Şəhər günün mübarək, Laçın!
24.08.2024 [10:00]
Özündə “gözəllik”, “şux qamət” mənalarını ehtiva edən “laçın” sözü bizim üçün həm də ölkəmizin dilbər guşələrindən olan Laçın şəhərinin adını daşıması ilə əlamətdardır. Elə şəhərə bu ad da təbiətinin təkrarsız gözəlliyinə, dağlar qoynunda qərar tutmasına görə verilib. Xatırladaq ki, Laçın şəhərinin əsası 1923-cü ildə qoyulub və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə ona “Laçın” adı verilib. 2024-cü ildə isə eyniadlı rayon təsis edilib. İşğaldan azad edildikdən sonra rayonun və şəhərin tarixində yeni bir dövr başlayıb. 26 avqust təqvimdə Laçın şəhəri günüdür.
İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri
Vətən müharibəsində işğaldan azad edilən ərazilərin hər qarışı bizim üçün son dərəcə əzizdir. Biz düz otuz il ərzində yurd yerlərimizə, doğma kəndlərimizə, şəhərlərimizə qayıtmağın həsrəti ilə yaşamışıq. 44 günlük müharibədə şanlı Ordumuzun şücaəti ilə əldə olunan böyük Qələbə sayəsində bu həsrətə son qoyulub və ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. İşğaldan azd edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük Qələbəmizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirlməsi anlamına gəlir. Bu Qələbəni heç kəs bizə hədiyyə etməyib. Onu igid hərbiçilərimiz canları, qanları hesabına qazanıblar. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Dövlətimizin başçısının imzaladığı Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Siyahını təqdim edirik:
26 avqust - Laçın şəhəri günü,
4 oktyabr - Cəbrayıl şəhəri günü,
17 oktyabr - Füzuli şəhəri günü,
20 oktyabr - Zəngilan şəhəri günü,
25 oktyabr - Qubadlı şəhəri günü,
8 noyabr - Şuşa şəhəri günü,
20 noyabr - Ağdam şəhəri günü,
25 noyabr - Kəlbəcər şəhəri günü.
Artıq Laçın həsrətinə son qoyulub
Düşmənin işğal planında Ermənistanla Azərbaycanın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantını təmin etmək əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. 1992-ci ilin mayında Laçının,1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Laçının və Kəlbəcərin itirilməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu. Bundan istifadə edən ermənilər onilliklər boyunca Xankəndinə və işğal altına aldıqları ətraf rayonlara nəzarətsiz halda silah-sursat daşıdılar, ərazilərimizdə çirkin fəaliyyətlərlə məşğul oldular, burada terrorçu qruplaşmalar formalaşdırdılar. Eyni zamanda, digər ərazilərimizdə olduğu kimi, Laçında da qanunsuz məskunlaşma siyasəti həyata keçirməklə xaricdən gətirilən çoxlu sayda ermənini burada yerləşdirdilər. Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar.
Ancaq belə olmadı, düşmənin arzusu gözündə qaldı. Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. 2022-ci il sentyabrın 21-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılmasının böyük rəmzi məna daşıdığını bildirən dövlətimizin başçısı “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik”, - deyə vurğulayıb.
Postmüharibə dövründə Laçında yaşayış evlərinin bərpası, müasir infrastruktur qurulması ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb. Laçın şəhərinin və kəndlərin məskunlaşdırılması da uğurla davam etdirilir. Qeyd edək ki, Laçına ilk köç 20 ailədən ibarət olmaqla 2023-cü ilin mayında reallaşıb. İndiyədək ora köçürülən ailələrin sayı artıq 550-ni ötüb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

