Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

22.05.2013 [11:04]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edərək bu cür səfərləri intensiv şəkildə həyata keçirməyin vacibliyini bildirib. Prezident İlham Əliyev İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin ölkəmizə səfərinin hərbi əməkdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulate paytaxtımızda böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. İspaniyalı nazir Azərbaycana səfərinin əlaqələrimizin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31