“Rəqəmsal ekologiya” ...
15.01.2025 [10:24]
REİS ekologiya ilə bağlı göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək
Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı müvafiq fərmana əsasən, ölkəmizdə “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
“Rəqəmsal ekologiya” informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək. REİS-in sahibi funksiyalarını nazirlik, operatoru funksiyalarını isə nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirəcək.
REİS “Hökumət buludu”na inteqrasiya olunacaq
REİS “Hökumət buludu”na inteqrasiya olunmaqla, məlumatları “Açıq məlumatlar” portalında yerləşdiriləcək. “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılmasında məqsəd dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasını, proqnoz və hesabatların hazırlanmasını və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etməkdir. REİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini müasir prinsiplər əsasında qurmağı hədəfləyir. Sistem ETSN-lə fiziki və hüquqi şəxslər arasında əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin etmək məqsədi daşıyır.
REİS-in fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər ETSN-nin sərəncamında olan məqsədli büdcə fondları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
“Mobil Prioritetli Tərtibat” prinsipi
REİS-in texniki-texnoloji infrastrukturu proqram-texniki vasitələr və proqram təminatına əsaslanacaq. Bu infrastruktura telekommunikasiya qurğuları və kanalları, informasiya ehtiyatı və onu idarəetmə paneli, ehtiyat nüsxələr daxildir. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, REİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə REİS-dən istifadəni və məlumat mübadiləsini təmin edəcək. REİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin etmıək üçün dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malik olacaq. REİS-ə daxil edilən və ötürülən məlumatlar REİS-in informasiya ehtiyatında saxlanılacaq. Qurumun fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə REİS-də toplanılan məlumatlar, eləcə də ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılacaq.
REİS-ə ötürülən məlumatların tərkibində vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatları, ekoloji fəaliyyətlə bağlı icazə sənədinin məlumatları, vergi ödəyicisi olması barədə informasiyalar, pensiya və qüvvədə olan əmək müqaviləsi üzrə məlumatları yer alacaq.
İdarəetmənin çevikliyi və keyfiyyəti artacaq
REİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş tələblərə əsasən tərtib olunaraq rəsmiləşdiriləcək.
“Rəqəmsal ekologiya” ölkəmizdə ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat” quruculuğu istiqamətində yürüdülən siyasətin mühüm tərkib hissəsi kimi də dəyərləndirilə bilər. 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji layihələrin icrasında yeni baxış və yanaşmalar, bu sahədə rəqəmsal təşəbbüskarlığın artması, habelə COP 29 çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması istiq?mətində həyata keçirilən əhəmiyyətli tədbirlərdə rəqəmsal texnologiyalara üstünlük verilməsi REİS-in yaranmasını labüdləşdirdi.
Beləliklə, “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərdiyi elektron xidmətlərin vahidliyini və daha müasir infrastruktura əsaslanmaqla çevikliyini təmin edəcək, digər dövlət və qeyri-dövlət orqanları ilə məlumat inteqrasiyasını genişləndirəcək. Vətəndaşların asan və rahat, fiziki təmaslar olmadan rəqəmsal ekologiya sxemi üzrə “Elektron hökumət” portalında zəruri xidmətlərə çıxışını təmin edəcək. Bu proses qeyd olunan sahədə idarəetmənin çevikliyinin və keyfiyyətinin artmasına, şəffaflığın möhkəmlənməsinə də səbəb olacaq.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35

