Uğur formulunun açarı...
14.08.2024 [10:26]
Siyasətin əsas məsələlərindən biri ictimai-siyasi sabitlik və milli təhlükəsizliyin təmin olunmasıdır
İlham Əliyev: Sabitliyin təminatçısı Azərbaycan xalqıdır
Qısa müstəqillik tarixində Azərbaycan böyük uğurlara imza atıb. Bu gün respublikamız dünyaya hər cəhətdən nümunəvi inkişaf modeli təqdim edir. Ölkəmizin milli maraqlar, qlobal çağırışlar, daxili potensial, cəmiyyətin sosial sifarişləri nəzərə alınmaqla müəyyənləşdirilən öz gündəliyi var və bu gündəliyin ardıcıllıqla həyata keçirilməsi yüksək səviyyədə təmin edilir. İndiyədək qarşıya qoyulan bütün məqsədlərə çatılıb və perspektiv inkişafla bağlı hər hansı bir tərəddüd yoxdur. Xüsusilə də ölkənin öz gücü ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi tarixi nailiyyətdir. Yeni strateji mərhələ üçün isə beş mühüm prioritet müəyyənləşdirilib və həmin məqsədlərə çatılması istiqamətində də fəal çalışmalar həyata keçirilir. Əldə olunan ilkin nəticələr onu deməyə əsas verir ki, ölkəmiz bu mərhələni də uğurla başa vurmağa nail olacaq.
Bəs Azərbaycanın nailiyyətlər qazanmasını şərtləndirən əsas amillər hansılardır?
Uğur formulunun açarı nədən ibarətdir?
Sualların cavabı olaraq əsas məqamı qeyd edək: Bu gün möhkəm daxili sabitlik, cəmiyyətdəki həmrəylik, milli təhlükəsizliyin təmin olunması ölkəmizin milli gücünü artıran fundamental amil qismində çıxış edir. Bu sahə gələcəkdə də Azərbaycanın siyasətinin mərkəzində saxlanılacaq. Təsadüfi deyil ki, ictimai-siyasi sabitliyin və milli təhlükəsizliyin təmin olunması ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) seçki platformasında mühüm müddəalardan biri kimi müəyyənləşdirilib.
Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin əsasını qoyduğu siyasət
Ölkəmizin bugünkü hərtərəfli inkişafının təməl prinsipini təşkil edən möhkəm daxili sabitlikdən bəhs edərkən müstəqilliyimizin ilk illərində böyük siyasətçi Heydər Əliyevin bu sahədə müstəsna xidmətlərini xatırlamamaq mümkün deyil. Respublikamızda milli təhlükəsizliyin və daxili sabitliyin təmin edilməsi siyasətinin əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimizin ilk illərində bütövlükdə Azərbaycanda ağır vəziyyət yaranmışdı. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC- “Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz çox ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Belə ağır məqamda insanlar təkidlə Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdilər. Heydər Əliyev həmin ağır günlərdə xalqını tək buraxmadı və respublikamızın rəhbərliyinə qayıtmağa razılıq verdi.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini, o cümlədən də ölkənin milli təhlükəsizliyinin təmin olunmasını əhatə edirdi. Müdrik dövlət xadiminin milli maraqlara, dövrün çağırışları və reallıqlarına uyğun siyasəti nəticəsində mərkəzdənqaçma meyllərinin - dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi təmin olundu. Təməli qoyulan siyasət, aparılan islahatlar Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə təkan verdi.
Bugünkü Azərbaycanın mənzərəsi: Möhkəm daxili sabitlik, sarsılmaz xalq-iqtidar həmrəyliyi
Sonrakı mərhələdə eyni məzmunlu siyasəti Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Azərbaycanın dövlət baçısının yürütdüyü siyasət xəlqi mahiyyət daşıyır, mühüm qərarlar verilərkən cəmiyyətin sosial sifarişləri mütləq qaydada nəzərə alınır. Bunun da nəticəsində respublikamızın identik nümunəsi formalaşır. Bugünkü Azərbaycanın mənzərəsi möhkəm daxili sabitlik, sarsılmaz xalq-iqtidar həmrəyliyi ilə səciyyələnir.
Hazırda dünyanın müxtəlif bölgələrində arzuolunmaz kataklizmlər, o cümlədən də ayrı-ayrı ölkələrdə daxili ixtişaşlar yaşanır. Dünyadakı bu kimi reallıqlar fonunda Azərbaycanın sabitlik adası kimi fərqlənməsi xüsusi diqqət çəkir. Bəli, çoxlu sayda ölkə sadalaya bilərik ki, onlar məhz daxili sabitliyin pozulması səbəbindən inkişafla bağlı problemlərlə üzləşirlər. Bir anlığa təsəvvürümüzdə canlandıraq: Sabitliyi pozulan, qarşıdurmaların yaşandığı dövlətlərdə nə görəcəyik? Dağıntılar, sıradan çıxan infrastruktur, qardaş qanının axıdılması, insanların köç etməsi... Vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi olmayan ölkələrin tipik mənzərəsi məhz bu kimi acı təəssüf doğuran məqamlarla səciyyələnir.
Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, gələcəyə ümidlə baxır. Möhkəm sabitlik ölkənin perspektiv inkişafı üçün fundamental amil rolunda çıxış edir. Açıq deyə bilərik ki, bu gün anarxiya labirintinə düşən ayrı-ayrı ölkələrə qeyri-sabitlik kənardan, məkrli güc mərkəzləri tərəfindən ixrac olunub. “Ərəb baharı”, “rəngli inqilablar” dalğasını xatırlayaq. İqtidar-xalq həmrəyliyi zəif olan bir sıra ölkələrdə insanlar “inqilab missionerləri”nin şirin vədlərinə aldandılar və öz həyatlarını, ölkələrini təhlükələrə doğru çəkdilər. Etiraf edək ki, belə məkrli niyyətlərlə biz də üzləşmişik. Ancaq xalqımızın müdrikliyinin, uzaqgörənliyinin və iqtidarla sıx həmrəyliyinin məntiqi nəticəsi olaraq respublikamızda anarxiya törətmək cəhdlərinin qarşısı qətiyyətlə alındı və milli təhlükəsizliyimiz təmin olundu. Azərbaycan xalqı özünün, ölkənin etibarlı gələcəyini daxili sabitliyin, vətəndaş-iqtidar həmrəyliyinin qorunmasında görür. Bizə kənardan gələn “canıyananlar” lazım deyil. Qarşısıalınmaz milli gücümüz həmrəyliyimizdədir, bir-birimizə, dövlətimizə, Prezidentimizə arxa, dayaq durmağımızdadır. Biz çəkici bir zindana vursaq, bütün məqsədlərimizə çatacağıq. “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanın dünyaya nümunə olan tolerant mühiti
Hazırda dünyanın olduqca narahat mənzərəsinin digər bir mühüm əlaməti mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan qoca qitədə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamafobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olamaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa ölkələrinin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində, o cümlədən Fransada, İsveçdə, Danimarkada, Niderlandda müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir.
Belə bir şəraitdə Azərbaycan dünyaya özünün nümunəvi tolerant mühitini təqdim edir. Tolerantlıq respublikamızda tarixdən gələn ənənədir. Əsrlər boyunca ölkəmizin ərazisində müxtəlif xalqların nümayəndələri əmin-amanlıq şəraitində yaşayaraq öz həyatlarını qurublar. Eyni zamanda, bu gün respublikamızda tarixi ənənələr yaşadılır. Hazırda tolerantlıq cəmiyyətimizin ayrılmaz həyat tərzi kimi qəbul olunur. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində və tolerant mühitdə yaşayırlar. Milli-dini-irqi fərqlilik bizim üçün heç də ayrıcı xətlər təşkil etmir, əksinə biz qürur duyuruq ki, Vətənimiz çoxmillətli və çoxetiqadlıdır. Prezident İlham Əliyev azsaylı dövlət xadimlərindəndir ki, beynəlxalq auditoriyalarda multikulturalizmə çağırışlar edir. Dövlətimizin başçısının təşəbbüsü ilə başlayan “Bakı prosesi” artıq bütün dünyada tanınır və qəbul olunur. Ölkəmiz böyük məmnuniyyətlə mədəniyyətlərarası dialoq forumlarına ev sahibliyi edir. Bu tədbirlərdə həm ölkəmizin unikal multikultural nümunəsi təqdim olunur, həm də beynəlxalq birliyə çağırışlar edilir.
