Qısaldılmış və natamam iş vaxtı hansı hallarda tətbiq olunur?
25.05.2026 [19:21]
Əmək qanunvericiliyində bir sıra kateqoriyalara aid işçilər üçün qısaldılmış iş vaxtı və natamam iş vaxtının tətbiqi nəzərdə tutulur. Hər iki halda işçinin gündəlik və ya həftəlik iş müddəti azaldılır. Lakin bu iş rejimlərinin tətbiq əsasları fərqlidir.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki. qısaldılmış iş vaxtı daha çox işçinin yaşı, səhhəti, əmək şəraiti və gördüyü işin xarakteri ilə bağlı müəyyən edilir. Məsələn, 16 yaşınadək işçilər üçün həftəlik iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, eləcə də 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə 36 saatdan artıq olmamalıdır.
Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı tətbiq edilir. Bu, fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli olan digər istehsalat amillərinin mövcud olduğu iş yerlərinə aiddir.
Bundan başqa, yüksək həssaslıq, zehni, fiziki və əsəb gərginliyi tələb edən, insanın səhhətinə mənfi təsir göstərə bilən xüsusi xarakterli işlərdə çalışan şəxslər üçün də qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bu kateqoriyaya həkimlər, müəllimlər, elektrotexniki qurğularda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində çalışan şəxslər daxildir.
Natamam iş vaxtı isə başqa qaydada tətbiq olunur. Bu iş rejimi əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri dövründə işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Natamam iş vaxtı natamam iş günü və ya natamam iş həftəsi formasında ola bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı tərəflərin razılığı ilə müəyyən edilir.
Bəzi hallarda isə işəgötürən işçinin müraciəti əsasında natamam iş vaxtı müəyyən etməlidir. Bu, işçinin səhhəti, hamiləlik, əlillik vəziyyəti, xroniki xəstəliyi olan uşağa və ya ailə üzvünə qulluq zərurəti ilə bağlı ola bilər. Həmçinin 14 yaşına çatmamış və ya əlilliyi olan uşağa sahib qadınların ərizəsi əsasında natamam iş vaxtı müəyyən edilməlidir.
Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtı arasında əsas fərq ondan ibarətdir ki, qısaldılmış iş vaxtı qanunvericilikdə xüsusi qorunan işçi kateqoriyaları və zərərli və ya xüsusi xarakterli işlər üçün nəzərdə tutulur. Natamam iş vaxtı isə əsasən tərəflərin razılığı ilə tətbiq edilir və işçinin şəxsi, ailə və ya sağlamlıq vəziyyəti ilə bağlı ehtiyaclarından irəli gələ bilər.
Hər iki halda işçinin əmək hüquqları qorunur. Natamam iş vaxtında çalışan işçilərin əmək hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

