Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Qrant Müqaviləsi təsdiqlənib - FƏRMAN

Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Qrant Müqaviləsi təsdiqlənib - FƏRMAN

19.12.2024 [17:35]

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiqlənir.

Dövlət Gömrük Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərmək tapşırılıb.

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Gündəm

III beynəlxalq konfrans

06 Dekabr 09:44  

Ədəbiyyat

Yeni texnologiyalar

Ədəbiyyat

Şənbə üçün nəzm

06 Dekabr 08:59  

Sosial

Siyasət

Sosial

Gündəm

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31