Gələcək hədəflər
Dövr dəyişdikcə ölkələrin milli təhlükəsizliyi ilə bağlı çağırışlar da yenilənir. Hər bir vətəndaşın, bütün cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunması gələcəkdə də qarşımızda duran mühüm məsələlərdən biri olacaq. Biz son otuz il ərzində ərazi bütövlüyümüzün və suverenliyimizin pozulmasından əziyyət çəkən xalqıq. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun hər cür təhdidlərdən qorunması naminə var gücümüzlə çalışmalıyıq. Hazırda dünyada təhlükəli meyllər müşahidə edilir. Bir sıra hallarda milli dövlətlər təhdidlərlə üzləşirlər, onların daxili işlərinə qarışmaq cəhdləri artıb. Bu, yolverilməzdir. Belə hallara, o cümlədən də ideoloji zəmində təxribat törədilməsi cəhdlərinə qarşı ardıcıl mübarizə aparılmalıdır. İndiyədək Azərbaycan məqsədyönlü siyasətində müstəqillik və suverenlik prinsipindən çıxış edib və gələcəkdə də özünün siyasi kursuna sadiq qalacaq. Yuxarıda vurğuladığımız kimi, indiyədək Azərbaycan özünün hədəflərinə cəmiyyətin həmrəyliyi şəraitində çatıb, uğurların əldə olunmasında ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərinin payı var. Biz ölkəmizin tolerantlıq mühitini qorumalı və daha da zənginləşdirməliyik, birgəyaşayışı daim diqqət mərkəzində saxlamalıyıq. Biz artan geosiyasi gərginliklər fonunda milli dövlətlərə qarşı genişlənən informasiya təxribatlarını da nəzərdən qaçırmamalıyıq. Azərbaycanafob qüvvələr ölkəmizin nüfuzuna hansı yollarlasa xələl gətirməkdən ötrü fürsət gözləyirlər. Biz onlara bu fürsəti verməməliyik və informasiya təhlükəsizliyi sahəsində milli maraqların müdafiəsinə hədəflənən siyasəti bundan sonra da davam etdirməliyik.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 17:12
Dünya
12 Sentyabr 16:58
Dünya
12 Sentyabr 16:57
Dünya
12 Sentyabr 16:56
Siyasət
12 Sentyabr 16:55
Sosial
12 Sentyabr 16:52
Dünya
12 Sentyabr 16:50
İqtisadiyyat
12 Sentyabr 16:47
YAP xəbərləri
12 Sentyabr 16:44
Sosial
12 Sentyabr 16:43
Siyasət
12 Sentyabr 16:42
Mədəniyyət
12 Sentyabr 15:48
İqtisadiyyat
12 Sentyabr 15:45
İqtisadiyyat
12 Sentyabr 15:44
Sosial
12 Sentyabr 15:38
Gündəm
12 Sentyabr 15:19
Gündəm
12 Sentyabr 15:01
Elm
12 Sentyabr 14:59
İdman
12 Sentyabr 14:56
YAP xəbərləri
12 Sentyabr 14:53
Xəbər lenti
12 Sentyabr 14:43
İdman
12 Sentyabr 14:30
Diaspor
12 Sentyabr 14:28
Dünya
12 Sentyabr 14:27
Sosial
12 Sentyabr 14:26
Dünya
12 Sentyabr 14:25
Elm
12 Sentyabr 14:21
YAP xəbərləri
12 Sentyabr 14:09
YAP xəbərləri
12 Sentyabr 14:06
Siyasət
12 Sentyabr 13:19
Elm
12 Sentyabr 13:03
Sosial
12 Sentyabr 12:53
Sosial
12 Sentyabr 12:47
Sosial
12 Sentyabr 12:45
Dünya
12 Sentyabr 12:44
İqtisadiyyat
12 Sentyabr 12:40
İdman
12 Sentyabr 12:38
Dünya
12 Sentyabr 12:35
Mədəniyyət
12 Sentyabr 12:06
Sosial
12 Sentyabr 12:05
İqtisadiyyat
12 Sentyabr 12:04
Sosial
12 Sentyabr 11:01
İdman
12 Sentyabr 10:54
Hərbi
12 Sentyabr 10:53
Siyasət
12 Sentyabr 10:23
Sosial
12 Sentyabr 10:20
Siyasət
12 Sentyabr 10:00
İqtisadiyyat
12 Sentyabr 09:56
İqtisadiyyat
12 Sentyabr 09:47
İqtisadiyyat
12 Sentyabr 09:37
Siyasət
12 Sentyabr 09:33
İqtisadiyyat
12 Sentyabr 09:28
Dünya
12 Sentyabr 09:26
MEDİA
12 Sentyabr 09:24
Dünya
12 Sentyabr 09:20
Siyasət
12 Sentyabr 09:17
Dünya
12 Sentyabr 09:14
Dünya
12 Sentyabr 09:10
Elm
12 Sentyabr 09:07
Dünya
12 Sentyabr 09:00
Sosial
12 Sentyabr 08:59
Elm
12 Sentyabr 08:58
Siyasət
11 Sentyabr 23:44
Mədəniyyət
11 Sentyabr 23:30
Sosial
11 Sentyabr 23:13
Daxili siyasət
11 Sentyabr 22:56
İqtisadiyyat
11 Sentyabr 22:42
Mədəniyyət
11 Sentyabr 22:25
Hadisə
11 Sentyabr 22:05
Hadisə
11 Sentyabr 21:55