırda Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakı yüksək səviyyədədir. Respublikamızın TDT-na sədrliyi qlobal pandemiya dövrünə təsadüf etdi və bu səbəbdən də ölkəmiz öz gündəliyini qlobal təhdidə qarşı beynəlxalq həmrəyliyin gücləndilməsinə istiqamətləndirdi. Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Şuşada TDT-nin qeyri-formal görüşü baş tutdu. Qeyri-formal Şuşa Zirvə görüşü üçün aktual gündəik müəyyənləşdirilib. Tədbirin əsas mövzularından biri nəqliyyat və kommunikasiyalarla bağlı olub. Deyə bilərik ki, bu məsələ bütün Türk dünyası, o cümlədən də Mərkəzi Asiya dövlətləri üçün çox mühüm çağırışlar sırasında yer alır. Şuşa qeyri-formal Zirvə görüşünün gündəliyinin ikinci əsas məsələsi iqlim çağırışlarını əhatə edirdi. Bu da müasir dünya üçün həyati əhəmiyyətli məsələdir.
COP29-a hazırlıq: Yaşıl, inklüziv və dayanıqlı dünya naminə həmrəylik
Hazırda Azərbaycan cari ilin noyabrında ev sahibliyi edəcəyi COP29 iqlim konfransına məsuliyyətli hazırlıq həyata keçirir. Ötən ilin sonlarında COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq səviyyədə ölkəmizə olan güclü etimadın göstəricisidir. Respublikamız bunu böyük məsuliyyət kimi qəbul edib. Ölkəmizin niyyətini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.
COP29 üçün müəyyənləşdirilən gündəlik kifayət qədər ciddidir. Bildirildiyi kimi, Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq. İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsinə nail olmaq əzmindədir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

