/ / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin meşə və su işləri nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin meşə və su işləri nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12.04.2013 [00:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Veysəl Eroğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan Veysəl Eroğlu ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini qeyd edib. Azərbaycanda çox böyük inkişafın şahidi olduğunu deyən türkiyəli nazir əldə edilən böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib. Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanda da son illər ekoloji məsələlərin həlli ilə bağlı böyük işlərin görüldüyünü deyib. Prezident İlham Əliyev nazir Veysəl Eroğlunun ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmli olacağını bildirib.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

