Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Paytaxtda I sinfə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

Paytaxtda I sinfə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

13.07.2026 [13:35]

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün elektron sistem vasitəsilə 37 min 598 uşaq üzrə sorğu yerləşdirilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, I siniflərə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4269 müraciət operativ şəkildə cavablandırılıb. Müraciətlərdən 73-ü alternativ qeydiyyat mərkəzlərində, 3672-si elektron sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb, valideynlərə müvafiq dəstək göstərilib. Həmçinin 524 valideyn 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Qəbul elektron qaydada mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir.

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31