/ / Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib
23.05.2026 [15:45]
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayı möhtəşəm musiqi axşamına ev sahibliyi edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin böyük qastrol proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konsert proqramı muxtar respublikanı da əhatə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri 28 May - Müstəqillik Günü ərəfəsində Naxçıvan şəhərində geniş konsert proqramı ilə çıxış edib. Konsertə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.
Musiqi axşamı dahi bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri ilə açılıb. Əsər Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara təqdim olunub. Ardınca Xalq artisti Yeganə Axundova Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzularında fortepiano konserti”nin I hissəsini yüksək peşəkarlıqla ifa edib.
Konsert proqramı çərçivəsində Gülsüm Xəlilova Asəf Zeynallının “Ölkəm” və Niyazinin “Arzu” romansını təqdim edib. Hacı Xanməmmədovun “Kamança və simfonik orkestr üçün konsert” əsərinin II hissəsi isə istedadlı kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən səsləndirilib.
Muğam və klassik vokal ənənələrini birləşdirən gecədə Üzeyir Hacıbəylinin “Sevgili Canan” romansı və Niyazinin “Vətən nəğməsi” Atəş Qarayevin ifasında tamaşaçılara təqdim olunub. Konsertin növbəti hissəsində Vasif Adıgözəlovun “Qərənfil” mahnısı və Həsən Rzayevin “Çahargah” rapsodiyası Mirnofəl Həsənov tərəfindən ifa edilib.
Gecədə, həmçinin Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərini Mirəli Sarızadə, Niyazinin işləməsi əsasında “Qaragilə” xalq mahnısını isə Güllü Muradova təqdim edib. Konsert proqramının kulminasiya nöqtələrindən biri Fikrət Əmirovun məşhur “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” simfonik lövhəsi olub.
Axşam Vasif Adıgözəlovun möhtəşəm “Qarabağ şikəstəsi” oratoriyası ilə yekunlaşıb. Əsəri Güllü Muradova və Mirəli Sarızadə duet şəklində ifa ediblər.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin bir qrup musiqiçisi də Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri ilə birlikdə səhnə alıb.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri — mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.
Azərbaycan musiqi sənətinin parlaq incilərini bir araya gətirən və 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilən bu möhtəşəm konsert musiqisevərlərə unudulmaz sənət axşamı bəxş edib.
Tədbirdə dövlət və hökumət nümayəndələri də iştirak edib. Konsert proqramı başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev səhnə arxasına keçərək kollektivi təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19

