Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

01.02.2026 [18:16]

Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28